Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Xalqı olmayan prezident

 

загруженное Hər zaman xalqın adından danışan, xalqın bunu seçdiyini söyləyən İlham Əliyevin əslində heç də xalqı yoxdur. Bunu hamıdan yaxşı onun özü bilir. Ona görə işdən evə, evdən də işə gedəndə minlərlə polis işçiləri yollarda, minlərlə insan da rollarda əsəb xəstəliyitutulur.

     O bu xalqın səsini artıq çoxdan eşitmir, xalqı qarışqa gözündə görür. Onun talançı və monopolist bir komandası var. Həmin komanda bu xalqın anasını ağlatmaqla məşğuldur. Bu xalqın evini başına uçururlar, çırağını keçirirlər, qarşılığında heç bir kompensayisya vermirlər. Bu xalqın udmağa havasını tozla əvəzləyiblər. İllərdir bu ölkə toz-torpağın, palçığın içindədir. Bu xalqın qida təhlükəsizliyi yox, ölüm faizi artmaqda, ölümlər isə gəncləşməkdə davam edir. İlham Əliyevin xalqı var!? Yoxdur!

Respublika gününə həsr edilmiş tədbirdə İlham Əliyev M.Ə.Rəsulzadənin bir dəfədə olsun adını çəkmədi, ancaq atası Heydər Əliyevdən danışdı. Sanki 1918-ci ilin mayın 28-də müstəqilliyi Heydər Əliyev elan edib, Rəsulzadə deyil. Halbuki, Heydər Əliyevin həmin dövrdə heç izi tozuda yox idi.

Sovetlər İttifaqının süqutu nəticəsində müstəqil olduq deyir. İlham Əliyev bildirir ki, amma bunu müstəqillik saymaq olmaz… Əsl müstəqilliyimizi 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdə Azərbaycan yenidən qazanıb. Hörmətli cənab Prezident birincisi Sovet İttifaqı 1991-ci ildə deyil, 1988-ci ildə süqut etmişdi! Əgər müstəqillik 1993-cü ildə əldə edilibsə, bəs 1990-cı ilin yanvar ayında Gecə-gündüz demədən küçələrə səpələnən bu müstəqillik uğrunda qurban gedən xalqımızın nümayəndələri və Milli Azadlıq Hərəkatı hara getdi belə? Bu barədə görən prezident oxumayıb, öyrənməyib?! Yoxsa hazır kresloya sahiblənməkdən və boş-boş sözlərdən başqa heç nə bilmir?

Onun doğma atası Heydər Əliyev Milli Azadlıq Hərəkatı haqqında yüksək fikirlər söyləyərdi, onlar hara getdi? Bəlkə hamısı yalanmış, xalqın gözündən pərdə asmaq üçün imiş. Belə çıxır ki, 2 adamdan biri qeyri-səmimidir – ya Heydər Əliyev, ya da İlham Əliyev! Ya onun müstəqillik hərəkatı haqqında dedikləri və etdikləri yalandır, ya da İlham Əliyevin indi dedikləri.

Kim nəyi və necədərk edərsə o haqda da elədanışar. Güman ki, bizim prezidentimiz tamam başqa aurada və mühitdə böyüyüb. O, meydanın ləngərli dalğalanmalarını görməyib, müstəqilliyin əzablı yolları ilə bu millət yürüyəndə o tamam başqa sahələrdə çalışıb və heç yuxusuna da girməyib ki, nə zamansa bu ölkənin ipləri onun əlində olacaq. Ümid edirəm ki, İlham Əliyev bu yanlışını düzəldəcək və düzəltməlidir. Müstəqilliyi qəbul etməyən, milyonlarla insanın zəhmətini yerə vuran, bu yolda can verən minlərlə şəhidin ruhunu incidən bu çıxış təkzib olunmalıdır!

 

 

 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 29.05.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: