Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

UKRAYNA HÖKUMƏTİ ANTİ – TERROR ƏMƏLİYATI BAŞLATDI (VİDEO) Yenilənir

Ukrayna ordusu aerodromu nəzarətə götürdü

Ukrayna ordusu Kramatorsk şəhəri yaxınlığındakı hərbi aerodromu nəzarətə götürülməsi istiqamətində həyata keçirdiyi əməliyyat zamanı 2 Rusiya yönümlü silahlı ölüb, 2-si isə yaralanıb.

img1567597 “RİA Novosti”nin verdiyi məlumata görə, Ukrayna hərbçiləri arasında itki barədə məlumat yoxdur.
Agentliyin mənbəyinin verdiyi xəbərə görə, döyüş artıq sona çatıb, aerodrom Ukrayna ordusunun nəzarətinə keçib.
Ölənlər barədə fərqli məlumatlar daxil olur.
“Kommersant” radiostansiyasının mənbələrinin məlumatına görə, döyüş zamanı 11 nəfər ölüb.
Ukraynanın “UNN” xəbər agentliyi döyüş zamanı onlarla insanın öldüyünü bildirir.
“Röyters” məlumatına görə, Ukrayna hərbçiləri Kramatorsk aerodromuna iki helikopterdə enib.
Ukraynanın hərbi qurumları əməliyyatla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.
“UNN” xəbər agentliyinin məlumatına görə, Ukrayna Müdafiə Nazirliyindəki mənbə əməliyyat zamanı ölən və yaralıların olduğunu bildirib, lakin ölənlərin dəqiq sayı açıqlamayıb.
“Bəli, ölənlər var. Əməliyyat davam etdirilir. Nəticələr barədə az sonra məlumat veriləcək”, deyə mənbə bildirib.

Avropa Birliyi Rusiyaya 3 bənddən ibarət ultimatum verdi

Bu gün Lüksemburqda Avropa Birliyinə (AB) 28 üzv ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib. Musavat.com-un Rusiya mənbəyinə istinadən verdiyi məlumata görə, görüşdə Ukrayna böhranı, o cümlədən Rusiyanın işğalı, qaz mövzusu və Ukraynaya maliyyə köməyinin edilməsi məsələləri müzakirə edilib.

abs-ab
AB Kremlə son və qəti sanksiyalar tətbiq edilməsi barədə qərar qəbul etməzdən öncə 3 bənddən ibarət ultimatum verib: 1. Rusiya Dövlət Duması Putinə Ukraynada hərbi qüvvələrdən istifadə mandatı verən qərarını ləğv etməlidir. 2. Rusiya Ukraynada inzibati binaları zəbt edən silahlı separatçılarla əlaqəni kəsməlidir. 3 Ukrayna sərhədindən ordu birləşmələrini geri çəkməlidir.

Separatçılarla mübarizə üçün özünümüdafiə botalyonları yaradıldı

antiterror-ukraynaDnepropetrovsk vilayətinin şimal, cənub və şərq istiqamətlərindən giriş çıxışlarında 9 önləyici post qurulub.

Vilayətin Milli Müdafiə Qərargahının rəhbəri Yuriy Bereza UNİAN-a bildirib ki, blok-postların qurulması Donetskdə yaşanan separatçı hərəkətlərlə bağlıdır. Onlar Rusiya təxribatçılarının Dnepropetrovsk vilayətinə də soxula biləcəyindən ehtiyat edirlər və bunun qarşısını almaq üçün tədbirlər görüblər.

ukrayna - aniterrorBereza deyib ki, psotlarda güc orqanlarının əməkdaşları və Milli Müdafiə
Polkunun künüllüləri keşik çəkəcəklər.

“Bizim vilayətdə insanlar hamılıqla ayaqdadır, hər rayonda yüzlərlə üzvü olan özünümüdafiə dəstələri yaradılıb. Təcavüzkarlara, kimliklərindən asılı olmayaraq, layiqli cavab verməyə hazırıq”, – deyə Bereza əlavə edib.

Zaparoje şəhərində də özünümüdafiə dəstəsi Rusiya təxribatçılarının mümkün hücumunu önləmək üçün səfərbərlik elan edib.

Ukraynadakı mənbələr xəbər verir ki, Donetsk vilayətinin Slavyansk rayonu separatçılardan demək olar, tam azad olunub. Onların qurduğu blok-postlar dağıdılıb. Separatçıların rabitə əlaqəsi tutulub. Məlumata görə, separatçılar sıralarından ölənlərin olduğunu deyib və nə etməli olduqlarını soruşublar.

Sosial şəbəkələrdə və saytlarda separatçıların özlərini müdafiə etmək üçün əsasən qadınlardan ibarət olan silahsız mülki şəxslərdən necə canlı səd qurduqlarını göstərən fotolar yayılıb. Sosial media fəalları separatçıları bu hərəkətə görə Əl-Qaidə ilə müqayisə ediblər.

Bu arada separatçıların Donetskin başqa bir şəhərində – Yenekiyevoda DİN, prokurorluq və şəhər sovetinin binalarını ələ keçirdiyi haqda məlumat yayılıb. Bəlli olub ki, separatçılar binaları gecə saatlarında tutublar. Binaların üzərinə Rusiyanın və “Donetsk Respublikası”nın bayraqları sancılıb.

Separatçılar Mariopolda da şəhər sovetinin binasını ələ keçiriblər. Rusiyanın təşkil etdiyi təxribatçı qruplarla mübarizə üçün Danetskidə özünümüdafiə botalyonları yaradılır. Belə bir bəyanatla Ukrayna hərbi dəniz qüvvələrinin ehtiyatda olan kapitan-leytnantı Semyon Semençenko çıxış edib.

“Ukrayna prezidentinin qismən səfərbərlik  və müdafiə nazirinin Donetsk vilayəti ərazisində 25 botalyonun yaradılması haqqında direktivlərini nəzərə alaraq, eləcə də DİN-in, Təhlükəsizlik Xidmətinin və Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının sabotaj və satqınlığına görə mən, dövlətdən heç bir dəstək olmadan, 25 botalyonun yaradılması məsuliyyətini üzərimə götürürəm” – deyə Semençenko bildirib.

Semençenko daha sonra bildirib ki, yaradılacaq botalyonlar dövlət orqanlarının qorunması, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, təxribatçı qruplarla mübarizə ilə məşğul olacaq.

Ukraynanın şərqində, Donetsk vilayətinin Slavyansk rayonunda anti-terror əməliyyatına başlanılıb. Ölkənin bütün güc strukturlarının cəlb olunduğu əməliyyata bu gecə qərar verilib. Əməliyyata ümumi rəhbərliyi Təhlükəsizlik Xidməti edir.

Daxili işlər naziri Avakov məlumat verib ki, silahlı separatçılar anti-terror əməliyyatının iştirakçılarına atəş açıblar. Nazir hər iki tərəfdən ölən və yaralananların olduğunu deyib. Hökumət qüvvələrindən bir nəfər ölüb, beş nəfər yaralanıb. Separatçıların itkiləri barədə dəqiq məlumat yoxdur.

Əməliyyat zamanı Ukrayna xüsusi təyinatlıları Slavyansk şəhərinin girişində separatçıların qurduğu iki blok-postu ləğv edib. Geri çəkilən separatçılar qurduqları barrikadalara od vurublar.

Bu arada şəhər meri Nelya Ştefanın qaçdığı haqda xəbər yayılıb. Xəbəri separatçıların liderlərindən biri olan Ponomaryov verib və şəhərə rəhbərliyi öz üzərinə götürdüyünü deyib.

Nelya Ştefa ötən gün separatçıları dəstəkləyən bəyanat vermişdi.

Donetskin Slavyansk rayonunda dövlət orqanlarının binalarını tutanların keçmiş “Berkut”çular olduğu barədə şübhələr var. Binaları zəbt edən hərbi geyimlilər Kalaşnikov avtomatları və hətta qranatomyotlar daşıyıblar. Zəbtetmə əməliyyatı sürətlə və peşəkarlıqla həyata keçirilib.

Məlumatlı mənbələrdən biri “Azadlıq” radiosunun rus xidmətinə deyib ki, binaları zəbt edənlər “Berkut”un keçmiş əməkdaşlarıdır. “Əgər bir çox keçmiş Berkut əməkdaşlarının Rusiya pasportları aldığını və Krıma göndərildiyini nəzərə alsaq, tamamilə inandırıcıdır ki, buradakılar da onlardır. Onlar həmçinin, Berkut-un Ukraynada qalmış başqa əməkdaşları da ola bilər. Onların əllərindəki Kalaşnikovlar və qranatomyotlar Ukrayna milisində və təhlükəsizlik xidmətində olmayıb, yəni həmin silahları onlar özləri ilə gətiriblər”, – deyə mənbə qeyd edib.

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsov bəyan edib ki, Donetskin Slavyansk rayonunda separatçıların hərəkətə keçməsi Putinin Ukraynanın materik hissəsində müharibəyə başladığını göstərir.

Onun fikrincə, Putin sanksiyalara və Rusiyanı təhlükəyə atan iqtisadi böhrana
baxmayaraq, “va-banka” getməkdədir.

“Tanınma nişanları olmayan hərbi geyimli şəxslərin Slavtanskda peyda olması və güc orqanlarının binalarını zəbt etməsi bir şeydən xəbər verir – Putin va-banka getmək qərarı verib və Ukraynanın materik hissəsində müharibəyə başlayıb. Onu artıq “Qazprom”a və neft kompaniyalarına qarşı sanksiyalar dayandıra bilməz. O, ölkəni iqtisadi böhrana və çətinliklərə məhkum edəcək”, – deyə Nemtsov Facebook səhifəsində yazıb.

Nemtsovun fikrincə, Rusiyanı bahalaşma, yoxsulluq və işsizlik gözləyir. “İmperialist hisslərin bədəlini rus xalqı artıqlaması ilə ödəməli olacaq”, – deyə o, əlavə edib.

Sağ sektorun rəhbəri Yaroş Ukrayna hakimiyyətini fəaliyyətsizlikdə ittiham edib. O, bildirib ki, Ukraynanın şərqində indi Krım ssenarisi təkrar olur: “ Moskvanın təşkil etdiyi cinayətkar qruplar dövlət binalarını tutur, onların rəhbərlərinə istefa ərizəsi yazmağa məcbur edir, polis işçilərini girov götürürlər”.

Yaroşun fikrincə, bütün bunlar mərkəzi hakmiyyətin və daxili işlər nazirlıiyinin
tam faəliyyətsizliyi şəraitində baş verir.

“Savboda” partiyasının sədri Oleq Tyaqnibok isə öləknin şərqində terroristlərə qarşı müqavimətin təşkilində ləngimənin, Krım ssenarisinin təkrarlanmasına gətirib çıxaracağını söyləyib. O bildirib ki, güc strukturları ləngimədən ölkənin şərqində faliyyət göstərən separatçıları və Rusiya təxribatçılarını neytrallaşdırmalıdılar.

Prezidentliyə namizəd Pyotr Poroşenko da hökuməti qətiyyətli addımlar atmağa çağırıb. O, Təhlükəsizlik Şurasının dərhal toplanmasına və konkret qərarlar qəbul olunmasına çağırıb. Poroşenko bildirib ki, əgər təcili olaraq ciddi addımlar atılmasa, qonşu dövlətin xüsusi xidmət orqanlarının təşkil etdiyi bu terrorçular bizə daha ciddi problemlər yaradacaqlar.

İsveçin Xarici İşlər Naziri Karl Bildt bildirib ki, Ukraynaya qarşı aqressiyasından sonra bu ölkəyə qarşı  tətbiq edilən sanksiyalar nəticəsində Rusiya  150 milyard dollar pul itirib. Bununla yanaşı o qeyd edib ki,  aprelin 14-də Lüksemburqda  Avropa Birliyi Xarici İşlər Nazirlərinin görüşü olacaq. Görüş zamanı AB ilə Rusiya münasibətləri müzakirə olunacaq.

ABŞ Dövlət katibi Kerri ilə, Rusiya Xarici İşlər Naziri Lavrov arasında telefon danışığı olub. ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan danışıqda Ukraynadakı böhran müzakirə olunub. Kerri qeyd edib ki, ABŞ tərəfini Ukraynada baş verənlərin kənardan istiqamətləndirilməsi son dərəcə narahat edir.

Məlumatda o da bildirilir ki, Kerri  Ukraynada vəziyyətin stabilləşməsi üçün
addımlar atmayacağı halda, Rusiyanı yeni sanksiyalarla hədələyib.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 15.04.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: