HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
“Atletiko Madrid”in forması üzərindəki yazı dəyişdi – “Azerbaijan Land of repression”
“Sərhədsiz reportyorlar” beynəlxallq mətbuatı müdafiə təşkilatı jurnalistlərin cinayət təqibi məsələlərinə diqqət çəkmək üçün yeni kampaniya həyata keçirir.
Təşkilat “Atletiko Madrid” komandasının üzərində müəyyən dəyişikliklər edilmiş formasından və onun yanında Azərbaycanda mətbuat azadlığının vəziyyəti haqda məlumatdan ibarət plakatlar yayıb. Formanın üzərindəki “Azerbaijan Land of Fire” (“Azərbaycan – odlar diyarı) yazısı “Azerbaijan Land of repression” (Azərbaycan – represiyalar diyarı) ilə əvəz edilib və yazının aşağısında sanki həbsxana barmaqlıqlarından yapışmış əl təsviri yerləşdirilib. Formanın yuxarısında isə yazılıb: “Siz “Atletiko”ya sponsorluq edənin həqiqətdə kim olduğunu bilirsiz?”.
Bu təsvirin yanında isə “Azərbaycan – repressiyalar çempionu” başlığı altında bu məlumatlar yerləşdirilib:
“Sərhədsiz reportyorlar” xatırladır ki, mayın 14-də Azərbaycan Avropa Nazirlər Komitəsinin Şurasına rəhbərliyi üzərinə götürüb. Bunula da Azərbaycan Avropa qitəsində insan hüquqlarının təminatçısı olub.
“Sərhədsiz reportorlar” Avropa Şurasının Azərbaycana ifadə azadlığına hörmət etmək çağırışını xatırladır.
“Atletiko Madrid” mayın 24-də Çempionlar Liqasının finalında “Real Madrid” komandası ilə qarşılaşacaq.