Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Surət Hüseynov təriflənir, Əbülfəz Elçibəy isə murdar adlandırılır….

6333      Məlum olduğu kimi, son günlər  Azərbaycanda nurçuların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər görülür. Hətta Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri  Allahşükür  Paşazadə  dünən  verdiyi  açıqlamada  nurçuluğun  Azərbaycanda  qadağan  olunmasını məsləhət görüb. Lakin , bir çox məzhəbləri  Azərbaycan üçün təhlükəli görən  cənab  Paşazadə,  nədənsə  ölkə  üçün ən təhlükəli olan və  İrandan gələn  təhlükədən danışmır. Sübut lazımdır? İranın Azərbaycana ərazi iddialarının olmasının, Azərbaycanda isə bəzi  “dindarların” məhz  bu ölkənin  dini rəhbərlərinin dediyi ilə durub oturmalarını sübut etməyə ehtiyac olmasa da, sosial şəbəkələr fəaliyyətə başlayandan sonra , əndazəni aşan addımların atılması faktları var. Buyurun bu da fakt!

         Facebook sosial şəbəkəsində İranı dəstəkləyən azərbaycanlıların “Azərbaycan İslam Cümhuriyyəti ” adlı  bir  səhifəsi fəaliyyət göstərir. İranla birlikdə Rusiyanın da təbliğ olunduğu, Azərbaycanın tanınmış şəxslərinin isə təhqir olunduğu səhifədə yazılanlara diqqət yetirək. (Səhifədə yayılan təhqiramiz şəkillərə yazının axrında baxa bilərsiniz: red)
         Səhifədə ən çox təhqir olunan, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri  Əbülfəz Elçibəyin guya , 1993-cü ildə “Azərbaycan” qəzetinə  “Biz Kəlbəcəri verməli idik. Yoxsa  Ermənistanda demokratiya pozulurdu. Ter Petrosyan hakimiyyətdən gedirdi” dediyi iddia olunur. Elçibəy isə satqın adlandırılır.
          Sitat :”Siz heç görmüsünüz ki, bir dövlətin başçısı. Ölkəsinin torpaqlarını başqa bir dövlətə satsın? Təəssüf ki, belə alçaqca hal Azərbaycanda baş verdi. Əbülfəz Əliyev Kəlbəcəri Ermənistana satdı!” 
 
          Daha bir statusda  isə Surət Hüseynov təriflənir, Əbülfəz Elçibəy isə murdar adlandırılır. 
           Sitat: “Əbülfəz Əliyev kimi murdar şəxsə qarşı, çevriliş etdiyin üçün sənə minnətdarıq Cənab polkovnik!”
 
      Bundan başqa , səhifədə ən çox təhqir olunanlardan biri də, “Yeni Müsavat” qəzetinin yazarı , siyasi şərhçi Azər Rəşidoğludur. Rəşidoğlunun “Yeni Müsavat” qəzetində yazdığı köşə yazılarına təhqirlə cavab verilib. Məsələn, “Azər Rəşidoğlunun “Azərbaycan Türkiyə ilə birləşsin” yazısına cavab olaraq , şipon  yığnağı “Azərbaycan Türkiyənin “karısı” olsun” başlıqlı yazı yerləşdirilib. Ən qəribəsi burasındadır ki, səhifədə  Qum tələbəsi, özünü Xətaişunas kimi təqdim edən, birlik.az saytının direktoru , DEVAM-ın  rəhbəri İlqar İbrahimoğlunun da yaxın dostu Vüsal Hətəmovun yazdığı iddia olunan  “Ölkəni Qərbə satan Rəsulzadə- Elçibəy yolçuları ” başlıqlı yazı da səhifədə dərc edilib.
 
      Türkiyə dövləti də, ən təhqiramiz sözlərlə “yad” edilib. Bu yazıdan bəzi hissələrə diqqət edin:
 
6328“Artıq Türkiyə dövləti zaman keçdikcə, erməni soyqırımını qəbul etməyə doğru hazırlaşır. Bildiyiniz kimi Türkiyə də güclü Erməni lobbisi var. Və Türkiyənin də Avropanın quyruğu olduğunu nəzərə alsaq. Belə məna çıxır ki, gələcəkdə Türkiyə Ermənilərə qarşı soyqırım etdiyini qəbul edəcək. Bəs Azərbaycandakı bəzi “vətən”-şüvənlər nəyə görə ortalığa düşüb. Camaatın beynini xarab edirlər ki, Erməni soyqırımı qondarmadır. Adama deyərlər sənə nə?! Qoy Türkiyə özü-öz işini həll etsin. Amma burdakılar Türkiyə də ki, bəzi qurumlardan tula payı aldıqları üçün. Ortalığa düşüb düşüklük edirlər!”
 
     Türkiyənin indiki və keçmiş dövlət rəhbərləri  “şərəfsiz” adlandırılır. Məsələn , bir statusda Azərbaycan türklərinə xitabən “Qardaşlarınız da, özünüz kimi , şərəfsizdirlər” yazılıb.
     Bundan başqa , Azərbaycanın dövlət adamları haqqında  da , “Qərbin uşaqları” və “murdar”  sairə təhqiramiz sözlər yazılıb.
     Qeyd edək ki, səhifədə  AVROPA.İNFO Azərbaycandan İran xətti ilə Suriyaya Hizbullah tərəfində döyüşmək üçün adamların aparılması ilə bağlı araşdırma yazısına da, təhqiramiz şəkildə cavab verilib. Sayt və onun rəhbəri Ruslan Bəşirli təhqir edilib.
6329Bəs səhifədə kimlər təbliğ olunur ? Səhifədə əsasən , Xomeyni , Sistani, “Hizbullah”  lider Həsən  Həsrullah , həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədov, Hacı Abgül və digərləri təbliğ olunaraq, onlar İslamın  “nicatı” adlandırılır. İranın türklərdən hər zaman güclü olması barədə statuslar və yazılar paylaşılır.

 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 14.04.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: