Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Azərbaycan- represiya ölkəsidir

 am-sr“Atletiko Madrid”in forması üzərindəki yazı dəyişdi – “Azerbaijan Land of repression”

“Sərhədsiz reportyorlar” beynəlxallq mətbuatı müdafiə təşkilatı jurnalistlərin cinayət təqibi məsələlərinə diqqət çəkmək üçün yeni kampaniya həyata keçirir.

Təşkilat “Atletiko Madrid” komandasının üzərində müəyyən dəyişikliklər edilmiş formasından və onun yanında Azərbaycanda mətbuat azadlığının vəziyyəti haqda məlumatdan ibarət plakatlar yayıb. Formanın üzərindəki “Azerbaijan Land of Fire” (“Azərbaycan – odlar diyarı) yazısı “Azerbaijan Land of repression” (Azərbaycan – represiyalar diyarı) ilə əvəz edilib və yazının aşağısında sanki həbsxana barmaqlıqlarından yapışmış əl təsviri yerləşdirilib. Formanın yuxarısında isə yazılıb: “Siz “Atletiko”ya sponsorluq edənin həqiqətdə kim olduğunu bilirsiz?”.

Bu təsvirin yanında isə “Azərbaycan – repressiyalar çempionu” başlığı altında bu məlumatlar yerləşdirilib:

1) Azərbaycan Sərhədsiz Reportyorların media azadlığı indeksində 180 ölkə arasında 160-cıdır.
2) Plüralizmə qarşı hücum:
* dövlət tərəfindən yayıma tam nəzarət;
* 2014-cü ilin mayında 10 jurnalist və bir çox bloggerlər həbsxanadadır;
* müstəqil jurnalistlərə qarşı psixoloji hücumlar, təzyiqlər və qarayaxma kampaniyaları;
* müstəqil medianın maliyyə böhranı.3) 9 milyondan çox əhali üçün 5-dən az müstəqil qəzet.

“Sərhədsiz reportyorlar” xatırladır ki, mayın 14-də Azərbaycan Avropa Nazirlər Komitəsinin Şurasına rəhbərliyi üzərinə götürüb. Bunula da Azərbaycan Avropa qitəsində insan hüquqlarının təminatçısı olub.

“Sərhədsiz reportorlar” Avropa Şurasının Azərbaycana ifadə azadlığına hörmət etmək çağırışını xatırladır.

“Atletiko Madrid” mayın 24-də Çempionlar Liqasının finalında “Real Madrid” komandası ilə qarşılaşacaq.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 24.05.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: