Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

ÖLÜLƏR

Yılmaz Erdoğanın “Orqanize işler” filmi var. Filmin əvvəlində “şou men”liklə məşğul olub, gecə klublarında “Superman” obrazını yaratmaq istəyən komik aktyorun tamaşasına kimsə baxmaq istəmir. 10038_649188708472895_1050866028_nVə ən sonunda bu şou-men özünü asmaq qərarına gəlir. O özünü asmaq üçün hazırlaşdığı məqamda, bizim jarqonla desək, İstanbulun məşhur “moşeynik”lərindən biri də gizlin görüşdüyü bir xanımın yanında olur…elə bu dəmdə həmin xanımın əri evə gəlir. Həmin “üç kağıtçı” da pəncərədən tullanıb qaçır. Xanımını bu kişi ilə tutan kişi də onu öldürmək üçün qovur. Həmin qovulan, gəlib təsadüfdən “superman”in evinə girir ki, canını qurtarıb gizlənsin. Və baxır ki, bir nəfər əynində superman paltarı boynunu ciyəyə keçirdib, özünü öldürməyə hazırlaşır. Tez onun boynundakı ipi çıxarıb, supermenin əhvalını tamam dəyişib super edir. Özü ilə supermeni gəzməyə, bəzən icraatlara da aparır. Film başlayandan bitənə kimi tez-tez qısa bir epizod göstərirlər. Həmin epizodda bu bandanın üzvlərindən biri oğurladıqları bir seyfi açmaq üçün çalışır. Bütün film boyu elə ara sıra onun seyflə mücadiləsi sezilir. Və günlərin bir günü, restoranda supermenlə bandit arasında maraqlı bir dialoq alınır. Bandit supermenə bu yola necə düşməsi haqqında öz xatirələrini danışır. Həmin xatirədə tabut yer alır. Supermen də bildirir ki, harda tabut görsəm, həmən yardım edərəm.

images (2)   O filmdə böyük bir ibraətamiz fəlsəfə var. Həmin filmə baxandan sonra, həyatda qarşıma çıxan “tabut”un içindəkinin doğurdan ölü olub olmamasını düşünürəm. Əgər bu ölü doğurdan da ölməyibsə, o zaman bu işi “orqanize” edənlərin kimilyi məndə çox suallar doğurur. Son illərdə elə məqamlar oldu ki, bəzi dırnaqarası dostlar, silahdaşlar, həmkarlar məndən gah o ölü kimi, gah o tabutu daşıyanlar kimi istifadə etmək üçün çalışdılar. Düzdür, tam səmimi etiraf edim ki, nə qədər ki, onlara inamım itməmişdi, oldu ki, o tabutu daşıdım da, daşındım da…Lakin bu gün, o işləri “orqanizə edən”lərin taktikasını çox mükəmməl araşdırıb öyrənmişəm. Odur ki, “orqanize işlər” bakanları və başbakanları, hamınızın cənazə namazını bir gün qılacağıq. Amma nə yazıq ki, hələ də gözümüz görə-görə insanları diriykən tabuta qoyub, öz çirkin “orqanize işler”inizi həyata keçirib, pullar qazanırsınız. Durub desəm ki, bu tabutu göndərən filankəsdi…millət fitə basacaq ki, a kişi nə danışırsan? Sən xainsən, sən düz adam deyilsən. Amma and olsun Allahın birliyinə ki, bu belədir dostlar. Bir neçə ayda ölkədə baş verənləri soyuq başla, soyuqqanlılıqla analiz etsəniz, görə bilərsiniz ki, hər birimiz çiynimizdə tabut daşıyırıq. Əgər bu analizi edəndə görsəniz ki, hər tərəfiniz qaranlıqdı, o zaman bilin ki, Sizi tabuta qoyub, cənazə törəninə cibində cüzdanları olan kütlə toplayırllar. Çəkinməyin, elə həmin an çırpının, başınızı tabutdan qaldırın ki, səsinizdən qorxub o tabutu yerə atsınlar. Yoxsa, diriykən hamınızı bir-bir qara torpağa gömüb, Sizi o tabuta diri-diri qoyanlar, cənazə namazınızı da qılacaq, hələ bir fatihənizi də oxuyacaq. Allah Sizə rəhmət eləsin ölülər!


P.S Filmdə tez-tez göstərilən seyf hansını ki, banditlərdən biri film boyu açmaqdan ötrü əziyyət çəkirdi…finalda həmin seyfin qapısını nəhayət ki, aça bilir. Lakin, seyfin qapısını açandan sonra bəlli olur ki, bu seyfin içində daha bir güvənli qapısı var imiş.

Müəllifi: Laçın Məmişov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 07.12.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: