Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Leyla Yunusun həbsinə hazırlıq gedir

images (2)      Bu gün Baş Prokurorluq jurnalist Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayıb. Bununla bağlı mətbuat konfransı keçirən vəkil Fuad Ağayev bildirib ki, ittihamda Laura Baqdasaryan adlı şəxsin və daha bir nəfərin adı keçir. Həmin Laura Baqdasaryanla 2001-ci ildə hüquq müdafiəçisi Leyla Yunusun layihəsi olub, 2005-ci ildə birgə internet jurnal buraxıblar.
      İttihamlarla bağlı Deyerler.org-a açıqlama verən hüquq müdafiəçisi Leyla Yunus bildirib ki, Rauf Mirqədirovun həbsinin məqsədi məhz onu həbs etməkdir: “Rauf Mirqədirovun həbsinin əsas məqsədi məni həbs etməkdir. Bu dəqiqdir və bu mənim üçün aydın məsələdir”.

     Leyla Yunus həmçinin bildirib ki, o, bu gün və ya sabah həbs olunacağını gözləyir: “Hökumət Rauf Mirqədirovu ona görə həbs edib ki, birincisi Leyla Yunusu erməni casusu kimi həbs etsin. Eyni zamanda məqsəd budur ki, artıq bundan sonra heç kəs mövcud hakimiyyəti tənqid etməsin. Prezident Brüsseldə bəyan edir ki, ölkədə siyasi məhbus yoxdur, biz onların siyahısını çap edirik.
Eyni zamanda bu hakimiyyət istəyir ki, heç kəsin ermənilərlə hər hansı müstəqil iş görmək ağlına gəlməsin. Rauf Mirqədirovun həbsinin məqsədi məhz budur. Ona görə də mən bu gün və ya sabah həbs olunacağımı gözləyirəm”.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 21.04.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: