Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Bizdə xalq hakimiyyətin mənbəyi yox, diktatorun oyuncağıdır.

azilan_xalq      Bugün Tural Zeynalov adlı şəxs tərəfindən email ünvanıma göndərilən, bugünün həqiqətlərini əks etdirən “Bizdə xalq hakimiyyətin mənbəyi yox, diktatorun oyuncağıdır” adlı məqaləsini olduğu kimi Sizlərində diqqətinizə çatdırıram:

Ən çox da bizdə gənclər arasında xəstəlik kimi yayılmış bir xüsusiyyət (daha doğrusu mən pis adət deyərdim ) var. Kim siyasi sahədə bir cümlə işlətsə, yaxud da ki, hər hansı bir mülahizə irəli sürsə , o dəqiqə qınaq obyektinə çevrilir. Bunu da edən digər nəslin nümayəndələri deyil, məhz elə gənc nəsil olur. Başqalarının dediyi cümlələrlə beyni dolmuş gənclər, yeri və məqamı gələndə həmin fikirləri tutuquşu kimi , qeyri iradi dilə gətirirlər . Düşünmədən, analiz etmədən.

Bu əslində bizim cəmiyyətə xas bir xüsusiyyət deyil. Əslində bizim gəncimiz də dünyanın digər ölkələrində, cəmiyyətlərində olduğu kimi normal şəkildə düşüncə tərzinə malikdirlər. Sadəcə olaraq onları bu şəkildə düşünməyə, daha doğrusu düşündürməyə vadar edirlər.

Məsələn bizdə doxsan faiz gənc düşünür ki, siyasət onun işi deyil və bu barədə söz haqqına sahib deyil. Yaxud da ki, telekanallarda, radiolarda , digər kütləvi informasiya vasitələrində səsləndirilən fikirlər mütləq doğrudur və digər şərhə , mülahizəyə ehtiyac yoxdur.

Bu sirr deyil ki, media – iformasiya dünyanın hər yerində olduğu kimi bizdə də ikinci hakimiyyət hesab oluna bilər. Hətta mən deyərdim ki, hökumət tərəfindən birbaşa idarə edilən media elə birinci hakimiyyətdir. Onlar nəyi necə görmək istəyirlərsə, o şəkildə də göstərirlər, və qarşıdakı kütlə də o şəkildə görür,inanır .

Yuxarıda qeyd etdiyim – medianin hökumət, hakimiyyət tərəfindən idarə olunması ilə paralel şəkildə həm də müxalifyönlü informasiya vasitələri, qazetlər və jurnallar, radiolar da sıxışdırılır. Bununla da səsi içində boğulan həqiqət gənclərə çatdırıla bilmir. Elə məhz bu səbəblə də insanlar tək həqiqət kimi ortada dönüb dolaşan qondarma məlumatları görürlər.

Həqiqəti əslində görənlər də var. Bunu dərk edən, anlayan analiz edən insan da az deyil. Sadəcə olaraq onları başqa yalanlarla, hədələrlə elə susdurublar ki, heç kimin gördüyü doğruları müdafiə etməyə macalı qalmayıb.

Bizdəki bu vəziyyət yadıma bir şeyi salır.

Bir gün bir həbsxanada bütün məhkumları açıb buraxırlar və həmin məhkumlar həbsxana qapısından heç yana getmirlər. Səbəb isə budur : həbsə düşdükləri ilk gündən etibarən onlara işkəncə, döyülmək əvəzinə qulaqlarına birçə cümlə pıçıldanır : ” Sən çox gücsüzsən və azadlıqda ölərsən ”

Mənə elə gəlir ki , bu qısa xatırlatmamın heç şərhə ehtiyacı yoxdur. Bizdə də eyni hal baş alıb gedir. Kim, nəçi olduğunu bilmədiyimiz  ” sehirli ” qüvvələr hər gün qulağımıza eyni şeyi pıçıldayıb, bizi gücsüz olduğumuza inandırır.

Hansı gənc , yaxud da ki, yaşından asılı olmayan bir vətəndaş da səsini çıxarsa, o dəqiqə terrorist, vətən xaini donu geydirilib, məhv edilir. Bu hansı ədalətə , hansı vicdana sığışar ?!!!

Bütün bunları gördükdən sonra kimin gözü qorxmaz ? Onsuz da əlində canından başqa heç nə qalmamamış birisi canı bahasına həqiqət yolu ilə gedərmi ? İnanmıram!

Mənim öz dövlətimi tənqid etməkdən, ünvanına xoş olmayan sözlər yağdırmaqdan xoşum gəlmir. Sadəcə olaraq düşünürəm, düşünürəm ki, yaxşı bir şey demək üçün əlimdə hansı səbəblərim var ? Başqa ölkələrdə adam başına düşən milli gəlir hesablananda , bizdə adam başına düşən borcu hesablamaq olar. Gəlir haradadır ? Ötən ilin statistikasına əsasən həmin gəlir 246 Azn – dir. Amma bir nəfərə hesablanan borc isə 500 Azn – dir. Yaxşı deyək ki, əhalinin heç borcu yoxdur – ki belə bir hal qeyri mümkündür- məhsullar, geyim və komunal xərclərin tavana vurduğu bir ölkədə bir gənc 246 Azn lə özünə nə edib , hansı şəraiti qura bilər ? Belə bir gəlir, yaxud da ki, loru dillə desək o qəpik – quruş ona hansı gələcəyi vəd edə bilər ?

Bu qədər aclıq çəkən, şəraitsizlikdən, işsizlikdən və digər dilə gətirmədiyim ünsürlərdən əziyyət çəkən xalqım varkən, mən hansı firavanlıqdan, çiçəklənən ölkədən bəhs edə bilərəm ?

Bu vətən axi bizim də Vətənimizdir. Bizim də burada yaşamağa , onu inkişafa aparmağa haqqımız var. Təbii ki , aclıq və səfalətdən, borclarımızdan vaxt tapan kimi, öz dərdlərimizdən fürsət olan kimi , bunu edəcəyik.  Ona qədər bizim qanımızı içənlər, haqqımızı öz harınlamış balalarına yedirənlər öz keflərini çəkə bilərlər.

Onsuz da bu  gedişlə, mən düşünürəm ki, heç bir şey düzələn deyil . Bizim istəyimizdən axı heç bir şey asılı deyil. Diktatorlar və onların yandaşları nə çalırlarsa xalq da həmin havanı oynayır. Başqa əlacı da yoxdur bu yazıq millətin. Oxu deyirlər oxu, oxuma deyirlərsə də lal olmalısan. Yoxsa onlar səni susdurmağın ən asan və sadə minbir yolunu bilirlər. Elə mumladarlar ki, heç ömür boyu səsin çıxmaz. Elə itib batarsan, elə səssiz səmirsiz yox olarsan ki, heç kimin ruhu da duymaz.

Bunların gilyotinlərində başı pambıqla kəsirlər, heç kimin xəbəri olmur. Səssiz səmirsiz , amma necə lazımdırsa elə.

O qədər qarışıq bir sistemdir ki, yazımda tənqid etdiyim o ” siyasət bizlik deyil ” fikrini sanki məcburən qəbul edirəm. Həqiqətən də bizdə siyasəti, idarəni elə bir hala , vidə salıblar ki, baş açmaq mümkün deyil . Bilmək olmur idarə edən kimdir, idarə olunan kim ? Xalq həqiqətənmi ” Hakimiyyətin mənbəyidir ” ? Yoxsa sadəcə olaraq oyun vasitəsidir ? Hakimiyyətin mənbəyidirsə , niyə söz haqqı istimal olunur, söz haqqı varsa niyə bu gündədir ?

Sualıma sadəcə belə bir cavab tapa bilirəm. Bizdə siyasət qəliz deyil, heç bir ölkədə qəliz deyil əslində. Sadəcə olaraq bizdə siyasəti elə kökə salıblar ki, elə oyunlar oynanılır ki, heç kim baş aça bilməz.

Hüseyn Cavid demişkən :

Bir oyuncaqdır cahan başdan-başa,
Qafil insanlar da bənzər sərxoşa.
Səndələr hər kəs əməlsiz, qayğısız,
Həpsi kəndindən xəbərsiz, sayğısız.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 25.05.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: