Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Müxalifət “Respublika günü”nü qeyd etdi

resulzade-300x16828 May Respublika Günü münasibəti ilə müxalifət qüvvələri Məmməd Əmin Rəsulzadənin anadan olduğu Bakının Novxanı kəndindəki abidəsi önündə təntənəli mitinq keçirib.

İlk olaraq abidənin önündə Müsavat Partiyası təntənəli mitinqini açıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, 96 il əvvəl Azərbaycanın ən görkəmli ziyalıları Azərbaycan Demokratik Cümhuriyyətini qurub. Bununla da Azərbaycan  xalqı dövlət olaraq öz möhürünü bəşəriyyətin tarixinə vurub. “1918-ci ildə qurulan dövlət bir təsadüf deyildi, bu, millətin, xalqın iradəsi ilə qurulan bir dövlətdir. Bu, xalqımızın, millərimizin böyüklüyünü bir daha sübut etdi. Biz bu səbəbdən Elçibəyi də şərəflə anırıq. Eşq olsun Rəsulzadə- Elçibəy yolu gedən sizlərə”.

İ.Qəmbər Rəsulzadə-Elçibəy yolçularının demokratiyanın bərpası uğrunda mübarizəsinin davam etdirəcəyini bildirib. “M.Ə.Rəsulzadə təkcə millətlərə istiqlal deməyib. O, insanlara hürriyyət də deyib. Bizim missiyamız tamamlanmayıb, mübarizəmiz davam edir”, o qeyd edib .

Müsavat Partiyasından sonra Milli Şuraya daxil olan qurumların təntənəli mitinqi başlayıb. Milli Şura bir il öncə M.Ə.Rəsulzadənin abidəsi önündə keçirilən mitinqdə élan edilib.

Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salıb. O Azərbaycan xalqının demokratiya və azadlıqlar uğrunda mübarizəsinin davam etdiyini bildirib.

“Ilham Əliyevin sosial dayağı yoxdur. Bunu ötən ilki president seçkiləri bir daha sübut etdi.   Onu Mərkəzi Seçki Komissiyası prezident élan edib. Seçkilərin qalibi Milli Şura olub”, o qeyd edib.

Milli Şuranın Rəsulzadə-Elçibəy yolunu davam etdirək və demokratik dəyərlərin bərpasına nail olacaq.

“Bizim yolumuz Rəsulzadə-Elçibəy yoludur. Azərbaycan xalqını heç kim demokratiya uğrunda mübarizəsdən çəkindirə bilməz”, Həsənli qeyd edib.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 28.05.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: