Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

“Human Rights Watch” Azərbaycan Hakimiyyətini “topa” tutdu

загруженноеAzərbaycanın Xarici Işlər naziri deyib ki, Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilməlidir. Avropa Şurası liderləri və Parlament Assambleyasının üzvləri prezident Ilham Əliyevi Azərbaycanda hökumət tənqidçilərinin və müstəqil qrupların təqib olunmasına son qoymağa çağırmalıdır. Bunu “Human Rights Watch” insan haqları təşkilatı iyunun 23-də bildirib.
Təşkilat qeyd edir ki, Azərbaycanda hökumət tənqidçilərinin təqib olunması artır.
Azərbaycanın AŞPA Nazirlər Komitəsinə 6 aylıq sədrliyi və bununla bağlı Azərbaycan prezidentinin AŞPA-dakı iyunun 24-ə nəzərdə tutulan çıxışı ilə bağlı “Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson deyir: “Ironiya ondadır ki, Azərbaycan standartlarını belə kobudcasına pozduğu quruma sədrlik edir.
Avropa Şurası rəhbərliyi imkandan istifadə edib, Ilham Əliyevi tutulan insanları buraxdırmağa çağırmalıdır. O adamlar fikirləşdiklərini deməkdənÿbaşqa bir şeyə görə həbs olunmayıblar. Və Azərbaycanda müstəqil qruplara fəaliyyət göstərməyə imkan verilməlidir”.
“Human Rights Watch” bildirir ki, Azərbaycanda son 2 ildə ən azı 40 siyasi fəala, jurnalistə, blogerə qarşı əsassız cinayət işləri açıb və bir çoxları artıq həbsdədir.
2013-cü ilin sentyabrında “Human Rights Watch”un yaydığı hesabatda hökumətin öz tənqidçilərini susdurması üçün müxtəlif cinayət ittihamlarından, o sıradan narkotik və silah gəzdirmə, zorakılığa çağırma, xuliqanlıq, vergidən yayınma, satqınlıq kimi ittihamlardan istifadə etdiyi bildirilir.
Azərbaycan prezidenti Ilham Əliyev və onun hökuməti Azərbaycanda siyasi motivli təqiblərin olmasını rədd edir. Ancaq cinayət işləri və bu zaman qanunların pozulması bu cinayət işlərinin hökumət tənqidçilərini cəzalandırmaq məqsədi daşıdığına şübhə qoymur. Avropa Şurasının bir neçə qurumu Azərbaycanda siyasi motovli təqiblər haqda narahatlığını bildirib.
Iyunun 20-də AŞPA-nın insan haqları müdafiəçiləri üzrə hesabatçısı Mailis Reps Azərbaycanda insan haqları fəallarına, jurnalistlərə, blogerlərə qarşı müxtəlif gözqorxutma tədbirlərindən narahatlığını bildirib. O, həmin tədbirlər sırasında qanunsuz həbslər, ədalətsiz məhkəmələr, qurama ittihamlar və hətta həbsxanada işgəncələrin adını çəkir.
May ayında Avropa Məhkəməsi qərar verdi ki, müxalifət fəalı Ilqar Məmmədovu hökuməti tənqid etdiyinə görə susdurmaq, ya da cəzalandırmaq məqsədi ilə həbs ediblər.
2014-cü ilin aprelində Avropa Şurasının Insan Haqları Komissarı Nils Muiznieks bildirdi ki, “Azərbaycanda ədalətsiz və ayrı-seçkiliklə təqiblər davam edir. Bu, qəbul edilməzdiur. Öz baxışlarına görə tutulanlar azad olunmalıdır”.
Williamson deyir: “Ilham Əliyev Strasbuqrda yəqin ki, iddia edəcək ki, Azərbaycanda siyasi motivli ittihamla tutulan yoxdur. Ancaq ondan soruşulmalıdır ki,ÿonda niyə ölkənin bir sıra aparıcı siyasi fəalları həbsxanadadır? Niyə polis Facebook fəallarını narkotik ittihamı ilə tutur?”.
“Human Rights Watch” hesab edir ki, hökumət bəzi insan haqları təşkilatlarını qeydiyyata almaqdan imtina etməklə onları qanun pozuntusuna sövq edir, çünki onlar öz fəaliyyətlərini maliyyələşdirə bilmirlər.
Mayın 26-da məhkəmə Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlini qanunsuz sahibkarlıq fəaliyyəti və digər ittihamlarla 5,5 il azadlıqdan məhrum etdi.
Williamson deyir: “Azərbaycanın 13 il əvvəl Avropa Şurasına qoşulandaÿgötürdüyü öhdəliklərə əməl etməsinin vaxtıdır”. “Bu iş Ilqar Məmmədov və Anar Məmmədlinin və eləcə də onlarla belə fəalın azad olunmasından başlana bilər”.
Azərbayan rəsmiləri bir qayda olaraq ölkədə insan haqları pozuntularına görə beynəlxalq təşkilatların tənqidlərini ölkəyə qərəzli münasibətin nəticəsi adlandırırlar.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 23.06.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: