HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
İyunun 24-də Avropa Şurası Parlament Assambleyasının qarşısında Azərbaycanın ölkə başçısı İlham Əliyevə qarşı etiraz aksiyası keçiriləcək. Aksiyanın təşkilatçısı “Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığı təşkilatıdır.
Aksiya, İlham Əliyevin çıxışı zamanı Azərbaycanda insan haqları, o cümlədən söz və mətbuat azadlığı sahəsindəki ağır vəziyyət olmasının diqqətə alınması məqsədi daşıyır.
Onu da qeyd edim ki, aksiyanın keçiriləcəyi dəqiqələrdə İlham Əliyev AŞPA üzvləri qarşısında çıxış edəcək.
İlham Əliyevin çıxışı Avropa saatı ilə saat 12:00 üçün nəzərdə tutulub. Aksiya isə Avropa saatı ilə saat 11:30-a təyin edilibdir.