Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

ABŞ səfirinin müsahibəsinə hakimiyyətdaxili reaksiyalar başladı

загруженноеABŞ səfiri Riçard Morninqstarın Azadlıq radiosuna verdiyi müsahibə hakimiyyət daxilində rezonans doğurub. Hakimiyyətin rəsmiləri Riçard Morninqstara qarşı “hücuma” başlayıblar.

R. Mehdiyev müsahibəsində bildirib ki, ABŞ səfirinin müsahibəsi təəccüb doğurur: «ABŞ səfirinin bu müsahibəsi dünyada və postsovet məkanda daha çox Qərbin ucbatından gərginləşən geosiyasi proseslər fonunda ən azı təəccüb doğurur. Onu bu müsahibəni verməyə və diplomatik etiketə uyğun olmayan fikirlər səsləndirməyə vadar edən motiv və səbəblərin nə olduğunu deməyə çətinlik çəkirəm. Bu, ölkənin daxili işlərinə açıq, birbaşa, kobud müdaxilədir və buna haqq qazandırmaq mümkün deyil. Bu həm də Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına görə yolverilməzdir».

 
    R. Mehdiyev bildirib ki, səfirin müsahibədəki tonunda əmr və fikirlərini müstəqil dövlətə qəbul etdirmək cəhdi var: «Səfir Morningstar unutmamalıdır ki, Azərbaycan kiminsə müstəmləkəsi yox, özünü tam təmin edən dövlətdir».
 
    PA rəhbəri vurğulayıb ki, Morningstar, ABŞ səfiri kimi, olduğu ölkənin suverenliyinə hörmətlə yanaşmağa borcludur: «Yeri gəlmişkən, bu, bəzi Qərb dövlətlərin səfirlərinə də aiddir. Hansılar ki, Amerika səfirinin hərəkətlərinə uyğun olaraq hərəkət etməyə çalışırlar. Biz Azərbaycana qarşı hörmətsiz münasibətə dözmək niyyətində deyilik».
 
   «BU CÜR KOBUD RƏFTARA YOL VERİRSƏ, DEMƏLİ, MORNİNGSTAR-IN STATUSU İLƏ BAĞLI CİDDİ PROBLEMLƏRİ VAR»

    R. Mehdiyev xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan dövlətinə və xalqına saymazyana, hörmətsiz münasibətə dözmək niyyətində olmadığını dəfələrlə vurğulayıb:
 
    «Düşünürəm ki, amerikalı həmkarlarımız dövlətimizin rəhbərliyinin mövqeyi barədə məlumatlıdırlar. Əgər ABŞ səfiri heç nəyə məhəl qoymayaraq, Azərbaycanla bağlı bu cür kobud rəftara yol verirsə, deməli, onun statusu ilə bağlı ciddi problemləri var. Təəssüf ki, səfir Morningstar-ın yolverilməz formada ölkənin daxili işlərinə qarışıb, diktə etmək səyləri ilk dəfə müşahidə olunmur. Bu, onun diplomat kimi peşəkarlığını böyük sual altına qoyur».
 
    R. Mehdiyev deyib ki, daha bir mühüm fakt səfirin Azərbaycanın qonşuları barədə səsləndirdiyi fikirlərlə bağlıdır: «Bu cür bəyanatlar açıq-aydın təxribatdır. Azərbaycan, üçüncü qüvvələrin arzularından asılı olmayaraq, qonşuları ilə mehriban qonşuluq siyasəti yürüdüb və həmişə də yürüdəcək. Dünyadakı hazırkı vəziyyət bizim addımlarımızın düzgün və səmərəli olduğunu bir daha sübut edir».
 
    PA rəhbəri səfirin müsahibəsinin tonunun qəbuledilməz olduğunu deyib: «Qeyd olunan müsahibənin kontekstinə əsaslanaraq deyə bilərəm ki, səfir həddini çox aşıb. O, özünü qışqıraraq Azərbaycanı idarə edən hansısa qubernator hesab edir».
 
    R. Mehdiyev vurğulayıb ki, ABŞ mütəxəssisləri də daxil olmaqla bir çox tanınmış ekspertlər Vaşinqtonun müasir xarici siyasətində böhran elementlərinin açıq-aydın müşahidə olunduğunu qeyd ediblər: «ABŞ dövlət katibi cənab Kerry-nin bu sahədə konseptual dəyişikliklərin zəruriliyi barədə bəyanatı deyilənləri sübut edir».
 
    PA rəhbəri hesab edib ki, Morningstar dünyadakı yeni siyasi tendensiyaları duya bilməyib:
 
    «Aydındır ki, səfir Mornongstar-ın və onun fəaliyyətinə birbaşa rəhbərlik edənlərin dünyagörüşü keçmişdə ilişib qalıb və zamanla təzad təşkil edir. Çünki çoxqütblü dünya müstəmləkə təfəkküründən imtina etməyə çağırır».

***

W1siZiIsIjE3NjY4NC8xMzg5MzQxNTY1QEFSIl0sWyJwIiwidGh1bWIiLCIzMjZ4MjEwIyJdXQ     YAP-nın rəsmilərindən olan Mübariz Qurbanlıda münasibət bildirib : “Riçard Morninqstar müsahibəsində Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, qeyri-obyektiv fikirlər səsləndirmişdi ki, buna da adekvat cavab verildi”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq Radiosu”na müsahibəsindən sonra yenidən Azərbaycanın daxili işlərinə qarışmaması və balanslı mövqe sərgiləməsi iddiasına münasibət bildirərkən deyib.

     YAP rəsmisi qeyd edib ki, səfirin sözügedən müsahibəsindən sonra təkrar olaraq balanslı mövqe nümayiş etdirdiyini söyləməsini doğru hesab etmir: “Əslində, Morninqstar heç bir balans gözləmədən, birtərəfli və qeyri-dəqiq məlumatlar yayıb. Bu isə səfirin diplomatik əlaqələri pozduğundan xəbər verir”.

                                                                                                   ***

 загруженное (1)   Millət vəkili Asim Mollazadə də, bu fikirlərdə həqiqət payının olmadığını bildirib. O, səfirin Ukraynadakı hadisələri Azərbaycanla eyniləşdirməsini tamamilə absurt hesab edib:

“Bu gün ABŞ-ın siyasi səhvləri sayəsində Ukraynanın ərazi bütövlüyü təhlükə altındadır və bu ölkədə sabitlik hələ də bərqərar edilməyib. İndi isə ABŞ-ın Ukraynadan danışması və orada baş verən hadisələri gələcəkdə Azərbaycanla eyniləşdirməsi məncə doğru bir addım deyil”

                                                                                                   ***

Vitse-spiker Valeh Ələsgərov: “Morninqstar özünü biabır edib”

 “ABŞ səfiti Riçard Morninqstarın müsahibədə dedikləri fikirlər qəbuledilməzdir. Bu yaşda və bu vəzifədə olan adamın diplomatik etikaya və diplomatik normaların çərçivəsinə sığmayan sözlər  işlətməsi təəcübldür”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ABŞ səfrinin “Azadlıq” radiosuna verdiyi müsahibəni şərh edərkən bildirib.

Vitse-spikerin sözlərinə görə, belə diplomatk ranqı olan şəxs o cür sözlər işlətməsi qeyri-məqbuldur. “Mən Riçard Morninqstarı çoxdan tanıyıram. Dövlət Neft Şirkətində çalışdığım zaman o, ABŞ Dövlət Departamentinin Xəzər dənizi üzrə enerji məsələlərinə dair xüsusi nümayəndəsi idi. Tez-tez Bakıya, Tiflisə, Ankaraya gəlirdi. Azərbaycanın bu sahədə apardığı siyasəti tam dəstəkləyirdi və bu barədə ağızdolusu danışırdı. Adam var yaşlaşdıqca təcrübəsi artır, adam da var ki, onda başqa proseslər gedir. İndi səfirdə bunların hansı biri baş verib bilmirəm. Morninqstar böyük ölkənin səfiri kimi Azərbaycana yaraşmayan, öz ölkəsinə isə utanc gətirən ifadələr işlədib”.
V. Ələsgərovun sözlərinə görə, Azərbaycan müstəqil siyasət yürüdür və hər hansı kənar dövlət ölkənin daxili işlərinə qarışa bilməz: “Cənab Morninqstar və onun başında duranlar istəsələr də Azərbaycanın daxilini işlərinə qarışa bilməzlər. Çünki beynəlxalq siyasətdə hamı bir-birindən asılıdır. Təhlükəsizlik, nəqliyyat, enerji məsələlərində Amerika üçün əhəmiyyətli tərəfdaşıq.
Ordan bura gələnlər qaşımız-gözümüzə vurulmayıblar ki! ABŞ və Avropa Birliyi Azərbaycan ilə yaxşı münasibətlərdədir. Ona görə də bu müsahibə, anlaşılmaz bir hərəkət, qəbuledilməz sözlər  ilk növbədə özü və ölkəsi üçün biabırçılıqdı. Bizə ağıl öyrətmək lazım deyil”-deyə vitse-spiker vurğulayıb.
V. Ələsgərov ABŞ səfrinin Azərbaycanla Ukraynadakı hadisələr arasında paralellər aparmaq cəhdinə kəskin etirazını bildirib. “Belə paralellər aparmaq təəccüblüdür. Ukraynadakı Maydan hara, Azərbaycan hara? Səfirin yadına salmaq istərdim ki, artıq 10 ildir ki, Ukrayna siyasətçiləri Maydandan kabinetlərə, kabinetlərdən meydanlara qaçmaqla məşğul olurlar. Görün Ukrayna ordusu hansı biabırçı vəziyyətdədir. Morninqstar bunu nə üçün demir? Doğrudan da Ukraynada demokratiya istəyən qüvvələr var idisə, həmin məsələlərin həllində Ukraynaya kömək edərdilər. Nə üçün etmədilər? Yəqin ki, məqsədlər başqa idi. Ümumiyyətlə, Ukraynanın adını Azərbaycanla paralel çəkmək qəbuledilməzdir”-deyən V.Ələsgərov vurğulayıb ki, Azərbaycan Ukrayna kimi Beynəlxalq Valyuta Fondundan asılı vəziyyətdə deyil.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 23.05.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: