Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Ilham Əliyev Berlində etiraz aksiyası ilə qarşılandı

150121130351_berlin_protest_624x351_bertusbouwmanBerlində Azərbaycan prezidenti İlham Əliyevin Almaniya kansleri Angela Merkellə görüşünün baş tutduğu yerdə etiraz aksiyası keçirilib.

Aksiyada jurnalist Xədicə İsmayılovaya azadlıq və Almaniya və Avropa İttifaqının Azərbaycan haqqında “ikiüzlü siyasətinə” son qoymaq tələb olunub, Almaniyada yerləşən niderlandlı jurnalist Bertus Bouwman hadisə yerindən BBC Azərbaycancaya məlumat verib.

Kansler Merkelin ofisinin yaxınlığında keçirilən etiraza onlarla adam, o cümlədən diaspora nümayəndələri və beynəlxalq təşkilat üzvləri qoşulub.

150121130523_berlin_protest_624x351_bertusbouwman“İlham Əliyev gələndə yəqin ki, onları eşitmədi – aksiya Əliyevin keçdiyi yerdən təxminən 100-200 metr məsafədə idi”, bildirir Bertus Bouwman.

Aksiyanı təşkil edən Sərhədsiz Reportyorlar təşkilatı həbs olunan jurnalistlərin azadlığa buraxılması üçün çalışır. Sərhərsiz Reportyorlara əsasən, 2014-cü ildə təşkilat Suriyadan sonra ən çox Azərbaycanla məşğul olub.
“Onlar düşünmürlər ki, bu aksiya nəyisə dəyişəcək, lakin onlar adamlara göstərmək istəyirlər ki, onlar üçün nəsə edilir”, Bertus Bouwman məlumat verir.

Aksiyaçılar Almaniya hökumətini İlham Əliyevdən “açıq” tələblər etməyə çağırıblar. Sərhədsiz Rerpotyorlar təşkilatına əsasən “bağlı qapılar arxasında diplomatiya” indiyədək heç bir təsir göstərməyib.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 21.01.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: