Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Ukrainanın yeni Prezidenti məlum oldu

1655361_20140525225807Vladimir Putinin Preziden seçkilərinin baş tutmaması cəhdlərinə baxmayaraq Ukraynada prezident seçkiləri baş tutmuş hesab edildi.

Ukraynalı iş adamı, Şokolad Kralı kimi tanınan, Pyotr Poroşenko az əvvəl seçkilərdə qalib gəldiyini bəyan edib.

O, həmçinin Vitali Kliçkonu Kiyevin yeni meri kimi təqdim edib (prezident seçkiləri ilə yanaşı Kiyev və başqa iri şəhərlərə mer seçkiləi də keçirilirdi və ilkin nəticələrə görə, Kiyevin meri uğrunda yarışı Vitali Kliçko qazanıb).

Poroşenko parlament seçkilərinin 2014-cü ildə keçiriləcəyini də bildirib.

Poroşenko deyib ki, Ukrayna Krımın Rusiya tərəfindən ilhaq olunmasını heç vaxt tanımayacaq.

***

Ukraynada səsvermə bitib. Ukraynanın birinci telekanalı ölkə üzrə exit polun nəticələrini açıqlayıb. Telekanalın keçirdiyi sorğuya görə prezidentliyə namizəd Pyotr Poroşenko səsvermənin ilk turunda qalib gəlib.

Pyotr Poroşenko – 57,3 %

Yuliya Timoşenko – 12,9 %

Oleq Lyaşko – 8,8 %

Anatoli Qriçenko – 6 %

Sergey Tiqipko – 4,6 %

Dmitri Yaroş –  1,1 %

Seçkidə ən yüksək nəticə Lvovda müşahidə edilib. Seçicilərin 63 faizi səsvermə hüququndan istifadə edib. Ukrayna Mərkəzi Seçki Komissiyasının verdiyi xəbərə görə, seçki ölkənin bütün şəhərlərində keçirilib. Luqansk və Donetsk vilayətlərində də seçki baş tutub.

Mərkəzi Seçki Komissiyası ilkin rəsmi nəticələri yaxın saatlarda elan edəcək.

Preziden seçkilərinin nəticələri ilə əlaqədar dərhal ABŞ-dan Ukraina xalqına təbrik ünvanlanıb…

ABŞ prezidenti Barak Obama Ukraynanın yeni prezidenti ilə birgə fəaliyyəti səbrsizliklə gözləyir. Bu barədə Obamanın adından Ağ evin yaydığı bəyanatda deyilir.
“Bütün amerikalılar adından Ukrayna xalqını bu gün səs verməklə öz səslərini duyura bildikləri üçün alqışlayıram. Təxribat və zorakılıqlara baxmayaraq, ukraynalılar bütün ölkə boyu, hətta Rusiyanın dəstəyi ilə separatçıların əhalini vətəndaş hüquqlarından məhrum etmək istədiyi Şərqi Ukraynanın bəzi hissələrində seçki məntəqələrinə getdilər və öz səslərini verdilər. Biz belə təhdid altında seçkilərdə iştirak edən hər kəsin qətiyyətini və Ukrayna hökumətinin bu seçkilərin baş tutması üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk.
Son bir neçə ay ərzində Ukrayna xalqı kənar müdaxilə olmadan öz liderini seçmək və demokratiya şəraitində yaşamaq arzusunu dəfələrlə nümayiş etdirib. Bu seçkilər Ukrayna hökumətinin bütün vətəndaşların iştirakı ilə ölkəni birləşdirmək səyləri istiqamətində daha bir mühüm addım oldu.
Birləşmiş Ştatlar Ukraynanın vacib siyasi və iqtisadi islahatla cəhdini dəstəkləmək üçün ölkənin yeni prezidenti, eləcə də demokratik yolla seçilmiş parlamenti ilə birgə fəaliyyəti səbrsizliklə gözləyir.
Biz həmçinin, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimizi davam etdirir, Rusiyanın işğalını və Krımı ilhaq etməsini mühakimə və rədd edir, münaqişənin dinc həll yolunu tapmaq üçün Ukrayna və başqa tərəfdaşlarımızla işləməyi əvvəlkitək özümüzə borc bilirik”, – deyə bəyanatda bildirilir.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 25.05.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: