Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Helsinki Komissiyasındakı dinləmələri hakimiyyəti özündən çıxardıb

 

img1439290     ABŞ Senatında Helsinki Komissiyasının Azərbaycanla bağlı keçirdiyi dinləmələr Əliyev iqtidarını qəzəbləndirib. Artıq ABŞ-a qarşı hücuma start verilib. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni Azərbaycan” qəzetinin dünənki sayında bu dinləmələrlə bağlı geniş məqalə dərc edilib. “Demokratiya və insan hüquqları istismarçı imperializmin ”qamçısı” ola bilməz” məqalədə ABŞ ünvanına sərt ittihamlar səsləndirilib.
Iddia edilib ki, Helsinki Komissiyasının keçirdiyi dinləmələr insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı deyil, “əvvəlcədən düşünülmüş xüsusi ”spektaklı” xatırladır”. Məqalədən bəzi hissələri təqdim edirik: “…ABŞ-dakı ayrı-ayrı maraqları təmin etmək üçün insan hüquqları və demokratiya mövzusu istismar olunur, bir növ qamçı, cəza mexanizmi kimi istifadə edilir. Əlbəttə ki, bu məsələ təkcə Azərbaycana qarşı deyil. Bir çox ölkələrdə Yaxın Şərqdə, Şərqi Avropada, keçmiş SSRI məkanında da dəfələrlə ABŞ-ın insan hüquqları və azadlıqları sahəsində demokratiya məsələsini istismar etdiyi, bundan milli hökumətlərə qarşı şantaj vasitəsi kimi istifadə etdiyi barədə çoxlu nümunələr vardır…
…Bütün bu proseslər belə bir qənaəti ifadə etməyə imkan verir ki, indiyə qədər mülahizə, iddia şəklində olan bu qarşılıqlı-faydalı, koordinasiyalı fəaliyyət doğrudan da istismarçı, imperialist dövlətlərin xarici siyasət idarələri tərəfindən də dəstəklənir. Bu isə əlbəttə ki, milli dövlətlərdə, onların vətəndaşlarında Qərb demokratiyası barədə xoş olmayan təəssürat yaradır. Ilk növbədə, demokratiyanın, insan hüquqlarının ixracında ixracatçı ölkələrin səmimi olmadığı üzə çıxır, bəlli olur ki, demokratiya və insan hüquqları heç də təqdim olunduğu kimi, xüsusi, əlahiddə dəyərlər deyil, istismarçı imperializmin əlində bir alətdir və istənilən milli dövlət bu vasitə ilə şantac edilir. Ikincisi, bəlli olur ki, demokratiya və insan hüquqları məsələsi hegemon dövlətlərin öz maraqlarını qoruması üçün ətraflarında yaratdıqları “qoruyucu çətirdir”. Ona görə də, Qərbdən gələn bu dəyərlərin postsovet məkanında, Şərqi Avropada və Yaxın Şərqdə pərvəriş tapması bir qədər çətinləşir”.

Bundan başqa Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nəzarətində olan 1news.az saytında oxşar yazı dərc edilib.
“Amerika diplomatiyasının üzü” adlanan məqalədə dinləmələrin Bakıya təzyiq məqsədilə təşkil olunduğu iddia edilir. Yazılır ki, dinləmələr ABŞ səfiri Riçard Morninqstarın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi uğursuzluğa düçar olduqdan sonra keçirilib. Bu, həm səfir Morninqstarın müdafiəsi, həm də rəsmi Bakıya təzyiq göstərmək məqsədi güdüb.
Sayt dinləmələrdə məruzəçi olmuş ABŞ dövlət katibinin müşaviri Tomas Melianın “qaranlıq keçmişə” malik olduğunu yazır və Azərbaycanda məşhur olan “qırmızı xətt” ifadəsini yada salır.
Məqalədə “Freedom House”dan ermənipərəst təşkilat, Tomas Meliadan isə bu təşkilatın kuratoru kimi bəhs olunur. Sayt Melianın əvvəllər rəhbəri olduğu Milli Demokratiya Institutunu (NDI) “Azərbaycan müxalifətçilərinin pul kisəsi” və ABŞ Demokratiyaya Dəstək Fondunun (DDF) 4 “peyk”indən biri adlandırır.
Məqalədə  “Human Right Watch” təşkilatının da Azərbaycana “qərəzli” mövqe nümayiş etdirdiyi vurğulanır.

“Azadlıq” radiosu məlumat verir ki, ABŞ səfirliyi məqalədəki iddialara cavab verib. “Helsinki Komissiyasındakı dinləmələr özlüyündə hər şeyi deyir. ABŞ dövlət katibinin müşavirləri Erik Rubin və Tomas Melianın verdikləri ifadələr münasibətlərin əhəmiyyətini göstərir”,- deyə səfirliyin mətbuat xidmətindən bildirilib. Daha sonra vurğulanıb ki, məqalədəki fikirlər absurd və tamamilə yalandır: “Oxşar məkrli iddiaları hazırlayıb yayanlar açıq-aşkar bizim Azərbaycanla münasibətlərimizə zərbə vurmağa çalışırlar. Dövlət katibinin müşaviri Melianın dedikləri bizim Azərbaycanda insan haqlarının durumundan narahatlığımızı göstərir. Biz demokratik institutların gücləndirilməsi üçün Azərbaycanla işləmək öhdəliyimizə sadiq qalırıq”.

 

 

 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 14.06.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: