Sitat :”Siz heç görmüsünüz ki, bir dövlətin başçısı. Ölkəsinin torpaqlarını başqa bir dövlətə satsın? Təəssüf ki, belə alçaqca hal Azərbaycanda baş verdi. Əbülfəz Əliyev Kəlbəcəri Ermənistana satdı!”
Daha bir statusda isə Surət Hüseynov təriflənir, Əbülfəz Elçibəy isə murdar adlandırılır.
Sitat: “Əbülfəz Əliyev kimi murdar şəxsə qarşı, çevriliş etdiyin üçün sənə minnətdarıq Cənab polkovnik!”
Bundan başqa , səhifədə ən çox təhqir olunanlardan biri də, “Yeni Müsavat” qəzetinin yazarı , siyasi şərhçi Azər Rəşidoğludur. Rəşidoğlunun “Yeni Müsavat” qəzetində yazdığı köşə yazılarına təhqirlə cavab verilib. Məsələn, “Azər Rəşidoğlunun “Azərbaycan Türkiyə ilə birləşsin” yazısına cavab olaraq , şipon yığnağı “Azərbaycan Türkiyənin “karısı” olsun” başlıqlı yazı yerləşdirilib. Ən qəribəsi burasındadır ki, səhifədə Qum tələbəsi, özünü Xətaişunas kimi təqdim edən, birlik.az saytının direktoru , DEVAM-ın rəhbəri İlqar İbrahimoğlunun da yaxın dostu Vüsal Hətəmovun yazdığı iddia olunan “Ölkəni Qərbə satan Rəsulzadə- Elçibəy yolçuları ” başlıqlı yazı da səhifədə dərc edilib.
Türkiyə dövləti də, ən təhqiramiz sözlərlə “yad” edilib. Bu yazıdan bəzi hissələrə diqqət edin:
“Artıq Türkiyə dövləti zaman keçdikcə, erməni soyqırımını qəbul etməyə doğru hazırlaşır. Bildiyiniz kimi Türkiyə də güclü Erməni lobbisi var. Və Türkiyənin də Avropanın quyruğu olduğunu nəzərə alsaq. Belə məna çıxır ki, gələcəkdə Türkiyə Ermənilərə qarşı soyqırım etdiyini qəbul edəcək. Bəs Azərbaycandakı bəzi “vətən”-şüvənlər nəyə görə ortalığa düşüb. Camaatın beynini xarab edirlər ki, Erməni soyqırımı qondarmadır. Adama deyərlər sənə nə?! Qoy Türkiyə özü-öz işini həll etsin. Amma burdakılar Türkiyə də ki, bəzi qurumlardan tula payı aldıqları üçün. Ortalığa düşüb düşüklük edirlər!”
Türkiyənin indiki və keçmiş dövlət rəhbərləri “şərəfsiz” adlandırılır. Məsələn , bir statusda Azərbaycan türklərinə xitabən “Qardaşlarınız da, özünüz kimi , şərəfsizdirlər” yazılıb.
Bundan başqa , Azərbaycanın dövlət adamları haqqında da , “Qərbin uşaqları” və “murdar” sairə təhqiramiz sözlər yazılıb.
Qeyd edək ki, səhifədə AVROPA.İNFO Azərbaycandan İran xətti ilə Suriyaya Hizbullah tərəfində döyüşmək üçün adamların aparılması ilə bağlı araşdırma yazısına da, təhqiramiz şəkildə cavab verilib. Sayt və onun rəhbəri Ruslan Bəşirli təhqir edilib.

Bəs səhifədə kimlər təbliğ olunur ? Səhifədə əsasən , Xomeyni , Sistani, “Hizbullah” lider Həsən Həsrullah , həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədov, Hacı Abgül və digərləri təbliğ olunaraq, onlar İslamın “nicatı” adlandırılır. İranın türklərdən hər zaman güclü olması barədə statuslar və yazılar paylaşılır.