HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Siyasi məhbus kimi tanınan, jurnalist Əvəz Zeynallı Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını ziyarət edib, məzarların qarşısında baş əyib.
Son vaxtlar belə bir hal dəbə düşüb. Oktyabr ayında 2 N!DA hərəkat üzvləri də, əfvlə azadlığa çıxdıqdan sonra belə bir hərəkət etmişdilər. Sonradan isə hələ YAP üzvlüyünə də yazıldılar.
Bu Şimali Koreya praktikası bizim sınmaz jurnalist kimi tanıdığımız Əvəz Zeynallıya da tətbiq edildi.