Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Azərbaycanda hakimiyyəti tənqid edənlər vətənə xəyanətdə ittiham olunur

moli-skot1Avropa Parlamentinin britaniyalı deputatı Azərbaycan hakimiyyətinə qarşı sanksiya tələbinə çağırdı

“Birmada Aun San Su Çjinin əsarətə qarşı apardığı mübarizənin Azərbaycandakı təcəssümü Leyla Yunusdur”

Britaniyalı deputat, Avropa Parlamentinin üzvü Moli Skot Kato (Molly Scott Cato) “New Internationalist” internet jurnalında Azərbaycanla bağlı məqalə ilə çıxış edib. Məqlənin tərcüməsini təqdim edirik:

***

Avropanın Azərbaycanla qaranlıq neft sövdələşmələrinin arxasında nə gizlənir?

Avrovision və ya Formula 1 yarışmasına qədər, Britaniyada çoxlarının Azərbaycan haqqında çox şey bildiklərinə şübhə edirəm. Həqiqətdə isə siz özünüzə sual edə bilərsiniz ki, ümumiyyətlə, bu, Avropa ölkəsi sayıla bilərmi? Nəyə görə Böyük Britaniyanın baş naziri Devid Kameron İlham Əliyevlə bu qədər mehriban davranmalıdır? Nəyə görə, ölkənin energetika naziri Maykl Fallon ötən ay Azərbaycana səfər etmişdi?

Neft nəhəngi BP-nın bu ölkədə güclü maraqlarının olduğunu və Azərbaycanın paytaxtı Bakının neft və qaz dənizində üzdüyünü öyrənəndən sonra vəziyət sizə nisbətən aydın ola bilər. 

 

Amma yalnız Konservatorlardan olan partiyalı nazirlər deyil, hətta sabiq əmək naziri və Yaxın Şərqdə səfir səlahiyyətlərini icra edən Toni Bleyer də bu işlərin içindədir. O, böyük enerji konsorsiumunda məsləhətçi kimi bu köhnə sovet respublikasında mübahisəli boru kəmərlərinin məsələsi ilə məşğuldur. 

Özünün zəngin neft və qaz ehtiyatlarına güvənən Bakı Yaxın Şərqin rekordlarını qıraraq böyük kapital axınlarını cəlb etmək niyyətini güdür, özünü Dubayla müqayisə etməkdən qürrələnir. Təəssüf ki, bu ölkənin siyasi rejimi bu zənginliklərdən insan haqlarına öz yanaşma standartlarının qəbul etdirilməsi üçün də istifadə edir. Orada hakimiyyəti tənqid edənlər və qonşu ölkələrlə münasibətlərdə körpü qurmaq istəyənlər vətənə xəyanətdə ittiham edilərək qanunsuzluqla cəzalandırılırlar. 

Azərbaycandakı problemlər mənim diqqətimi Avropa parlamentinin üzvü kimi cəlb etməyə başlayıb. Mən bir tanışımdan emaillə məktub aldım. O, 15 il qabaq qadın sülh təşəbbüsçülərinin konfransında Leyla Yunusla tanış olub. Leyla ona çox dərindən təsir etmişdi. Öz vətəninə sevgisi və ölkəsinin bütün qonşularla sülh əldə etməsində yardımçı olmaq istəyi ilə. 

Azərbaycandakı bütün başqa hüquq müdafiəçiləri kimi Leyla və onun həyat yoldaşı da daimi təqiblər altında olduqlarına görə yeganə övladları olan Dinaranı təhlükəsizlik məqsədilə Niderlanda köçürmüşdülər. Mən uzun illər ərzində onları dəstəkləmək üçün əlimdən gələni etmişəm. Bu arada isə Bakıda onunla son görüşümüzü xatırladım.

Azərbaycan Avropa Birliyi ilə iqtisadi münasibətlərini inkişaf etdirmək, bəlkə, hətta ola bilsin, nə zamansa AB-nin üzvü olmaq da istəyir. Avropa Birliyi bu ölkədəki gənc demokratiyanın hansısa uğurlarında haqq qazanmış tərəfdir. 2007-ci ildən indiyə qədər orada ictimai təşklatların 74-dən artıq layihələrinə 27,9 milyon dollar yardım edib. Buna görə də bu gün vətəndaş cəmiyyətinə repressiyalar Avropanı ən yüksək institutlar səviyyəsində qayğılandırır. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Azərbaycan paytaxtına səfər edəndə oradakı çıxışında çoxpartiyalı sistemin əhəmiyyətindən, açıq cəmiyyətin iqtisadi inkişafa verə biləcəyi töhfələrdən danışmışdı. Oraya səfər edən Avropa Birliyi xarici siyasət üzrə ali təmsilçisi Ketrin Eşton da qeyd etmişdi ki, vətəndaş cəmiyyəti sağlam cəmiyyətin zəruri tərkib hissəsidir. 

ATƏT-in medya azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç isə daha qabağa getmiş, QHT və medya təmsilçilərinə qarşı saxta kriminal ittihamlarla bağlı həyəcan siqnalı qaldıraraq demişdi: «Bu hərəkətlər ifadə və media azadlığının boğulmasına ünvanlanan davranışlardır. Bütün media sənayesinə, KİV-lərə, jurnalistlərə və QHT-lərə ciddi dəstək verilməlidir. KİV azadlığını təmsil edənləri qorxutmaq və onlara qarşı getmək, onların fəaliyyətinə müdaxilə etmək bütün hallarda ATƏT-in prinsiplərinə və ATƏT qarşısında götürülmüş öhdəliklərə ziddir».

Biz neyləyə bilərik? Görünür, Azərbaycanın sadəcə olaraq ekzotik turizm bölgəsi kimi qəbul edilməsinin kafiliyi kimi təsəvvürlərinə şərik olmamalıyıq. Əgər turizm etikası bir anlam kəsb edirsə, o halda öz vətəndaşlarının haqqını tapdalayan rejimlərə etiraz edilməlidir. Formula 1 azarkeşləri idman yarışının təşkilatçılarına yazmalı və tələb etməlidirlər ki, 2016-cı ildə Bakıda keçiriləcək yarışı ləğv etsinlər. 

Eləcə də siz öz seçdiklərinizə davamlı müraciətlərlə Leyla və Arif Yunusların, başqa fəalların həyatından narahat olduğunuzu söyləyə bilərsiniz.

Britaniyada yaşayan bizlər üçün əsas haqların hər addımbaşı çürük qeyri-demokratik hakimiyyətlər tərəfindən pozulduğu ölkələrdə həyatın necə yaşandığını təsəvvür etmək çətindir. Birmada Aun San Su Çjinin əsarətə qarşı apardığı mübarizənin Azərbaycandakı təcəssümü Leyla Yunusdur.

azadliq.info

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 23.08.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: