Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Pol Flin: İlham Əliyev qorxunc təhlükədir…

flin-brit-deputat1Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) çıxışı zamanı Ilham Əliyevi qəzəbləndirənlərdən biri də britaniyalı deputat Pol Flin oldu. AŞ PA üzvü Əliyevə Azərbaycandakı siyasi məhbuslar, o cümlədən insanların fikirlərinə görə şərlənib həbsxanaya salınması, seçkilərin saxtalaşdırılması haqda sual verməklə, onu hiddətləndirdi. Əliyev də qəzəbini boğa bilməyərək, britaniyalı deputatı “yalançı” adlandırdı.
Həmin deputat Ilham Əliyevin AŞ PA-dakı davranışı ilə bağlı təəssüratlarını bloq yazısında bölüşüb.

Həmin yazının tərcüməsini təqdim edirəm:

Əliyev bu həftə Strasburqda özünü lovğa və dalaşqan kimi apardı. Bir çoxları üçün o, hər keçən ay daha çox zənginləşən, Qafqaza yenidən müharibə gətirə biləcək qorxunc təhlükədir. Beynəlxalq hüquq-müdafiə təşkilatları, dünyada insan haqlarının müdafiəsilə məşğul olan şəxslər xəbərdarlıq edir ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə haqqı yoxdur.
Strasburqda – Avropa Şurası Parlament Assambleyasının iclasında ona sual ünvanlamaq üçün mənə 30 saniyə verilmişdi. Ondan soruşdum: “Mən Azərbaycanda saxta ittihamlarla mühakimə olunub türmələrə salınan jurnalist və bloggerlərlə görüşmüşəm, bu ölkədə seçkilərin nəticələri saxtalaşdırılıb. Sizin Nazirlər Komitəsinə sədrliyiniz dövründə Azərbaycan insan hüquqları sahəsində Avropa Şurasının standartlarına əməl edəcək, yoxsa, Avropa Şurasının digər üzv dövlətlərini indi sizdəki kimi acınacaqlı deqradasiya səviyyəsinə salacaq?”
O, çətin suallar verən digər şəxslərə qarşı olduğu kimi, yenə də özündən çıxdı. Məni yalan danışmaqda ittiham etdi. Mənim sualımda səsləndirdiyim iki ittihamla bağlı məsələni inkar etdi və ölkədə insan hüquqları sahəsindəki vəziyyətə açıq-aşkar çox şişirdilmiş qiymət verdi.
Görünür, cənab Əliyev ATƏT müşahidəçilərinin Azərbaycanda 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkisinə dair rəyini oxumalıdır: “9 oktyabr seçkisi ifadə azadlığı, həmçinin toplaşma, birləşmə azadlıqlarının məhdudlaşdırılması, namizədlərə bərabər imkanlar yaradılmaması şəraitində keçdi. Seçki kampaniyası dövründə namizədin və seçicilərin qorxudulması, medianın imkanlarının məhdudlaşdırılmasına dair məlumatların arası kəsilmədi. Bu cür problemlər, ciddi çatışmazlıqlar seçki prosesinin bütün mərhələlərində, o cümlədən səsvermə günü də müşahidə olundu. Demokratik seçkilərlə bağlı ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl etmək üçün Azərbaycan mütləq bu çatışmazlıqları aradan qaldırmalıdır.
Səslərin sayılması prosesinə də mənfi qiymət verilib. Baş verən ciddi pozuntuları nəzərə alaraq, konkret olaraq, seçki məntəqələrinin 58 faizində səslərin sayılması pis və ya çox pis qiymətləndirilib. ATƏT-in Beynəlxalq Müşahidə Missiyasının nümayəndələri 15 məntəqədə seçici siyahıları, nəticələr və ya protokollarla manipulyasiya halları, o cümlədən bir namizədə verilmiş səslərin digər namizədin adına hesablanmasını müşahidə ediblər.
Müşahidə missiyasının nümayəndələri həmçinin 37 məntəqədə qutulara topa-topa bülletenlərin doldurulmasının şahidi olublar. 7 məntəqədə isə artıq bir dəfə seçici siyahısına imza ataraq səs vermiş adamların yenidən səs verməsinə şərait yaradılıb.
Müşahidə missiyası xeyli prosessual pozuntular da qeydə alıb ki, bunlardan ən geniş yayılmışı eyni adamın bir neçə dəfə səs verməsinin qarşısının alınması üçün tədbir görülməməsi olub. Seçki məntəqələrinin 19 faizində seçicilərin bundan əvvəl səs verib-vermədiyini müəyyənləşdirmək məqsədilə barmaqlarında görünməz mürəkkəb olub-olmadığı yoxlanılmayıb. 11 faizində isə səsverməyə gələnlərin barmaqlarına mürəkkəb vurulmayıb. Digər problemlərə gəlincə, seçki qutularının düzgün möhürlənməməsi (məntəqələrin 4 faizində), seçici siyahılarında eyni imzaların (4 faiz) olması kimi pozuntular aşkarlanıb. ATƏT təmsilçiləri müşahidə apardıqları seçki məntəqələrinin 7 faizində qrup şəklində səsvermənin şahidi olublar. 9 faiz seçki məntəqəsində isə seçicilərin heç də hamısı bülleteni gizli şəraitdə işarələməyib. ATƏT müşahidəçiləri eyni zamanda, seçicilərin hədələnməsi, onların seçiminə təsir göstərmək cəhdi kimi hallar da qeydə alıblar. ATƏT nümayəndələri belə nəticəyə gəliblər ki, seçki məntəqələrində quraşdırılmış nəzarət kameraları müşahidə apardıqları məntəqələrin 8 faizində səsvermənin gizliliyini təmin etməyib”.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 01.07.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: