Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

BUGÜNÜMÜZÜN GERÇƏYİ

загруженноеBizim günlərdə yaltaqlıq nəsə rüsvayçı bir şey sayılır, ancaq o kəslər üçün ki, onlar nəyinsə adını. nəyinsə mahiyyətindən daha əhəmiyyətli sayırlar. Onlar belə düşünürlər ki, yaltaqlıqla sədaqət bir araya gələsi şey deyil: ancaq səhv edirlər, axı hətta düşüncəsiz heyvanları belə, bunun əksinə dəlalət edən misal kimi göstərmək olar. Köpəkdən də yaltaq bir məxluq varmı? Bəs ondakı sədaqət?”. Rotterdamlı Drideriuz Erazmus        

   Azərbaycanda günü-gündən yaltaq insanların, xüsusilə də yaltaq gənclərin artması prosesini müşayət edilir. Yaltaqlığa meyilli insanlar düşünür ki, şəxsi və karyera həyatlarında uğurlara bu yolla daha rahat nail olmaq olur. Azərbaycanda yaltaqlıq keçmişdə də olub, əlbəttə ki bundan sonra da mövcudluğunu qoruyub saxlayacaq. Çünki şəxsiyyətini mənfəət əldə etmək üçün ayaqlar altına atan insanlar bu dünyada daim olacaq.

Bu gün hər yerdə yaltaqlara rast gəlmək mümkündür, istər dövlət işlərində, istər özəl sektorda. Bu cür insanlar xoşlamadığı insanlara belə yaltaqlıq nümayiş etdirərək səcdə edirlər. Belə insanlar daim iki üzlük nümayiş etdirirlər arxada bir söz, üzdə bir söz danışırlar.

Yaltaqlıq aşağılayıcı bir anlayış olaraq işlədilir. Bu mövzu ətrafında araşdırmalar apararkən maraqlı məlumatlara rast gəldim. Sən demə bir zamanlar yaltaqlıq peşə kimi mövcud olub. Zənginləri əyləndirmək, kaprizlərini çəkmək, onların əziyyət verici zarafatlarına dözərək, yaltaqlıq etmək bir peşə kimi istifadə edilib. Saraylarda yaltağın vəzifəsi daşıyan şəxslər hökmdarın xoşuna gəlmək üçün bəzi hərəkətlər edərək onu əyləndirirlərmiş. Bir zamanlar saraylarda və zənginlərin evlərində peşə olaraq mövcud olan yaltaqlıq müasir dövrümüzdə formasını dəyişərək bir həyat tərzi olaraq irəliləmə və etibarlılıq qazanmaq vasitəsi olaraq varlığını qoruyub saxlayır…

imagesYaltaqlıq müəyyən bir vəzifə, sərvət, şöhrət sahiblərinə qarşı edilən və qarşılıq olaraq mənfəət əldə edilən bir davranışdır. Ümumiyyətlə, yaltaqlığın olmasının ən əsas səbəblərindən biri məhz mənfəət əldə etmək duyğusudur. Onlar düşünürlər ki, insanların uzun müddət səy, bilik və bacarıq ilə əldə edə biləcəkləri mənfəəti qısa müddətdə yaltaqlıq etməklə əldə edə bilərlər. Yəqin ki, fikir vermisiniz it və yaxud da pişik əlimizdə olan artıqları, sümük qırıntısını və yaxud digər yeyəcəyi əldə etmək üçün hansı oyunlardan çıxırlar. Onlar da heyvan kimi yaltaqlıq edirlər, min cür oyundan çıxırlar…Yetər ki istədiklərinə nail olsunlar. Mən heyvanların bu cür davranışını yaltaq insanların davranışı ilə heyvanların psixologiyasını isə yaltaq insanların psixogiyaları ilə eyni tuturam

Təhsilsiz (söhbət diplom almaqdan getmir) və eləcə də mədəniyyətdən məhrum insanlar daha çox yaltaqlığa meyilli olurlar. Onlar hesab edir ki, bu yol daha rahatdır. Ölkəmizdə normal təhsil sisteminin olmaması da yaltaqlığın geniş yayılmasına gətirib çıxardıb. Bu gün şagird orta məktəbdə müəllimə yaltaqlanır ki, yüksək qiymət alsın, eləcə də universitetlərdə. İşə qəbul, vəzifədə irəliləmə proseslərində də yaltaqlıq.

1a20234edf6124814cea2c697f72663eYaltaqlar heç vaxt müstəqil fikir yürüdə bilmirlər. Onlar rəhbərliklərinin fikirlərini təkrarlamaqdan başqa bir şey bilmirlər. Yaltaqlar heç vaxt tənqid etməzlər…Yaltaqlıq zəncirvari bir prosesdir..Həmişə yaltaq insanlar irəli getdikdən sonra istəyirlər ki, onlardan vəzifəcə aşağıda olanlar da onlara yaltaqlansınlar. Necə deyərlər bir-birinə yaltaqlanmaqla yaşayırlar. Əgər buna yaşamaq demək olarsa…Onlar üçün şərəfli və yaxud şərəfsiz yaşam tərzi anlayışı yoxdur…Haqqsızlıq olan yerdə susarlar. Ümumiyyətlə, haqqsızlığa susmağın özü də yaltaqlıq əlamətidir..İş yerində və yaxud da cəmiyyətdə hər hansı bir haqqsızlıq görüb susmaqla rəhbərlərinin xoşuna gəlmək istəyirlər. Düşünürlər ki haqqsızlığa qarşı getsələr onlardan yuxarıda olan insanlarda onlar haqqında “mənfi “ fikir formalaşdırmış olacaqlar. ..Həm də itirmək qorxusu onların yaltaqlıq etməsinə səbəb olur.

Yaltağın öz iradəsi yoxdur, o başqalarının iradəsi ilə oynayır… Necə deyərlər başqasının zurnasına oynayanlar! Onlardan yüksək mövqe daşıyan insanların hər bir fikirilə çox asan şəkildə razılaşırlar.

Yaltaqlar hər dövrün və hər bir şəraitin insanlarıdır. Onlar hər bir dəyişikliyə uyğun davrana bilirlər. Necə deyərlər ingilis bayrağı kimi külək hara əsirsə onlar da o istiqamətdədirlər. Yetər ki, rəhbərinin xoşuna gəlsin.

Yaltaqlardan qorxmaq lazımdır, bu cür insanlar çox təhlükəli olurlar. Çox asan şəkildə dostlarını, tanışlarını dəyişər və satarlar, hətta öz ailələrini də. Yaltaqlar elə rəhbərləri üçün də potensial düşməndirlər. Çünki onlar mənfəət üçün yaltaqlıq edirlər. Sabah daha çox mənfəət əldə etsələr o zaman rəhbərlərinin üzünə durarlar. Və yaxud da rəhbərlik dəyişərsə. Yaltaqlar üçün bir dəyər var: mənfəət! Onlar “nöqtə qədər mənfəət üçün vergül kimi əyilərlər”…

images (1)Gündüzlər Afina küçələrində əlində fənər gəzərək, dürüst adam axtardığı deyilən Diyojenə yaxın olan bir şəxs “Əgər krala bir az yaxınlıq göstərsəydin, bu quru yerlərdə yatıb quru çörək yemək məcburiyyətində qalmazdın” deyir. Diyojen isə qarşılığında “Sən də quru çörək yeyib quru yerlərdə yatmağı gözə alsaydın alçaq adamlara yaltaqlıq etmək məcburiyyətində qalmazdın” deyirək ona cavab verir.

Heydər Əliyevin əsas amillərindən biri belə bir cəmiyyəti formalaşdırmaq olubdur. Gördüyünüz kimi bugün hakimiyyəti təmsil edənlərin hamısında yuxarıda sadaladığım bütün amillər mövcüddur. Belə nəticəyə gəlmək olar ki, Heydər Əliyevin qurduğu sistem işləyir və nəticəsi var. Ən pis tərəfi isə yaltaqlığın cəmiyyət arasında da yayılmasıdır. Yaltaqlığın genişlənməsinin əsas amillərindən biri də qanunların işləməməsidir. Heydər Əliyev bilirdi ki, o ölkədə ki, qanunlar işləmir, həmin cəmiyyətlərdə yaltaqlıq daha çox yayılır…

Həyatdır, gah qalxdın, gah da ki, endin,
                                                Qalxdın – qürrələndin, endin – süründün.
                                                Gah şar, gah dördbucaq kimi göründün,
                                                Hansıdır sifətin hələ bilmirəm.

                                                Özünə ev tikib, evlər yıxmısan,
                                                İnsan bada verib, dövlət yığmısan.
                                                Yüz sudan min dəfə quru çıxmısan,
                                                Mən səndən nə deyim elə? – bilmirəm!
                                                
                                                Daha başda durub, öndə getməzsən,
                                                Kökün çürüyübdür, daha bitməzsən.
                                                Bir də fürsət düşsə nələr etməzsən –
                                                Qatıram ayları ilə, bilmirəm!

***

Yüz alçaqlıq boy atsa da ucalmayır.
                                                Gəncliyində ləyaqətlə yaşamayan
                                                Təmiz, müdrik insan kimi qocalmayır

Ə.Kürçaylı

P.S Unutma: Qürurunu bir dəfə itirdinsə, onu geri qaytarmaq qeyri mümkündür!

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 07.12.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: