Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

ABŞ səfirliyi Ramiz Mehdiyevə cavab verdi

загруженное (2)     ABŞ-ın Bakıdakı səfirliyi Amerikanın Səsi-nin Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin AzərTAc dövlət agentliyinə Amerikanın Azərbaycandakı səfirini kəskin tənqid edən müsahibəsi ilə bağlı sorğusuna cavab verib.
Cavabda deyilir:
    “Səfir Riçard Morninqstarın dünən dediyi kimi insanların, cənab Ramiz Mehdiyev də daxil olmaqla fikrini ifadə etmək hüququ var. Biz cənab Mehdiyevin fikirləri ilə razı deyilik. Biz hər kəsi veb saytımızda yerləşdirilmiş müsahibənin əsli ilə tanış olmağa və deyilənlər barədə öz fikrilərini formalaşdırmağa çağırırıq”, deyə səfirliyin cavabında deyilir.
    Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev “AzərTAc” Dövlət Agentliyinə müsahibəsində səfir Morninqstarın Azadlıq Radiosuna müsahibəsində dediklərini kəskin tənqid edib.
    R. Mehdiyev qeyd edib ki, ABŞ səfirinin müsahibəsi təəccüb doğurur: “ABŞ səfirinin bu müsahibəsi dünyada və postsovet məkanda daha çox Qərbin ucbatından gərginləşən geosiyasi proseslər fonunda ən azı təəccüb doğurur. Onu bu müsahibəni verməyə və diplomatik etiketə uyğun olmayan olduğunu deməyə çətinlik çəkirəm. Bu, ölkənin daxili işlərinə açıq, birbaşa, kobud müdaxilədir və buna haqq qazandırmaq mümkün deyil. Bu həm də Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına görə yolverilməzdir”.
    R. Mehdiyev bildirib ki, səfirin müsahibədəki tonunda əmr və fikirlərini müstəqil dövlətə qəbul etdirmək cəhdi var: “Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan kiminsə müstəmləkəsi yox, özünü tam təmin edən dövlətdir”
    Xatırladıram ki, Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar bir neçə gün öncə Azadlıq Radiosuna müsahibəsində Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirib. Səfir Azərbaycan hökumətinin monolit olmadığını deyib, ölkədə demokratiya və azadlıqlar sahəsində problemlərdən danışıb. Morninqstarın fikriləri sərt tənqidlə qarşılanıb.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 24.05.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: