Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

“Human Rights Watch” Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırdı

“Azərbaycan Şəffaflıq Təşəbbüsləri qaydalarını kobudcasına pozur və bu qurum belə riyakarlığa bulaşmış ola bilməz”

hrw-250Azərbaycanda hüquq-müdafiəçilərinin və QHT-lərin hökumət tərəfindən sıxışdırılması onun Beynəlxalq Şəffaflıq Təşəbbüslərindən kənarlaşdırılmasına gətirib çıxarmalıdır.

Bu təşəbbüslə “Human Rights Watch” təşkilatı çıxış edib.

“Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüslərinin təsisçi üzvüdür. Bu tanınmış beynəlxalq koalisiya təbii resursların idarə olunmasnda açıqlığa xidmət  edir. Lakin Azərbaycan hökuməti QHT-lərə qarşı məhdudlaşdırıcı qanunlar tətbiq edir ki, bu da onlara məhv olmaq təhlükəsi yaradır”, – deyə təşkilatın bəyanatında deyilir.

HRW-nin baş araşdırmaçısı Liza Lisol bildirib: “Azərbaycan Şəffaflıq Təşəbbüsləri qaydalarını kobudcasına pozur və bu qurum belə riyakarlığa bulaşmış ola bilməz. Hökumət bir çox müstəqil təşkilatın işini mümkünsüz edib və onlar Şəffaflıq Təşəbbüslərində öz fəaliyyətini dayandırıblar. Ölkənin üç tanınmış hüquq müdafiəçisinin həbsindən sonra onların da liderlərini həbs təhlükəsi gözləyir”.

HSŞT neft-qaz və mədən hasilatı sahəsində dövlətin gəlirləri haqda məlumatları toplamaq və dərc etmək üçün ölkələri, şirkətləri və qeyri-hökumət qruplarını birləşdirir.

Namizədlər və iştirakçı ölkələr üçün qaydalar birmənalı olaraq əsas azadlıqlara hörmət olunmasını tələb edir. İnsan hüquqlarının vəziyyətinin çoxdan pisləşdiyi Azərbaycanda hökumət onu tənqid edənlərə və müstəqil qruplara qarşı barışmaz mübarizəyə başlayıb. 2013-cü il prezident seçkilərindən əvvəl başlamış bu mübarizə davam edir və genişlənir.

Hakimiyyət son iki ildə ən azı 40 jurnalisti, vətəndaş və siyasi fəalı, hüquq müdafiəçisini saxta ittihamlarla – xuliqanlıq, vergidən yayınma, narkotik maddə saxlamaq, hətta dövlətə xəyanət kimi ittihamlarla həbs edib. Bir müddət öncə Azərbaycanda gəlirlərin şəffaflığı məsələsi üzərində işləyən müstəqil qruplar məhdudiyyətlərlə üzləşiblər ki, bu da onların işinə əngəl törədir. Son aylar onların vəziyyəti kəskin şəkildə pisləşib, belə ki, hökumət onların bank hesablarını dondurub və ya qrantları qeydiyyata almaqdan imtina edib.

Həmçinin hakimiyyət vergidən yayınma və digər pozuntularla bağlı siyasi motivli həbslərə başlayıb. Bu, 20-dən çox QHT-ni əhatə edib.

“Uzun illər ərzində HSŞT rəhbərliyi Azərbaycan hökumətində vətəndaş cəmiyyətinin  iştirakı prinsiplərini müdafiə edə bilmədi. Ölkədə jurnalistlər, hüquqşünaslar və digər tənqidçilər amansızcasna həbsə alınır.

Hökumətin sanksiyalarından əziyyət çəkən HSŞT fəalları sırasında Qubad İbadoğlu (HSŞT İdarə Heyətinin üzvü və milli koordinator), Elçin Abdullayev (İnsan Hüquqları İnstitutu və Demokratik İnstititlar), Mirvari Qəhrəmanlı (Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi), Zöhrab İsmayıl (İqtisadi İslahatlara Yardım Cəmiyyəti) və başqaları var.

Onların şəxsi hesabları və təşkilatlarının hesabları dondurulub, onların ölkədən çıxışı qadağan edilib. Bütün bunlar xüsusi narahatlıq doğurur, çünki bundan əvvəl hökuməti tənqid edənlər vergi pozuntuları ilə bağlı uydurma ittihamlarla həbs olunublar.

Əgər yaxın vaxtlarda vəziyyət dəyışməsə birbaşa və ya dolayısı ilə HSŞT prosesində iştirak edən onlarla qrup bağlanmaq məcburiyyətində qalacaq.

Fəal qruplardan ən azı yarısı  2014-cü ilin iyunundan əməliyatları dayandırıb, çünki maliyyələşmədən məhrum olublar. HSŞT-də iştirak edən digər qruplar da böhtan və təqib obyektinə çevriliblər.

Hələ 2013-cü ilin mayında HSŞT prezident İlham Əliyevə müraciət edərək QHT-lərə qarşı qanunverici məhdudiyyətləri tətbiq etməməyə çağırmışdı. Lakin Azərbaycanın rəsmi nümayəndələri bildirirdilər ki, hüquqi məhdudiyyətlər vətəndaş cəmiyyətinə heç bir əngəl törətməyəcək.

HSŞT qaydaları qurumun mühüm prinsip və tələblərni pozduğuna görə istənilən iştirakçı ölkənin fəaliyyətinin dayandırılmasına, hətta  kənarlaşdırılmasına yol verir.

Qaydalar həmçinin iştirakçı dövlətin statusunun kiçildilməsinə və vəziyyətin yaxşılaşması üçün vaxt təyin edilməsinə imkan verir.

2013-cü ilin prezident seçkilərindən sonra Azərbaycan hökuməti siyasi opponentlərin və fəalların sıxışdırılması ilə bağlı sistematik kampaniyaya başlayıb. 2013-cü ilin dekabrında parlament QHT-lərə dair qanunlara böyük və çox mübahisəli düzəlişlər paketini təsdiqləyib. 2014-cü ilin fevralında isə prezident onları qanun kimi imzalayıb. Bu düzəlişlər hakimiyyətin müstəqil qrupları təqib etməsinə imkan yaradıb.

2014-cü ilin ortalarında siyasi motivli həbslər geniş vüsət alıb: iyulun 30-da Leyla Yunus, sonra onun həyat yoldaşı Arif Yunus həbs olunub. Avqustun 2-də hökuməti tənqid edən digər hüquq müdafiəçisi Rəsul Cəfərov, avqustun 8-də hüquqşünas, hüquq müdafiəçisi İntiqam Əliyev həbs olunub. Bu həbslər mənfi effekt yaradıb, digər fəalların arasına qorxu hissi salaraq vətəndaş cəmiyyətini ruhdan salıb”, – detə HRW bəyan edib

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 16.08.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: