HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Cinayətkar Hakimiyyət öz çinkin oyunlarını davam etdirərək bugün tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə Bakı hava limanında Doxaya gedərkən saxlanılıb.
Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər.
Leyla Yunus telefonla 4 nəfər mülkü geyimli şəxs videoçəkilişlə onları dindirmək istəməsini bildirib. Lakin o vəkilsiz suallara cavab verməkdən imtina edib.
Bakı saatı ilə 23.30da onlara saxlanıldıqlarını bildiriblər. Onlara bildiriblər ki, əvvəl çantaları, sonra isə ofis və mənzillərində axtarışlar aparılacaq. Hava limanına vəkil Xalid Bağırov yollanıb.
***
Saat 00.55-də həyat yoldaşı Arif Yunus ilə birgə Bakı hava limanında olan Leyla Yunus “Amerikanın Səsi”nin müxbirinin telefon zənginə cavab verib. “Bizim çemodanlarımızı, çantalarımızı yoxladılar, sənədlərimizi və kompüterimizi götürüblər. İndi evimizdə və ofisimizdə axtarış aparacaqlar”, o qeyd edib.
Vəkil Xalid Bağırov bir qədər əvvəl hava limanında olsa da, ona heç bir məlumat verilməyib və saxlanılan şəxslərlə görüşməsi mümkün olmayıb.
“Onlar indi də hava limanındadırlar. Hazırda hüquq-mühafizə orqanları onların yüklərində axtarış aparır. Bundan sonra isə evlərində və ofislərində axtarış aparılacağı gözlənilir” – X.Bağırov.