Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Donetskidə Hollandiyadan Malaziyaya uçan təyarə vuruldu. 300-ə yaxın insanın həlak olunduğu bildirilir…

“Interfaks” aviasiya mənbəsinə istinadla yazır ki, Malayziya Hava Yollarına məxsus təyyarəni Ukrayna üzərində, 10 min metr hündürlükdə vurublar. Bu barədə əlavə heç nə deyilmir.
Ukraynanın Daxili Işlər Nazirliyinin rəsmisi Anton Geraşenko isə deyib ki, təyyarəni Buk təyyarə əleyhinə sistemlə vurublar.
Başqa məlumata görə, ekspertlərin fikrincə, əgər təyyarə vurulubsa, onu 10 km hündürlükdə yalnız Buk sistemi və ya C-300 raketi ilə vurmaq olardı.
1405616653-9929-boingDonetskdə separtaçı regionun baş nazirinin müavini olan Purgin deyib ki, hazırda Buk hava hücumundan müdafiə sistemindən danışırlar, ancaq yaraqlılarda bu sistem, ümumiyyətlə, yoxdur.
“Rusiya Federasiyasının hava ərazisinə daxil olmağa 50 kilometr qalmış təyyarədə problemlər yaranıb və o, enməyə başlayıb. Nəticədə onu Ukrayna ərazisində yanan halda aşkar ediblər”, – aviasiya dairələrindən mənbə bildirib.
Məlumata görə, təyyarənin içində 280 sərnişin və 15 ekipaj üzvü olub.


Rusiya sərhədini layner yerli vaxtla təxminən 17:25-də keçməli idi. Mənbə əlavə edib ki, təyyarə Donetskdən 80 kilometr aralı Snejniy yaşayış massivinə düşüb. Təyyarənin düşdüyü əraziyə hazırda qondarma Donetsk Xalq Respublikası nəzarət edir.
“Euronews”un məluamatlara görə, təyyarə Rusiya tərəfdən atılmış zenit-raket kompleksindən atılan raketlə vurulub.
Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak Donetsk ərazisində vurulan Boinq-777 sərnişin təyyarəsinin partlaması nəticəsində 300-ə qədər insanın həlak olduğunu bildirib. Onlardan 23-nün ABŞ vətəndaşı olduğu deyilir.
Ukraynanın Rusiya sərhədinə yaxın ərazisində qəzaya düşən “Malayziya hava yolları” şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsində 285 sərnişin və 15 ekipaj üzvü olub.
Qeyd edək ki, təyyarə Amsterdam-Kuala-Lumpur reysini yerinə yetirirmiş.
ABŞ prezidenti Barak Obama təyyarə qəzası ilə bağlı Putinlə telefonla müzakirə aparıb. Rusiya mətbuatı xəbər verir ki, Putin aviadispetçer xidmətlərinin məlumatlarını Obamaya çatdırıb.
Bu arada “Lufthansa”, “Air France”, “Aeroflot”, “Transaero” və “Turkish Airlines” aviaşirkətləri Ukrayna ərazisindən uçuşlarıı dayandırıb. Aviaşirkətlərin yaydığı məlumata görə, planlaşdırılmış reyslərin marşrutları dəyişdiriləcək.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 17.07.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: