Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Kriminal-işğalçı hakimiyyət hazırda qarşısındakı maniələri təmizləyir

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bugün “Turan” qazetinə müsahibə verib. Müsahibəni olduğu kimi nəzərinizə çatdırıram.

images (1)Sual: Leyla xanım, Rauf Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs olunduğunu və casusluqda şübhəli bilindiyini eşitdikdə, sizi isə bu iş üzrə şahid kimi çağırdıqda bu xəbəri necə qarşıladınız?

Cavab: Gözümün önünə dərhal tanınmış alim, rus-talış dili lüğətinin müəllifi, tamamilə əsassız olaraq İranın xeyrinə casusluqda ittiham olunan (Hilal Məmmədovla bağlı analoji iş) və həbsxanada öldürülən Novruzəli Məmmədov gəldi. Başa düşdüm  ki, “xalq diplomatiyası” ilə fəal məşğul olan şəxslərin barəsində sərt ittihamla bağlı əmr verilib. Rauf Mirqədirov “aralıq halqa”dır. Guya onun “gizli informasiya”nı ötürdüyü Laura Bağdasaryanın adını eşidincə, bildim ki, növbəti adam mən olacam. Çünki Laura  Bağdasaryan mənim tərəfdaşımdır, biz onunla birgə vahid, unikal Ermənistan-Azərbaycan saytı yaratmışıq.

Sual: Dediniz ki, bu, “xalq diplomatiyası” ilə bağlıdır. Demək istəyirsiniz ki, Azərbaycan hakimiyyəti “xalq diplomatiyası”nın əleyhinədir?

Cavab: Parlamentin deputatı Əli Hüseynov bununla bağlı aydın fikrini bildirib, qeyd edib ki, onun nöqteyi-nəzərindən “xalq diplomatiyası” Azərbaycanın marağında deyil. Və bu, daim hökumət səviyyəsində təkrarlanır. Bizim kriminal-işğalçı hakimiyyət hazırda hamını təmizləyir, gənc blogerləri, jurnalistləri, müstəqil hüquq-müdafiəçilərini, KİV-də azad səsləri məhv edir, demək olar ki, bütün vətəndaş cəmiyyətinə nəzarət edir. Əgər onların nəzarətində olmayan və “xalq diplomatiyası” ilə məşğul olan QHT-lər varsa onları da məhv etmək lazımdır. Onların şüarı “bizimlə olmayan bizə qarşıdır”. Bu şüar köhnə olsa da bu gün çox aktualdır.

Sual: Demək istəyirsiniz ki, “xalq diplomatiyası” bir bəhanədir?

Cavab: Demək istəyirəm ki, əsas məsələ hər şeyə nəzarət etməkdir, nə ölkə daxilində, nə də başqa təşkilatlarla əlaqələrdə, üstəlik qonşu Ermənistanla “xalq diplomatiyası”nda heç nə nəzarətdən kənarda qalmasın.

Sual: Bu yaxınlarda Rauf Mirqədirov öz vəkili Fuad Ağayevin vasitəsilə bəyanat verərək deyib ki, onun həbsinin arxasında Rusiya durur. O, Rusiyanın ünvanına tənqidi məqalələr yazdığından sifariş oradan gəlib.

Cavab: Məncə, Putinin Ukraynaya qarşı hərəkətlərini çox kəskin edən Rauf Mirqədirovu həbs etməklə Azərbaycan hakimiyyəti tərəfindən Rusiyaya tərəf müəyyən reverans edilib. “Nezavisimaya qazeta”da bizə qarşı dərc edilən yazı bunu təsdiqləyir. Lakin bu, dolayı göstərişdir, Rusiyanın sifarişinə birbaşa sübutlar yoxdur.

Sual: “Xalq diplomatiyasına” qayıdaq. Layihəniz Ermənistan tərəfi ilə birgə həyata keçirilir. Ona nələr daxil idi, hakimiyyətin narazılığına nə səbəb ola bilərdi?

Cavab: Sülh və Demokratiya İnstitutu qeydiyyatdan keçməmiş QHT-dir, faktiki olaraq fəaliyyət göstərir, amma hüquqi olaraq mövcud deyil, belə ki, bir çox QHT-lər kimi, bizi də qeydiyyata almaqdan imtina edirlər. Biz 2005-ci ildən etibarən Ermənistanda Laura Baqdasaryanın rəhbərlik etdiyi “Region” Araşdırmalar Mərkəzi ilə işləyirdik. Biz daim Ermənistan və Azərbaycanın müxtəlif ekspertlərinin müsahibələrini KİV-də dərc edir, kitablar nəşr edirdik, 2012-ci ildə isə nadir birgə sayt yaratdıq. Bir il əvvəl facebook-dan anladığım qədər, hakimiyyət bu saytda bizim Aİ Şərq Tərəfdaşlığının Vilnyus sammiti, onun nəticələri, Ermənistanın Gömrük İttifaqına qoşulması, Putinin Bakıya səfəri haqqında açıq dialoqlar keçirməyimizdən gərilib. Bu, dialoq üçün bir meydan idi – heç yerə getməyə ehtiyac yoxdur, oturub skayp vasitəsilə ünsiyyət qurursan. Onların gərilməsinə səbəb olan ikinci məqam da var. Mən çoxdandır hüquq müdafiə fəaliyyəti ilə məşğul oluram. Son vaxtlar mülkiyyət hüquqları, söz azadlığı, KİV azadlığı kimi məsələlərdə insan hüquqlarının və Azərbaycan qanunvericiliyinin pozulması hallarını araşdırıram. Və bu videoları yerləşdirirdim. Hakimiyyət nümayəndələrinin guya birgə saytda belə açıq danışıldığı haqqında narazı ifadələrini eşitmişdim. Dindirmə zamanı prokurorluq müstəntiqləri belə bir fantastik ifadə işlətdilər ki, guya bu sayt Ermənistanın maraqları üçün yaradılıb və dünyada Atlantik okeandan Sakit Okeana qədər hamı tərəfindən ödənilir.

Sual: KİV-də belə bir qiymətləndirmə var ki, siz Rauf Mirqədirovun həbsindən sonra ölkədən qaçmağa çalışmışsınız və Bakıdan qaçmağa cəhd edərkən aeroportda saxlanılmışsınız. Bu qaçış idi, yoxsa hansısa başqa qərarınız?

Cavab: Biz iki səbəbdən aeroporta getməyi qərara aldıq. Birinci səbəb Brüsseldə dəvət olunduğumuz konfransda iştirak etmək idi. Bizi ölkədən buraxsaydılar mən mütləq qayıdacaqdım, belə ki, planlaşdırılmış görüşüm var idi, mayın 12-də Fransa prezidenti ilə görüşün fəxri qonaqları siyahısında adım var idi – bu, bir. İkincisi, buraxıb-buraxmayacaqları maraqlı idi, həm də biz yeni pasport almışdıq. Digər tərəfdən, buraxmasalar qalmaqal olacaqdı. İstintaq qrupunun rəisi Eldar Əhmədov məni dindirərkən o da belə deyirdi, guya, siz qaçırdınız. Mən ona cavab verdim ki, o qədər də sadəlövh deyiləm. Qaçmaq istəsəydim başqa üsula əl atardım. Amma bu faktdır ki, bizi aeroportda faktiki olaraq Fransa səfirinin və ABŞ səfirliyinin ikini şəxsinin iştirakı ilə saxlayıblar. Bununla da qalmaqal geniş kütləyə yayılıb ki, bizim istədiyimiz də elə bu idi. Prokurorluqda növbəti dəfə dindirildikdən sonra sakit həbs məni qane etmirdi.

Sual: Yəni beləliklə Siz vəziyyətinizə diqqət çəkmək istəyirdiniz?

Cavab: Bəli, buraxsalar, sakitcə çıxıb gedirik, sonra isə qayıdırıq. Buraxmasalar, belə saxlanılmaq daha yaxşıdır.

Sual: Amma sizi əvvəlcə ölkəni tərk etməyi qadağan edilmiş şəxslər bazasında adınız olduğu üçün buraxmırdılar…

Cavab: Yox, yox, bizi pasport nəzatrət məntəqəsində bir qədər saxladılar, amma sonradan möhür vurdular və biz artıq təyyarəyə minməyə gedirdik. Sonradan sərhəd xidmətinin polkovniki bizə yaxınlaşdı, biletlərimizi və pasportlarımızı əlimizdən aldı. Daha sonra o, eyni vaxtda iki telefonla danışaraq qarışıq hərəkət edirdi. Zənnimcə işə hakimiyyətin iki qrupu qarışmışdı: biri “saxla” deyirdi, digəri isə “qoy çıxsınlar”. Müşahidə etmək çox maraqlı idi.

Sual: Fransa səfirinin iştirakı nə ilə bağlı idi?

Cavab: Belə yüksək səviyyəli şahid lazım idi.

Sual: Bu heç cür Sizin Fəxri Legion Ordeninizlə əlaqəsi yoxdur?

Cavab: Əlbəttə, bu, Fransa prezidenti Fransua Olandın Azərbaycana qarşıda duran səfəri ilə bağlıdır. Mən görüşə yazılmışdım, buna görə Fransa səfirini dəvət etmişdim, ABŞ müvəqqəti işlər vəkili də orada idi.

Sual: Aeroportda sizi saxladıqdan sonra üzərinizdə axtarış həyata keçirdilər?

Cavab: Bəli, bu, ciddi axtarış idi – axşam saat 10-dan gecə saat 3-ə qədər. Onlar bunun nəzarət olduğunu dedilər, amma bu, axtarış idi, onlar hətta gigiyenik qadın bezlərinə belə baxırdılar. Axtarış üçün order, heç bir sənəd və əsaslandırma yox idi. Burada prokurorluq tərəfindən qanunvericiliyin tam şəkildə pozulması başlayır. Bizdən ölkəni tərk etməmək haqqında iltizam alınmamışdı, bizim istədiyimiz yerə getmək hüququmuz var idi, üzərimizə həbs qoyulmamışdı, axtarış və nəzarət haqqında heç bir sənəd yox idi. Bütün axşam, gecə və növbəti gün ərzində bizə nə axtarış, nə saxlanılma haqqında heç bir hüquqi sənəd təqdim edilmədi.

Sual: Aeroportdan qayıtdıqdan sonra niyə müstəntiqlərin mənzilinizdə axtarış aparmasına icazə verməkdən imtina edirdiniz?

Cavab: Əvvəlcə axtarış aparılmasına icazə vermək istəyirdim, mən heç nə gizlətmirəm, amma bloka girib, heç bir jurnalisti, heç bir dostumu içəriyə buraxmadan mənzilimə girməyə hazırlaşan 40-a yaxın kişi gördüm. Mən hüquq müdafiə işində böyük təcrübəyə malik olan bir insanam. Onların axtarış protokolunu necə tərtib etdiklərini bilirəm. Onları mənzilə buraxsaydım, atom bombası belə tapardılar. Belə olan halda mən şərt qoşdum: mütləq bizim tərəfimizdən hal şahidi olacaq, evə daxil olacaq insanların sayı məhdud olacaq. Mənzilimizdə axtarış aparılması üçün 15 nəfərə ehtiyac yoxdur, hər tərəfdən maksimum 4-5 nəfər kifayət edər. Müstəntiq İbrahim Ləmbəranski bununla razılaşmadı və güclü psixoloji təzyiq göstərməyə başladı, o, elə qışqırırdı, elə qəzəblənirdi ki, Arif huşunu itirdi.

Sual: Son nəticədə axtarışa razılıq verdiniz?

Cavab: Yox. Arifi xəstəxanaya aparmalarını tələb etdim. Arifin yanına həkim buraxmadıqdan sonra mənim əsəblərim pozuldu, çünki Arifin öləcəyindən, buna görə heç kimin cavab verməyəcəyindən qorxurdum. Onların əlində neçə nəfər ölüb. Mən Ləmbəranskini boğardım. Arifi apardıqdan sonra ən azından onun xilas olduğunu anladım. Amma vəziyyət dəyişmədi. Daha çox polis gəldi. Axşam saat 10-dan məni tualetə buraxmamışdılar, bu, yolverilməz idi, işgəncə idi.

Sual: Yeri gəlmişkən, tualet demişkən, telekanallarda bu kadrlar yayılıb. Sizin polisin papağına vurmağınız…

Cavab: Yox, mən onu vurmadım, sadəcə papağını çıxardım, ona görə ki, papağı kişi taxar, o isə kişi deyil, o, insan deyil. Qadın ehtiyacını gördüyü vaxt hansı kişi tualetə girə bilər?

Sual: Amma yenə də prokurorluqda dindirildikdən sonra axtarış aparılmasına razılıq verdiniz?

Cavab: Məni vəkilim Xaliq Bağırov və vəkil edilmiş şəxslə birlikdə səhər saat 7-də prokurorluğa apardılar, gecə yatmamışdım, 16 saat orada saxladılar, tamamilə mənasız dindirmə davam etdi. Guya Mirqədirov gedirdi, casusluq edirdi, mən isə baş casusam, tamamilə cəfəngiyyat. Mən prokurorluğumuzu yaxşı tanıyıram, Anar Məmmədliyə, İlqar Məmmədova və başqalarına qarşı da eyni şeyləri ediblər. Buna görə heç bir sənəd, sirrin yayılmaması haqqında saziş imzalamadım. Amma başa düşürdüm ki, hər iki mənzilimə baxış keçirməsələr, məni evə buraxmayacaqlar. Buna görə şərt qoşdum ki, mənzilimə 50 nəfər deyil, 3-4 nəfər daxil olacaq, hal şahidləri bizim tərəfimizdən olacaq, həmçinin iki vəkilim iştirak edəcək, sizinkilər 5 nəfər olsa, bizimkilər də 5 nəfər olacaq. Hər iki tərəfdən 5 nəfər qalana qədər qapını açmadım.

Sual: Hansısa sənədlərinizi müsadirə ediblər?

Cavab: Dünyaya gəldiyim evdə – Nizam küçəsi, 53-də erməni qadının – etnoqraf alimin, həmkarımın vizit kartı götürülüb, mən onunla SSRİ dağılmazdan əvvəl və ya ondan sonra görüşmüşdüm, artıq xatırlamıram. Akif Nağının (Qarabağ Azadlıq Hərəkatınn rəhbəri – red.) kitab-məcmuəsi götürülüb. Orada Qadın Krizis Mərkəzi yerləşirdi və mərkəzin hazırladığı layihə, Rauf Mirqədirovun şəxsiyyət vəsiqəsinin surəti, Hamburqda müvəqqəti yaşadığım zaman istifadə etdiyim Hamburq bankının köhnə kartı və 90-cı illərin əvvəllərinə aid Xaçmaz nəqliyyat şirkətinin möhürü ilə kağız vərəqlər, qısacası, yararsız kağız-kuğuz.

Sual: Deyirlər ki, Arifin hesabına həbs qoyulub, orada böyük məbləğdə pul var idi, sizin Türkiyədə, Almaniyada eviniz var.

Cavab: Başa düşdüm. Bütün Əliyevlər, Paşayevlər, Heydərovlar mənimlə müqayisədə çox kasıb insanlardır. Arif Yunusun UNİBANK-dakı avro hesabına tamamilə qanunsuz olaraq həbs qoyulub. Bu bank çox etibarsız çıxdı. Hesabda 8 min 740 avro var. Biz onun müalicə pulunu ödəməliydik, o banka gedəndə dedilər ki, Nəsimi rayon məhkəməsi aprelin 26-da hesabına həbs qoyub. Prokurorluqda dedilər ki, belə bir qərar yoxdur. Vəkilimiz bununla bağlı banka müraciət edəcək.

Sual: Bu gün nə baş verir?

Cavab: Mən uzun müddətdir hüquq müdafiəçisiyəm, amma indiki kimi özbaşınalıq olmayıb. Bizdə həmişə özbaşınalıq olub, amma qadınlara qarşı yox. Özbəkistandan fərqli olaraq, bizdə qadınları çağırmırdılar, əziyyət vermirdilər, döymürdülər. Özbəkistanda bu, adi haldır. Azərbaycanda belə bir şey yox idi, hətta bir dəfə beynəlxalq konfransda məndən soruşdular, cavab verdim ki, bizdə belə şey yoxdur, mentalitetimizə xas deyil. Görünür, artıq var. Bu günlər ərzində dörd qadını çağırıblar. Onlardan biri Mətanət Əzizovadır. O, mənim ofisimdə yerləşən Qadın Krizis Mərkəzinin rəhbəri olduğu üçün mənimlə sıx əlaqəsi var. Transperancy-Azerbaijan-ın rəhbəri Rəna Səfərəliyevanı çağırıblar ki, mən onunla 5 ildir görüşmürdüm. Düşünürəm ki, hakimiyyət bu yolla korrupsiyaya qarşı mübarizə aparan bu qurumun rəhbərinin daha loyal insanla əvəz edilməsinə nail olmağa çalışır.

Sonra onun mühasibini və bir neçə il əvvəl özümü pis hiss etdiyim zaman mənə kömək edən həkimi çağırıblar. Türkiyə məhkəməsinin müdaxilə etməsi bu işdə tamamilə yeni haldır. Bazar günü Ankara məhkəməsinin qərarı ilə türk polisləri Mirqədirovun qucağında iki uşağı olan həyat yoldaşı Adilənin mənzilində axtarış aparıblar. Axtarış zamanı uşağın planşetini belə müsadirə ediblər. Azərbaycan konsulu da oraya gəlib, Adiləni Azərbaycanın Ankaradakı səfirliyinə aparıb. Bir neçə saat əzab-əziyyətdən sonra onu azad ediblər. Tamamilə özbaşınalıq. Maraqlıdır ki, onlar qadınları əməkdaşlığa cəlb edirlər. Sözün əsl mənasında məcbur edirlər.

Sual: Necə düşünürsünüz, bu hadisənin nəticəsi necə olacaq?

Cavab: Tamamilə aydındır ki, ən yüksək səviyyədə əmr verilib. Görünür, Türkiyə və Rusiya Erdoğan və Putinin siyasətini tənqid edən ən məşhur Azərbaycan jurnalistlərindən biri olan Mirqədirovun cəzalandırılmasında, eyni zamanda müstəqil olan və heç kimə tabe olmayan Leyla və Arif Yunusun həbs edilməsində maraqlıdır. İndi onlar məni həbsə atmadılar, amma bütün qanunları və normaları pozaraq elə güclü və amansız təzyiq göstərirlər ki, mümkün qədər çox nüfuzdan salacaq material toplasınlar. Heç nə yığa bilməyəcəklər, amma görüşünə dəvət edildiyim Fransa prezidentinin səfəri başa çatdıqdan sonra həbs etməyə çalışacaqlar.

Sual: Fransa prezidentinə nə deyəcəksiniz?

Cavab: Qanlı əlləri sıxmaq olmaz.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 05.05.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: