HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev televiziya kanallarına müsahibə verib, dərsləri barədə danışıb.
Müsahibənin kimin verməsini bilməsən, sadəcə qulaq assan, balaca Heydərin danışığı, sanki, xarici vətəndaşın azərbaycan dilində danışmağına bənzəyir. Azərbaycan Prezidentinin oğlu azərbaycan dilində o qədər bərbad danışdı ki, mən əsəbimdən bu videoya sonuna qədər baxa bilmədim.
Çox maraqlıdır bunlar evdə hansı dildə danışırlar? Azərbaycan polisi kimi kürd dilindəmi, yoxsa düşmənimiz olan erməni dilindəmi və ya gələcəkdə sıçan dəliyi axtardıqda, Rusiyaya sığınacaqlarını bilib rus dilindəmi?
Görün bu Əliyevlər azərbaycan dilinə nə qədər nifrət edirlər ki, evdə belə azərbaycan dilində danışmırlar!
Bu mafiozlara ancaq Azərbaycanımızın sərvəti lazımdır.