Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

İsveçin Xarici İşlər Naziri – “Azərbaycan bizə problemlər yaradır.”

15s20-bildt-170İsveçin Xarici işlər naziri Karl Bild Vaşinqtonda Azərbaycan hökumətinə qarşı ciddi bəyanatla çıxış edib. O, Azərbaycanda avtoritar rejimin hökm sürməsi səbəbindən bu ölkənin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirakının səmimiliyinə ciddi şübhələri olduğunu bildirib.
“Azərbaycan xüsusi hadisədir. Bu ölkədə hökumət neft və avtoritar idarəetmə üzərində bərqərar olub və bizə problemlər yaradır”, – deyə cənab Bild Vaşinqtonda çıxış edərkən deyib.
Atlantik Şuranın iclasında çıxış edən nazir qeyd edib ki, “Şərq Tərəfdaşlığı” proqramı 2008-ci ildə qəbul olunduğu vaxtla müqayisədə indi daha çox problemlə üzləşir.
“Eyni zamanda, üç ölkə – Gürcüstan, Moldova və Ukrayna bu istiqamətdə fəal şəkildə irəliləyir. Ermənistan Gömrük İttifaqına qoşulmaq qərarı verdi. Əslində, Yerevanın xüsusi bir seçimi də olmayıb. Moskvaya çağırıb, seçim qarşısında qoyublar. Onları məcbur ediblər”, – deyə Karl Bild qeyd edib.
İsveçin xarici siyasət idarəsinin rəhbəri deyir ki, Belarusla bağlı vəziyyət qeyri-müəyyəndir: “Bu ölkə enerji baxımından Rusiyadan asılıdır, amma belarusların bütövlükdə Rusiyanın siyasətinə münasibəti kəskin mənfidir. Hazırda Rusiya Qərb dəyərlərinə ciddi təhlükə olaraq qalmaqda davam edir və bu ölkənin Ukraynaya qarşı işğalçılığı istisna olunmur. Amma bunun davam etməsi hazırkı Rusiyanın sonu ola bilər”

İsveçin Xarici İşlər Naziri – “Azərbaycan bizə problemlər yaradır.”” üzərində bir şərh

  1. hasan
    17.07.2014

    Azearbaic
    anda hakimiyyet yoxdur,qanunilešdirilmiš quldur destesi var.Bu quldur destesinin bašinda qati cinayetkar Ilham Aliyev dayanir.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 15.07.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: