Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Milli Şuranın möhtəşəm mitinqi

Milli Şuranın siyasi məhbuslara azadlıq tələbilə 9 noyabra təyin etdiyi mitinq baş tutub. Aksiya Bakı Şəhər Icra Hakimiyyəti ilə razılaşmaya uyğun olaraq yenə də saat 15.00-dan 17.00-a qədər “Inşaatçılar” metrosunun yaxınlığındakı “Məhsul” stadionunda keçirildi. Hakimiyyət hələ mitinqdən əvvəl aksiyasının baş tutmaması üçün təxribatlar törətsə də, məqsədinə nail ola bilmədi. Qeyd edək ki, iqtidar aksiyanın  kütləviliyini azaltmaq üçüq əvvəlcə vaxtı dəyişdirdi. Aksiyanın noyabrın 10-da keçirələcəyi razılaşdırılsa da, Bakı Şəhər Icra Hakimiyyəti 2 gün qalmış mitinqin noyabrın 9-da keçirilməsinə icazə verdiyini açıqladı.

10799638_898216726855340_2069260858_nHakimiyyət hətta mitinq günü də təxribatlardan əl çəkmədi. Mitinqin başlanmasına az qalmış Bakı Şəhər Baş Polis Idarəsinin rəisi müavini Səhlab Bağırov aksiyanın təşkilatçılarına bildirdi ki, media mənsubları tribunanın qarşısında dayanmalı və buradan kənara çəkilməməlidir. Səhlab Bağırov polislərə göstəriş verdi ki, tribunanın qarşısına dəmir barmaqlıqlardan sədd çəksinlər. Lakin həm media mənsubları, həm də mitinqin təşkilatçıları buna qəti etiraz etdilər. Mitinqin təşkilatçılarından olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı tribunaya çıxaraq aksiya iştirakçılarını baş verənlər barədə məlumatlandırdı: “Polislər jurnalistləri qəfəsə salmaq istəyirlər. Biz bunu media mənsublarının peşə fəaliyyətinə mane olmaq kimi qiymətləndiririk. Mitinqin təşkilatçılarından biri olaraq bəyan edirəm ki, biz jurnalistlərin meydanda sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirməyin tərəfdarıyıq. Təhlükəsizlik adı altında jurnalistləri qəfəsə salmaq söz azadlığını boğmaq deməkdir”.

Bu etirazlardan sonra polislər dəmir barmaqlıqları tribunanın qarşısından götürməyə məcbur oldular. Qeyd edək ki, bütün bunlar baş verən zaman liderlər hələ meydana gəlməmişdi. Onların gəlişindən sonra dövlət himninin səsləndirilməsilə mitinq açıq elan olundu.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 09.11.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: