Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Müharibə oyunu adı altında alçaqlıq.

leyla    Bildiyiniz kimi 30 iyul tarixdən cəbhədə gərginlik davam edir, rəsmi açıqlamaya görə 15-dən çox şəhid qurban vermişik. Qarabağda gərginlik davam etdiyi müddətdə Əliyev rejimi də bu fürsəti əldən verməyərək ən öndə gedən hüquq müdafiəçilərini həbsə salmaqla məşğul oldu. O hüquq müdafiəçilərini ki, son illərdə Avropa insan hüquqları məhkəməsində Əliyev rejiminə qarşı olan onlarla mübahisəni qazanan,  Əliyevin ölkəni necə idarə etdiyini, insan hüquq və azadlığını necə kobudcasına pozulmasını, qanunsuz həbslər həyata keçirmələrini, siyasi və vicdan məhbusların siyahısını dünya ictimayyətinə çatdıran, Əliyevi dünya qarşısında pis vəziyyətə salmışdılar(Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov və İntiqam Əliyev).

Bunlardan başqa qondarma müharibə dövründə “Ali baş komandan xalqa cavab ver” eventi yaradan gənclər Kamran İsmayılzadə və Ruslan Nəsirli, Müsavat Gənclər Təşkilatının fəalları, müsavat.gov.az saytının idarəçisi və bloqqer Sirac və Fərəc Kərimli qardaşlarının narkotik ittihamı ilə həbs edilmişlər.

Mən bu müharibənin Əliyev rejiminin oyunu olmasına inanıram! Çünki cinayətkar rejim belə bir  ssenarini yaradaraq, beynəlxalq medianın marağını “müharibə”yə yönəldərək, rejimi ifşa edənləri aradan götürmək məqsədi daşıyırdı. Buna da nail oldu! Müharibə oyununu yaradaraq, bir neçə şəhid qurban verərək, xalqın erməniyə olan nifrətini daha da yüksəldərək, “ermənipərəst” adı altında həbslər həyata keçirdi.

Bu hakimiyyət bütün alçaqlıqlara əl atmışdır, lakin bugünə kimi belə şərəfsiz hərəkət etməmişdir! Bunu da etdi, şəhidlərimizin ruhundan istifadə edib ermənipərəst adı altında həbslər həyata keçirdi. Bu o deməkdir ki, artıq bu cinayətkar rejim öz məqsədinə nail olmaq üçün bütün alçaqlıq edə bilər!

Hakimiyyətin bu  oyununu hər kəs ciddi qəbul etdi… HƏR BİRİNİZ YANILIRSIZ! Bu Əliyev rejiminin manevr oynudur… Bütün maneələri aradan götürmək üçün yaradılan bir oyun! Əsas maneələr aradan götürüldükdən sonra bu müharibə oyununda sonu gələcək… Nəticədə şəhid gənclərimiz cinayətkar rejimin oyununun qurbanları kimi yaddaşlarımızda qalacaqlar.

Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 09.08.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: