Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Ramil Usubovun Musa Musayevlə hansı “münasibətləri” var?

ramil usubov din

Daxili İşlər Nazirliyində əməlli başlı çaxnaşma düşdü. Böyük rütbəli kadrlar bir günün içində yerlərini dəyişdilər və bu hadisənin ictimai effektləri…

İlk növbədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bandotdel) rəisi vəzifəsinə təyin edilən Musa Musayev haqqında danışaq. Çünki onun haqqında məlumat azdır. O biri təyinatlar isə üzdə olan adamlardır və ictimaiyyət onlar haqqında az-çox məlumatlıdır.

Beləliklə, Musa Musayev kimdir?

Musa Musayev DİN sisteminə indiki nazir Usubov tərəfindən 1994-cü ildə daxil edilib. O, 1994-də daxili İşlər Nazirliyinin komendaturasına sıravi polis kimi işə qəbul edilib və çox qısa müddətdə leytenant rütbəsi ilə təmin edilib. Cəmi bir neçə ay ərzində. Bundan dərhal sonra isə leytenant Musa Musayev DİN komendaturasının rəisi təyin edildi. Komendatura nazirliyin binasının mühafizəsini, giriş-çıxış qapılarına növbətçiliyi, təmin edir, giriş vəsiqələrini verir.

Musa Musayevin ta o zamanlardan nazir Ramil Usubovla olduqca “yaxın münasibətləri” var. Başqa sözlə desək, məhz, bu “yaxın münasibətlər”in sayəsində, o, DİN sisteminə gətirlib.

Polis siteminə daxil olduqdan sonra Musa Musayev bütün rütbələri vaxtından əvvəl fəth edib, xidmət nərdivanında heyrətamiz sürətlə irəliləyib. Amma karyerası boyunca iki xoşagəlməz situasiyanı, yəqin ki, heç zaman yadından çıxarmayacaq. Bu hadisənin hər ikisi ,,Roma papasından daha artıq xristian görünmək,, istədiyi üçün yaşayıb.

Birinci hadisə, səhv etmirəmsə, 1998-ci ildə baş verdi. O vaxtlar Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevlə nazir Usubovun düşmənçiliyinin tüğyan edən zamanları idi. Belə bir qaynar zamanda Məhərrəm Əliyevin oğlu Polad Əliyev Mərkəzi Univermağın qarşısına gəlir və maşını orada saxlayıb univermağa girmək istəyir. Bu zaman DİN mühafizəçiləri tökülüşüb ondan tələb edirlər ki, dərhal maşını götürsün. P. Əliyev nə qədər dil-ağız etsə ki, bir neçə dəqiqəyə çıxıram, söhbət alınmayıb və mühafizəçilər Polad Əliyevə qarşı kobudluq edərək onu hətta vurublar. Polad Əliyev Şəhər Polis İdarəsinə gələrək baş verənləri atasına danışır. Məhərrəm Əliyev də dərhal nazir Usubovun kabinetinə gəlir. Polada qarşı kobudluq edənlərə bir-iki şapalaq vuraraq onları polis sistemindən qovdurur, komendaturanın rəisi olan və olayda iştirak edən Musa Musayevə də nəsə çatır.

Bu, Musa Musayevin birinci xoşagəlməz olayıdır. Bu olaydan sonra həyat davam edir. M. Musayev nazir Ramil Usubova sədaqətli kadrların yetişdirilməsi ideyası üzərində işləməyə başlayır. Hər il 5-6 gənci sınaqdan keçirərək onları DİN Akademiyasına imtahansız daxil edirlər və bu gəncləri təhsili başa vurduqdan sonra Bakı şəhərinin polis idarələrində mühüm vəzifələrə yerləşdirməyə başlayırlar. Musa Musayev bu əməliyyatın mərkəzi fiqurudur. Bu uzun müddətli əməliyyatın gedişində hazırlanan polsi işçiləri indi ən müxtəlif və kifayət qədər iri vəzifələrdə çalışmaqdadırlar və proses hələ də davam edir.

Rza Hacıyev Sabunçu rayonunda polis vəzifəsindən çıxarılanda onun yerinə Toğrul Rəhimov təyin edildi. O, bu vaxta qədər Əzizbəyov (indiki Xəzər) rayonunda idi. Toğrulun yeri boşalanda Musa Musayevi Əzizbəyov rayonuna (Xəzər) rəis göndərdilər.

Xəzər rayonunda Musa Musayev bir rəis olaraq özünü olduqca sərbəst və bəzi mülahizələrə görə, hətta dikbaş aparırdı. Çünki arxasında birbaşa nazirin özü dayanırdı. Musa Musayev Bakı kəndlərində əhalinin narazılığını yarada bilmişdi. Və onun ikinci xoşagəlməz xatirəsi də burada yarandı. Amma əhalinin narazılığı zəminində yox, sadəcə olaraq, dikbaşlıq zəminində.

Şüvəlan qəsəbəsində Mehriban Əliyevanın xalası oğlu Elçin Muradovun ,,El,, adlı bir restoranı var. Elit restoranlardan sayılır. Restoranın önündə kiçik bir mühafizə köşkü var və bu köşkdə mühafizəçilər növbədə olurlar. Deməli, günlərin bir günü Musa Musayev ərazidə gəzərkən həmin köşkə nəzəri ilişir və oraya yaxınlaşıb əmr edir ki, bu köşkü buradan götürsünlər. Bu zaman restoran rəhbərliyi patrona- Elçin Muradova zəng edir və Muradov hadisə yerinə gəlir. Köşkü götürmək əmrini vermiş Musa Musayev mübahisəyə girişmək istəsə də Elçin Muradov ona acıqlanır və deyir ki, get İdarəyə, gəlirəm, danışarıq. Musayev İdarəyə gedir, az sonra isə Elçin Muradov oraya gəlir. Kabinetdə nələr baş verdiyi bəlli deyil, amma elə həmin gündən bəlli olur ki, Musa Musayev bu rayonda rəis işləyə bilməz.

Buna görə də, nazir Usubov sevimli kadrını oradan uzaqlaşdırmağa məcbur olur.Amma nazirin adamı olmaq, bütün hallarda avantajdır.

O zaman Nəsimi rayonunda polis rəisi vəzifəsində Məmməd Mikayılov işləyirdi. Məmməd Mikayılov Azərbaycanda ,,İşgəncə Mamed,, kimi ad çıxaran brend isimlərdəndir, Nəsimi isə ölkənin ən gəlirli rayonlarından biri sayılır. Bu brend ismi bu ən gəlirli rayondan götürüb atırlar Suraxanı rayonuna, Musa Musayevi isə ikinci xoşagəlməz olayın pərtliyindən Nəsimi rayonuna rəis təyin etməklə çıxarırlar.

İndi isə göründüyü kimi, Nəsimi rayonundan daha yüksək vəzifəyə- DİN Baş İdarələrindən birinə rəis təyin edilib.

Bu sistemdə işləyənlərin hər birisi əminliklə söyləyər ki, baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində indi elə yalnız iki nəfərdən biri rəis ola bilərdi. Bunlardan birincisi sabiq rəsi Mirqafar Seyidov, o biri isə Musa Musayevdir. Mirqafar getdi, Musa isə gəldi. Deməli hər şey məntiq əsasında baş verir.

Nəyə görə, məhz bu iki nəfərdən biri?

Birinci göstərici- nazirə xüsusi sədaqət amilidir. İndi DİN sistemində nazirə ən sədaqətli adamlar, elə bunlar sayılır.

İkinci göstərici- sifarişli cinayət işlərinin qeyd-şərtsiz açılması və davam etdirilməsi ilə bağlıdır. Hər iki kadr sifarişli cinayət işlərinin qaldırılmasında uyğunsuzluq görmürlər.

Üçüncü göstərici isə qəddarlıqdır.

İndi isə keçək Mirqafarı Bakı şəhər Baş polis idarəsinə gətirən səbəblərə və ya zərurətə

O, başqa bir yerə təyin edilə bilməzdi. İlk növbədə, ona görə ki, Azərbaycanda siyasi vəziyyət proqnozlaşdırılması az mümkün olan bir fazaya daxil olub. (Mən bunu həm də polis sitemində işləyən bir adam kimi deyirəm).

Bakı isə bu baxımdan müstəsna əhəmiyyət daşıyır.

İkincisi, Mirqafar Seyidov Usubova sədaqətli adam olduğuna görə.

Amma sonradan bəlli olduğuna görə Baş Mütəşəkkil Cinayətkarlıq İdarəsinə rəis vəzifəsinə Musa Musayev deyil, Seyfulla Əzimov təyin olundu. Bunun sadəcə olaraq, bircə izahı var. DİN Baş İdarələrinin rəisləri vəzifyə təyin edilərkən, mütləq prezidentlə razılaşdırılır. Şübhəsiz, Usubov bu vəzifəyə Musa Musayevi tövsiyyə etmiş, amma sonradan prezident onun üzərindən xətt çəkərək Seyfulla Əzimovun adını yazmışdır. Amma kadr dəyişikliyi ilə bağlı siyahı prezidentə təqdim ediləndən sonra Musa Musayevin BMCQMİ-yə rəis gətirildiyi barədə xəbər buna görə mətbuata çıxa bilmişdir.

Burada bir haşiyə çıxım.

Nazir Usubov gələcəkdə nazir ola biləcək kiminsə adının parlamısını qətiyyən həzm edə bilmir. Bu da onun xüsusiyyətidir.

Daxili İşlər Nazirliyinin Moskvada bir xüsusi nümayəndəsi vardı. Vidadi Rzayev. O hələ gənc yaşlarında Heydər Əliyevin diqqətini cəlb etmişdi və ona çox gənc yaşlarında general-mayor rütbəsi də vermişdilər. Vidadi Rzayevi 2004-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili təhqiqat inspeksiyasının rəisi vəzifəsinə təyin etdilər. O zaman bütün DİN sistemində belə bir şayiə dolanmağa başladı ki, Rzayevi Usubovun yerinə hazırlayırlar. Bu, əlbəttə, həssas bir insan olan Usubovun xoşuna gəlmirdi. Buna görə də Rzayevin ətrafında intriqalar yaradılmağa başladı. Rzayev sifarişli işləri icra etməkdən qətiyyətlə imtina edirdi. Bu da onun ətrafında intriqaların dərinləşdirilməsi üçün münbit şərait yaradan amillərdən idi. Buna görə də, o, qısa müddətdə nazirin düşmənlərindən birinə çevrilə bildi. Nəhayət, bu intriqalardan bezdi, raport yazaraq öz iradəsi ilə polis sitemindən çıxıb getdi.

Növbəti belə bir adam isə Bakı şəhər Baş Polis İdarəsinin artıq, sabiq rəisi Rafiq Abbasov idi. DİN sistemində onun da nazirin yerinə gətirilə biləcəyi barədə söhbətlər böyüməyə başlamışdı. Hərçənd, Rafiq Abbasovun peşəkarlıq göstəriciləri buna qətiyyən uyğun gəlmirdi, üsətlik,o, əməliiyat işində də olduqca piyada zabitlərdən biri sayılırdı. Amma əvəzində Abbasovun siyasi göstəriciləri vardı. Rafiq Abbasov vitse-spiker Ziyafət Əsgərovun bacanağıdır. Ziyafət Əsgərovu isə hamı Ramiz Mehdiyevin ən yaxın adamlarından biri sayır.

Deməli, bu ,,mavr,,da nazir olmaq iddialarının imkan verməyəcəyi guşələrdən birinə getməli idi.

İndi o, DİN kadrlar idarəsinə rəis təyin edilib. Bu, vəzifəcə aşağı keçirilmək sayılır. Bakı şəhər polisinin rəisi general-leytenant rütbəsi tələb edirsə, kadrlar İdarəsinin rəisi genaral-mayor rütbəsinin vəzifəsidir.

Bundan əlavə, Kadrlar İdarəsinin rəisi ,,meyit vəzifə,, sayılır. Onun elə bir səlahiyyəti yoxdur. Nazirin kadrlar haqqında sənədləri hazırlayıb qoymaq missiyasından ibarət səlahiyyət dairəsi var.

Nəhayət, Bakı polisi

Mirqafar Seyodovun təyinatından sonra şəhər polisində bir müddət intriqalar ara verməyəcək. Bu, çəhər polis rəisinin müavini Səhlab Bağırov faktına görə baş verəcək. Baxmayaraq ki, həm Mirqafar Seyidov, həm də Səhlab Bağırov nazir Usubovun yaxın adamları sayılır, amma orada ciddi ziddiyətlər yaranacaq. Çünki onların hər ikisi kifayət qədər iddialı adamlardır. Əslində, Səhlab bağırovun da şəhər polis İdarəsinin rəisi təyin edilmək kimi gözləntiləri ola bilərdi və indiki yerdəyişmə prosesində haqqının pozulduğunu iddia edə bilər. Buna onun haqqı var.

Bu səbəbdən rəis öz müavini ilə yola getməyəcək. Buna görə də Səhlab bağırovun başqa bir vəzifəyə təyin ediləcəyini gözləməyə dəyər.

“Leytenant” ləqəbi ilə bu faktları yazan, bunu “Azərbaycan saatı”na göndərilmişdir.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 05.11.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: