Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Heydər Əliyev avtoritar rejim qurdu; İlham Əliyevlə də sülalə hakimiyyəti bərqərar oldu

31783ACA-90AB-48AA-9E90-95CFA61E540F_w640_r1_s     Məşhur Britaniya   “The Guardian” qəzeti Azərbaycandakı vəziyyətdən bəhs edən material dərc olunub. Materialın dərc olunmasında məqsəd oxuculara Azərbaycanı yaxından tanıtmaqdır. “Azərbaycan haqqında nəyi bilməlisiniz?” başlıqlı məqalədə Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyətindən, ölkədə avtoritar hakimiyyətin hökm sürməsindən bəhs olunur.

Müəllif bu vəziyyəti konkret faktlarla “The Guardian”ın yüzminlərlə oxucusunun diqqətinə çatdırır.

“Azərbaycanda bu vaxta qədər azad və ədalətli seçkilər keçirilməyib. Böyük neft və qaz ehtiyatları olan bu ölkə dünyada ən çox korrupsiyaya qurşanmış ölkələrdən biri kimi tanınır. Vaxtilə Kommunist Partiyasının rəhbər şəxslərindən olmuş Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldi və dərhal ölkədə avtoritar rejim formalaşdırmağa başladı. Siyasi rəqiblərilə amansızcasına davranaraq, sərt avtoritar rejim qurdu. 2003-cü ildə oğlu Ilham Əliyevi baş nazir təyin etdi. Bir neçə ay sonra Ilham Əliyev prezident oldu və beləliklə, ölkədə sülalə hakimiyyəti bərqərar oldu.

2012-ci ildə Azərbaycanda “Eurovision” musiqi yarışması keçirildi. Bu müsabiqəyə böyük diqqət göstərənlər eyni zamanda, Azərbaycanda Əliyevin insan hüquq və azadlıqlarına qarşı güclü repressiyalarının şahidi oldular”, – deyə məqalədə bildirilir.

“The Guardian” keçmiş sovet respublikaları, o cümlədən Azərbaycanla bağlı maraqlı viktorina da dərc edib. Azərbaycanla bağlı sualda 2013-cü ildə prezident seçkisinin hansı hadisə ilə yadda qaldığı soruşulur və 4 cavab variantı verilir:

1. Seçkinin gedişində seçki məntəqələrində seçki bülletenləri qurtarıb;

2. Hökumət seçkinin nəticələrini seçkiyə bir gün qalmış elan edib;

3. Ağac parçaları ilə silahlanmış gənclər Bakıda seçkini pozublar;

4. Müxalifətdən olan namizəd Cəmil Həsənli son anda namizədliyini geri götürməyə məcbur olub.

Xatırladım ki, Azərbaycanda 2013-cü il prezident seçkisilə bağlı beynəlxalq səviyyədə səs-küy yaradan hadisə MSK-nın mobil telefonlar üçün hazırlatdırdığı məlumat sisteminə nəticələrin bir gün qabaq ötürülməsi olmuşdu.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 11.06.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: