HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
İsveçin Xarici işlər naziri Karl Bild Vaşinqtonda Azərbaycan hökumətinə qarşı ciddi bəyanatla çıxış edib. O, Azərbaycanda avtoritar rejimin hökm sürməsi səbəbindən bu ölkənin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirakının səmimiliyinə ciddi şübhələri olduğunu bildirib.
“Azərbaycan xüsusi hadisədir. Bu ölkədə hökumət neft və avtoritar idarəetmə üzərində bərqərar olub və bizə problemlər yaradır”, – deyə cənab Bild Vaşinqtonda çıxış edərkən deyib.
Atlantik Şuranın iclasında çıxış edən nazir qeyd edib ki, “Şərq Tərəfdaşlığı” proqramı 2008-ci ildə qəbul olunduğu vaxtla müqayisədə indi daha çox problemlə üzləşir.
“Eyni zamanda, üç ölkə – Gürcüstan, Moldova və Ukrayna bu istiqamətdə fəal şəkildə irəliləyir. Ermənistan Gömrük İttifaqına qoşulmaq qərarı verdi. Əslində, Yerevanın xüsusi bir seçimi də olmayıb. Moskvaya çağırıb, seçim qarşısında qoyublar. Onları məcbur ediblər”, – deyə Karl Bild qeyd edib.
İsveçin xarici siyasət idarəsinin rəhbəri deyir ki, Belarusla bağlı vəziyyət qeyri-müəyyəndir: “Bu ölkə enerji baxımından Rusiyadan asılıdır, amma belarusların bütövlükdə Rusiyanın siyasətinə münasibəti kəskin mənfidir. Hazırda Rusiya Qərb dəyərlərinə ciddi təhlükə olaraq qalmaqda davam edir və bu ölkənin Ukraynaya qarşı işğalçılığı istisna olunmur. Amma bunun davam etməsi hazırkı Rusiyanın sonu ola bilər”
Azearbaic
anda hakimiyyet yoxdur,qanunilešdirilmiš quldur destesi var.Bu quldur destesinin bašinda qati cinayetkar Ilham Aliyev dayanir.