Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Rəhim Qazıyev : Bu yersiz bədxərcliyin qarşısını almaq üçün sərəncam verin

rehim-qaziyev    Keçmiş müdafiə naziri Rəhim Qazıyev  ölkə başçısı Ilham Əliyevə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirəm:

“Cənab prezident, siz dəfələrlə müşavirələrdə xalqın xidmətçisi olduğunuzu, harınlamış və qudurğan məmurlara qarşı tədbir görəcəyinizi bəyan etmisiniz. Biz də sizin bu alovlu çıxışlarınıza şahidlik etmişik.

Biz onun da şahidiyik ki, vətənin müdafiəsi uğrunda əlil olan vətəndaşlarımız öz övldalarına çörək ala bilmədikləri üçün özlərini yandırırlar. Ancaq 20 faiz torpağı işğal olan, 1 milyon qaçıqını olan ölkədə “Gül bayramı” keçirilir. Hacıbala Abutalıbovun dediyinə görə, ötən il bu bayrama 70 milyon manat pul xərclənib. Bu il “Gül bayramı”na daha çox pul xərcələnəcəyi bildirilir. “Gül bayramı” adı altında Heydər Əliyevin doğum günü münasibətilə bu qədər vəsaitin talan edilməsi yersizdir və insafsızlıqdır. Bu gün çörəyi nisyə alan adamların gözü qarşısında, bir günlük bayrama milyonlar xərcləyib, səhəri gün həmin gülləri zibilxanaya atmaq, heç bir əndazəyə sığmır. Ümid edirəm ki, mənim bu müraciətmidən nəticə çıxaracaqsınız. Və sizə xoş gəlmək üçün Azərbaycan xalqının canı, qanı hesabına qazanılmış milyonları havaya sovuran məmurları cəzalandıracaqsınız və onları səlahiyyətlərindən məhrum edəcəksiniz. Yəqin ki, mənim bu bəyanatımdan sonra ətrafınızdakı məddahlar yenə üstümə hücum çəkəcək. Ancaq bu məni maraqlandırmır. Məni xalqımızın acı, işğal altında olan torpaqlarımızın azadlıq gününü gözləyən insanların taleyi maraqlandırır. Cənab prezident, bir daha sizə müraciət edib deyirəm ki, əlinizdə olan fövqəladə səlahiyyətdən istifadə edib, yersiz, insanlarda ikrah doğuran, eybəcər “Gül bayramı”nın keçirilməsinə qadağa qoyasınız. Xahiş edirəm, bu bayrama xərclənəcək pulları ehtiyacı olan insanlara, şəhid ailələrinə, qazilərə xərcləyəsiniz. Hesab edirəm ki, mənim müraciətimi anlayışla qarşılayacaq və bu yersiz bədxərcliyin qarşısını almaq üçün sərəncam verəcəksiniz.

Mən bütün ziyalıları, siyasi liderləri, ictimai xadimləri də bu müraciətə qoşulmağa dəvət edirəm.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 24.04.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: