Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Hakimiyyətin daha bir çirkin oyunu: hüquq müdafiəçisi Leyla Yunus həbs edildi.. Yenilənir

images (1)     Cinayətkar Hakimiyyət öz çinkin oyunlarını davam etdirərək bugün tanınmış  hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı  Arif Yunus ilə birlikdə  Bakı hava limanında Doxaya  gedərkən saxlanılıb.

Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər.

      Amma Leyla və Arif Yunusu müşayət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini prpezident administrasiyasının müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxmışlar. Amma, sonradan təyyarəyə minərkən yenidən saxlayıblar.

Leyla Yunus telefonla  4 nəfər mülkü geyimli şəxs videoçəkilişlə onları dindirmək istəməsini bildirib. Lakin o vəkilsiz suallara cavab verməkdən imtina edib.

Bakı saatı ilə 23.30da onlara saxlanıldıqlarını bildiriblər. Onlara bildiriblər ki, əvvəl çantaları, sonra isə ofis və mənzillərində axtarışlar aparılacaq. Hava limanına vəkil Xalid Bağırov yollanıb.

***

Saat 00.55-də həyat yoldaşı Arif Yunus ilə birgə Bakı hava limanında olan Leyla Yunus “Amerikanın Səsi”nin müxbirinin telefon zənginə cavab verib. “Bizim çemodanlarımızı, çantalarımızı yoxladılar, sənədlərimizi və kompüterimizi götürüblər. İndi evimizdə və ofisimizdə axtarış aparacaqlar”, o qeyd edib.

Vəkil Xalid Bağırov bir qədər əvvəl hava limanında olsa da, ona heç bir məlumat verilməyib və saxlanılan şəxslərlə görüşməsi mümkün olmayıb.

“Onlar indi də hava limanındadırlar. Hazırda hüquq-mühafizə orqanları onların yüklərində axtarış aparır. Bundan sonra isə evlərində və ofislərində axtarış aparılacağı gözlənilir” – X.Bağırov.

 

 

 

 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 28.04.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: