Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

İlham Əliyevin AŞPA-dakı çıxışı…

10458651_692244814145959_2302291019449485142_n         Avropada yaşayan azərbaycanlılar dövlət başçısı İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında çıxiş etməyə başladıqdan dərhal sonra “siyasi məhbuslara azadlıq” şüarlı uzun plakat qaldirıblar, Aksiyaçıların əyinlərində siyasi məhbuslarin şəkilləri olub. Zalda siyasi məhbusların fotoları olan köynəkləri geyinən və ağızlarını bağlayan Avropada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirir.
İlham Əliyevin assambleya üzvlərinə müraciəti Strasburq vaxtı ilə saat 12:00-da başlayacaq. Daha sonra Azərbaycan prezidentinin deputatların suallarına cavab verəcəyi gözlənilir.

Bu, İlham Əliyevin prezident olandan sonra Avropa Şurasına ikinci səfəridir. Prezident olmazdan əvvəl İlham Əliyev AŞ PA üzvü idi və onun vitse-prezidenti seçilmişdi.
10460754_892299647451050_3692120599187165730_n
Azərbaycan mayın 14-dən AŞ Nazirlər Komitəsinə sədrlik edir. Sədrlik altı ay davam edəcək. Gözlənilir ki, Azərbaycan hakimiyyətinin tənqidçiləri prezident İlham Əliyevə insan haqları sahəsində problemlərlə bağlı suallar verəcəklər. Bu baxımdan polemikanın gərgin keçməsi gözlənilir.
       Bu ilin yanvarında AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə keçmiş məruzəçisi Krostofer Ştrasserin məruzəsi və qətnamə layihəsi rədd olunsa da Assambleyada müəyyən qruplar hələ də bu məsələni qaldırmağa və Bakıya qarşı təzyiq elementinə çevirməyə çalışırlar.
      İyunun 23-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov AŞ PA-da çıxış edib və çıxışdan sonra ona insan haqları problemləri ilə bağlı çoxsaylı suallar ünvanlanıb.
       Nazir bu tənqidləri cavablandırarkən deyib ki, Azərbaycan tam demokratik ölkə deyil və bunu qəbul edir. Bununla belə problemlərin aradan qaldırılmasında maraqlıdır və insan haqları sahəsində vəziyyəti düzəltmək üçün iki illik plan hazırlayıb.
       Bu gün isə prezident Əliyevin AŞ PA-da Azərbaycana qarşı tənqidlərə cavab verəcəyi, Azərbaycanla Avropa Şurası arasında münasibətlərin gələcəyinə dair Bakının mövqeyini təqdim edəcəyi gözlənilir.
Bakı vaxtı ilə saat 15:00-da Azərbaycan prezidenti İlham Əliyev AŞ PA sessiyasının keçirildiyi zala daxil olub. Əliyev zala daxil olarkən alqış səsləri eşidilib, Azərbaycan prezidenti zalda onun üçün ayrılmış yerdə əyləşib.
      AŞ PA prezidenti Ann Brasser Azərbaycan prezidentini assambleya üzvlərinə təqdim edib. Bildirib ki, İ.Əliyev əvvəllər AŞ PA vitse-prezidenti olub və Avropa Şurasının işində fəal iştirak edib. A.Brasser xatırladıb ki, indi İ.Əliyev iclasda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən ölkənin dövlət başçısı kimi iştirak edir.
10372544_716155131759638_7535907107319332409_n
      A.Brasser Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunub, ölkənin ərazilərinin bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edildiyini, münaqişənin nizamlanması üçün Minsk Qrupunun vasitəçilik etdiyini, AŞ PA-nın da tərəflər arasında sülhə nail olmaq üçün səylər göstərdiyini bildirib.
      Brasser həmçinin İ.Əliyevin 2004-cü ildə AŞPA-dakı çıxışını xatırladıb və deyib: “Cənab prezident, axı siz demişdiniz ki, ölkədə güclü iqtisadiyyatın olması kifayət deyil, demokratik dəyərlər, siyasi azadlıqlar və siyasi islahatlar da olmalıdır. Bu gün sizin ölkənizdə güclü iqtisadiyyat var, ancaq demokratiya sahəsində problemlər mövcuddur”.
      Prezident İlham Əliyev çıxış üçün tribunaya qalxıb və A.Brasserə müraciətlə bildirib: “Mən sizə minnətdaram ki, 10 il əvvəl burada, bu zalda dediyim sözləri xatırlatdınız. Mən öz sözlərimin üstündə dururam. Azərbaycan həm siyasi, həm iqtisadi islahatlar sahəsində böyük inkişaf yolu keçib. Və biz qısa müddət ərzində böyük uğurlara nail olmuşuq”.
     Prezident xatırladıb ki, Azərbaycanda demokratik Konstitusiya var, siyasi azadlıqlar, toplaşmaq azadlıqları, söz və mətbuat azadlıqları təmin olunub. Ölkədə çoxlu demokratik institutlar, QHT-lər, partiyalar, azad KİV-lər fəaliyyət göstərir. İnternet azaddır. Prezidentin sözlərinə görə bu institutlar lazımdır və onlar hökumətə kömək edirlər. Əliyev Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəliklərin böyük hissəsinə əməl etdiyini bldirib.
Eyni zamanda Prezident qey edib ki, Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirilir. Prezident son illər ərzində təhsil sahəsindəki islahatlardan danışıb.
     Azərbaycan prezidenti dünya birliyinin ikili standartları probleminə də toxunub. O deyib ki, Azərbaycan böyük ənənələrə, mədəniyyətə malik gənc dövlətdir. Onun dünyada yaxşı reputasiyası var və BMT TŞ sədri postundakı missiyasını da uğurla yerinə yetirdi: “Bizə inanır, bizi dəstəkləyir və bizə etimad göstərirlər. Bunun sübutu olaraq BMT TŞ-dəki iki illik fəaliyyətimizi göztərə bilərəm”.
     İ.Əliyev bildirib ki, Azərbaycan dünya birliyinin üzvü olan ölkələrin əksəriyyəti ilə bərabərhüquqlu münasibətlər qurub və regional təhlükəsizlik sisteminin formalaşmasında həlledici rol oynamağa hazırlaşır.
     İ.Əliyev AŞ PA-dakı çıxışında Qarabağ münaqişəsi barədə də ətraflı danşıb. Prezident Ermənistanın işğalının ağır nəticələri barədə geniş danışıb.
    Əliyev çıxışını yekunlaşdırandan sonra yarım saat ərzində əksəriyyəti onun üçün xoşagəlməz olan sualları cavablandırıb. Avropa deputatları ondan siyasi məhbuslar, fəalların həbsi və sərbəst toplaşmaq azadlığının pozulması, onlarla jurnalistin həbsi və söz azadlığının pozulması haqqında soruşublar. Buna cavabda Əliyev bildirib ki, Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş jurnalist yoxdur. “Bizdə 2003-cü ildən etibarən diffamasiyaya görə həbs edilmiş jurnalist yoxdur, sizdə olan məlumatlar yanlışdır”, deyə Əliyev iddia edib.
    Sonuncu prezident seçkiləri zamanı saxtalaşdırmalar haqqında sual ümumiyyətlə Əliyevi qəzəbləndirib. Bu sualı verən Britaniyalı deputatı barmaqla hədələyən Əliyev onu yalanda ittiham edib. “Siz sualınızda iki yalan söylədiniz. Birincisi, bütün müşahidəçilər təsdiq ediblər ki, seçkilər azad və ədalətli olub. Ən əsası, seçkilər xalqın iradəsini əks etdirib, pozuntu və saxtakarlıqlar isə sizin ölkənizdə var”, deyə Əliyev hiddətlə bildirib.
     Məşhur hüquq müdafiəçisi Leyla Yunusun təqibinin səbəbi haqqında suala cavabda Əliyev qeyd edib ki, o, ondan müvafiq məlumat istəndikdə qaçmaq istəyib, bundan sonra onun barəsində müvafiq tədbirlər görülüb.

Vətəndaş cəmiyyətinə və siyasi rəqiblərə qarşı təzyiqlərin səbəbləri haqqında suala cavabda Əliyev deyib ki, bu sualları verənlər tarixi bilmirlər. Azərbaycanda 1992-93-cü illərdə belə vəziyyət var idi. Bundan sonra stabillik dövrü yaranıb və indiyədək davam edir.

    Prezident çıxış etdiyi müddətdə bir sıra QHT təmsilçiləri və NADA hərəkatının üzvləri AŞPA-nın qonaqlar üçün olan sektorunda səssiz aksiya keçiriblər. Bu hərəkətlər prezidentin də gözündən qaçmayıb və bu barədə öz çıxışında danışıb.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 24.06.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: