Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

ÖZ MƏNAFEİNİ QORUYAN İQTİDAR VƏ MÜXALİFƏT

images     Azərbaycanda qəribə bir yanaşma var. Əlbəttə bu sadalayacaqlarım hamıya aid deyil. İstisnalar var, amma çox az bir hissəyə aiddir o istisnalar…Müxalifətçi səni o zaman sevə bilər ki, mütləq müxalifətçi olmalısan, məhz onun üzvü olduğu partiynın üzvü olmalısan. Olmasan, ən yaxşı halda mehriban düşmən ola bilərsiniz. Müxalif nə deməkdir möhtərəm əhli qubur? Xəlifəyə qarşı çıxanlar kimi anlama gəlir. Sənin haranın “şompul”una qalıb ki, mən partiya üzvyəm ya deyiləm. Əgər sənin hədəfin xəlifədirsə, mən də ona qarşıyam. Sən öz topunla atəş aç, mən öz topumla. Yox topunun gülləsi yoxdursa, get özünə “raqatka” qayır.

Yapçı mütləq istəyəcək ki, bütün dünyaya az tv-dən baxasan və bütün müxalifətçiləri “başqa ölkələrin dəyirmanına su tökən xain” qismində görməlisən. “Dombalmaq” elminin sirrlərini dərindən öyrənməlisən, sabunlanmağı bir göz qırpımında etməyi nindza sayağı bacarmalısan. Sual olunur…dövlətimizi qurmaq üçün qanını axıdıb, canını verənlər ona görə boyunlarına kəfən geyinib, imperiyaya qarşı vuruşdular ki, dombalanlar ordusu qursunlar? Ya azad, müstəqil bir məmləkətdə yaşayaq? Budurmu Sizin dövlət dediyiniz məddahxana?

Dindar mütləq istəyəcək ki, sən də onun kimi dindar olasan. Dindar – DİN – DARƏM…yəni dinim var. Lap durub desən ki, “XOB” mən də dindaram. Məşhər ondan sonra başlayacaq. Ya Əli deyib şiyə oldunsa, sünni sənə çəp baxacaq. Sünni oldunsa, şiyə səni Şümür, ən yaxçı halda Yezid biləcək. Və yaxud sünni oldun nə fayda? Mütləq “əxi” olmalısan, Suriyaya gedənləri alqışlamalısan. Xattaba “qardaş deməlisən.

Ateistlər də ki, öz yerində…məsələn peşman olub bir status yazsan, o statusda fərq etməz Həzrəti Əli və ya Həzrəti Ömərdən bir tərbiyəvi sitat gətirsən, qırğın başlayacaq. Nuh deyəcəklər, peyğəmbər deməyəcəklər ki, sən də qoşul bizə ol Allahsız. Hardasa Allah adını yazacaqsan, başqa biri durub deyəcək ki, yox mütləq “Tanrı” yazmalısan…Şeir yazsan, əgər heca vəznində və yaxud əruz vəznində yazsan, “sərbəst şeir” adı ilə söz topasını “optovoy düdüyləyən”lər, ağız burunlarını əyəcəklər. Yazı yazsan, Markes, Prust, Çexov, Bayrondan sitatlar gətirməsən, yazının giriş hissəsini və ikinci abzasını, klassik Avropa, Amerika və rus yazıçılarından yeyib oxucuların ruhunun düz “çentrinə” tırığlamasan…etməsən, səni savadsız kimi qəbul edəcəklər.

Bütün sadladıqlarımın heç birindən olmasan, mütləq özünü dindar, dövlətçilik ideyalarına sadıq, yazar, pozar, şair, həci, meşədi, kəbleyi, bəy, rəis, müəllim, doktor-nəçənnik və ziyalı hesab edən böyük bir cahil ordusu səni xain, düşmən biləcək. Bəziləri müəyyən mənada yararlanmaq üçün hansısa bir məqamlarda sənə “dost” olacaq. Elə ki, körpünü keçdi, ilk xəncəri kürəyinə bakılılar demişkən dibineeeycən saplayacaq. Həzərat bəlkə imkan verəsiniz vətəndaş olaq?!

Hakimiyyət bizim Konstutisiyamızda olan “vətəndaşlıq hüququ”muzu arada yuxumuzda gördüyümüz üçün cinayətkar elan edir. Bəs Sizə nə olub? Nə yemisiniz ki, bu hallara düşmüsünüz? Bayram Kürdəxanalı demişkən “Nə oldu noooldu sənə nooldu?” Lap malakanın lətifəsinin günündədi bizim cəfakeş və başıbəlalı millətimiz. Bir gün müsəlman malakandan soruşur: “Malakan, başını niyə şapkanın üstündən qaşıyırsan?”. Malakan da öz növbəsində suala sualla cavab verir:”Musurman, bəs sən niyə dalını şalvarın üstündən qaşıyırsan?” – Həzərat, indi kimin harası qaşınırsa, hardan istəyir qaşısın. Amma durub kimsəyə sübut etməyə çalışmasın ki, onun düşündüyü həqiqətdir və danılmazdır.

Bax belə nömrə mənimdi, soyuq suynan çimirəm. Kimin nə borcuna qalıb? Bu yalan dünyada həqiqət deyilən bir şey yoxdur. Çünki hərənin bir “həqiqət”i var. O həqiqətinə də inanır. Ən doğrusunu Allah bilir. Allah Sizə rəhmət eləsin ölülər!

Müəllif : Laçın Məmişov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 08.01.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: