Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Polis Orqanlqrında daxili oyunlar

«Odda yanmaz, suda batmaz» polkovnik

Müdafiə Nazirinin əmisi oğlu onun qarşısından qaçdı

polis1-650x250Bakı şəhər Baş Polis İdarəsinin əməliyyat məsələləri üzrə rəis müavini general-mayor Elxan Həsənov Müdafiə naziri Zakir Həsənovun əmisi oğludur. O, indi nazirin əmisi oğludur, əvvəllər isə Zakir Həsənov müdafiə naziri olmayanda onun personası o qədər də qabarıq şəkildə nəzərə alınmırdı. Baxmayaraq ki, Elxan Həsənov polis sitemində yaxşı adamlardan biri kimi xarakterizə olunur.

Rafiq Abbasov Əliaslan Ağayevi Bakı polisində Cinayət Axtarış İdarəsinə rəsi gətirəndə Zakir Həsənov hələ müdafiə naziri deyildi. Buna görə də Əliaslan Ağayev rəis müavini ilə yola getmirdi. O, əslində əməliyyat məsələləri üzrə rəis müavininin tabeliyində idi, amma Elxan Həsənovun başının üzərindən işlər çevirirdi. Buna görə də, Elxan Həsənov bütün işlərdən kənarda qalmışdı. Hər şey Əliaslanlıq idi.

«Taksa» müharibəsi

Amma elə həmin zamanlarda Bakı polisində narkobiznesə qarşı mübarizə idarəsi ilə (Musa Hacıyev) bu Əliaslan Ağayevin arasında gərgin qarşıdurmalar başlanmışdı. Əsas səbəb isə əlbəttə, pul söhbətləri idi. Polis rəisi Bakıdakı haqq yığılmalı olan obyektlərdən haqq yığmaq üçün Musa Hacıyevə xeyli səlahiyyətlər vermişdi. Amma Musa Hacıyevin haqq yığdığı obyektlərə Əliaslan Ağayev «hücum» edərək onları ilişdirirdi. Bir müddət sonra haqq verən obyektlər boğaza yığıldılar. Rafiq Abbasov səviyyəsində gərginlik yaşandı. Obyekt sahibləri narazılıq edirdilər. Onlar deyirdilər ki, «biz pulumuzu veririk və bizə dəxli yoxdur bu pulu kim yığır. Pul veririksə, deməli rahat işləmək imkanı da əldə etməliyik». İnsafən, haqlı irad idi. Fəaliyyət qanunsuz olsa da, irad haqlı idi.

Əliaslan Ağayev Daxili İşlər naziri Ramil Usubovun müavini Vilayət Eyvazovun yaxın adamı sayılır(dı). Buna görə də bu münaqişəni bu qaydada həll etdilər ki, Musa Hacıyev bu haqq yığmaq söhbətlərindən uzaqlaşdırıldı və bu fəaliyyət sahəsi Əliaslan Ağayevə həvalə edildi.

Əliaslan Ağayev haqq yığılan obyektlər üzrə «krışa»ya çevrildi.

Kimlər getdi?!

Əliaslan Ağayev Bakı polisində şöbə rəisi təyin ediləndə polkovnik-leytenant idi. Onun ilk işi, əlbəttə, Məhərrəm Əliyevin zamanının kadrlarını kənarlaşdırılması prosesində mühüm rol almaq idi, həm də.

Bakı Polis İdarəsində 3 nəfər vardı ki, bunlar Hacı Məmmədovun bandasına qarşı ardıcıl fəaliyyətlərinə görə fərqlənirdilər. (Təbii ki, Hacı Məmmədovun himayə altında olması və həbsdən yayındırılması başqa söhbətin mövzusudur və Azərbaycanda bu təfərrüatları hamı bilir).

3 nəfər- rəis müavini Cavadağa Sultanov, BŞBPİ-də Cinayət axtarış İdarəsinin rəisi Aydın Rizayev və baş əməliyyat müvəkkili Nizami Qasımov idilər.

Cavadağa getdi işinə. İndi deyəsən, ildə bir dəfə xəbəri çıxır ki, Dubayda ilişdiriblər, sonra yenidən xəbər gəlir ki, buraxıblar.

Aydın Rizayevin İdarəsini ləğv etdilər, özünü isə Binəqədi Polisinə təhqiqat şöbəsinin rəisi göndərdilər. Bu vəzifədə xeyli aşağı düşürmədir.

Nizami Qasımovla haqq-hesabı çürütmək üçün isə daxili təhqiqat başladı. Təhqiqat heş nə tapa bilmədi. Sonra təkrar yoxlama gəldi və olmayan nələrisə ortalığa çıxarmağa çalışdılar. Nəhayətdə, polis adına ləkə gətirdiyinə görə işdən çıxartılar və DİN orqanlarından xaric etdilər. DeyəsənŞ yuxarılarda qərara gəlmişdilər ki, bu mühüm vəzifədə ciddi bir ÇP-nin olmaması polis adına ləkə sayılmalıdır.

Nizami Qasımov Hacı Məmmədovun məhkəməsində 3 saata qədər ifadə vermiş və ifadəsində Hacı Məmmədovun bandada rəhbər olmadığını, rəhbərliyi başqa, daha yüksək vəzifəli adamların etdiyini söyləmişdi. Bu ifadələr də hamıya məlumdur.

Baxmayaraq ki, Nizami Qasımov Hacı Məmmədovun sonuncu qurbanı olan Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin doğmaca xalası oğludur, bu yüksək əlaqələr də onu xilas edə bilmədi.

«Dedovşina»nın ataları

2008-ci ildə prezident seçkilərinə 15 gün qalmış youtube -da dəhşətli bir video yerləşdirilmişdi. İki əsgər 30-40 başqa əsgəri kazarmada sıraya düzüb onları bir- bir şillələyirdi. Seçki ərəfəsi həssas dönəm sayıldığı üçün prezidnent bu youtube qəhrəmanlarını tapıb cəzalandırmağı əmr etmişdi. Onlar tapıldılar. Bəlli oldu ki, bu ,,qəhrəman,,lardan biri Bakı polisində at oynadan Əliaslan Ağayevin, o biri isə DİN-də yüksək vəzifə tutan başqa bir podpolkovnikin oğludur. (Bu adam haqqında daha sonra bəhs edəcəyik).

O zaman hər iki əsgər vinayət məsuliyyətinə cəlb edildi və onların ikisi də 5,5 il azadlıqdan məhrum edildi. İkinci əsgərin atasını oğlunun davranışlarına görə işdən və polis sistemindən uzaqqlaşdırdılar. Əliaslan Ağayev isə bu hadisədən cəmi bir ay sonra polkovnik rütbəsilə mükafatlandırıldı.

Müəllif: Leytenant

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 09.01.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: