Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Putinin ən böyük səhvi

ruuuQərb nəşrinin analitikinə görə, böyük strateji səhvlər buraxan liderlər çox vaxt özündən razılıq hissinin qurbanına çevrilirlər…

“Hər şey onu göstərir ki, Putin tarixdə ən pis səhvləri edənlərin izi ilə gedir. Onun qərar qəbul eləmək üçün istifadə elədiyi metodlar məlumdur, eyni zamanda yaxşı heç nə vəd eləmir”. Bu fikir nüfuzlu “Foreign Policy” dərgisinin analitiki Devid Hompertin bugünkü məqaləsindəndir.

Müəllifin qənaətincə, böyük strateji səhvlər buraxan liderlər çox vaxt hüdudsuz özündən razılıq hissinə görə məğlub olurlar: “1812-ci ildə Napoleon da, 1941-ci ildə Hitler də həlledici döyüşlərdə bir-birinin ardınca qələbələr qazandılar və bu da onlarda şəxsi məğlubedilməzlik, hətta seçilmişlərdən olma hissi yaratdı. Və onların hər ikisi, artıq bəlli olduğu kimi, Rusiyaya girəndən sonra öz nəhəng ordularını itirdilər”.

Daha sonra İkinci Dünya savaşı dövründə Yaponiya baş naziri Xideki Todzonun, Folklend böhranı zamanı argentinalı generalların, Əfqanıstana müdaxilə qərarı verən sovet rəhbərliyinin də timsalında tarixi analogiyalar gətirən analitik Rusiyanın Ukraynadakı hərəkətlərinə diqqət yönəldərək yazır: “Putinin özü haqda yüksək fikirdə olması seriya hərbi qələbələrə görə yox, Rusiyanın qonşularını qorxutmaq bacarığına əminliyinə görədir. Görünür o, Krımın işğalını böyük uğur sayır – bu addımın özünə ziyan gətirəcəyini qulaqardı edərək. Belə bir qənaət onda vəziyyətə nəzarət etdiyi görüntüsünü və yerdə qalanların onlara ayrılmış rolu sözsüz yerinə yetirməsini nəzərdə tutan ssenarilər seçmək imkanına malik olması təsəvvürünü möhkəmlədir. Bu qəbildən əsaslandırılmamış əminlik – təfəkkürün tipik yanlışıdır, hansı ki, mütləq səhvlərə aparır”.

“Yanlış strateji qərarlar qəbul edən liderlər tez-tez inciklikləri əsas götürür, həmin inciklikləri kompensasiya eləməyi vacib sayırlar. Yaxud Messian uzaqgörənliyi ilə gələcək qələbələri hərbi güc yolu ilə əldə ediləcəyini düşünürlər”,  – qeyd edir təhlilçi. Müəllifin fikrincə, Putində incikliklərin uzun bir siyahısı var: “NATO-nun genişlənməsi, Qərbin Kosovoya, İraqa və Liviyaya müdaxiləsi, ABŞ-ın Raketdən Müdafiə Sistemi haqda müqavilədən çıxması, ümumiyyətlə, Qərbin Rusiyanın işlərinə qarışması kimi qiymətləndirdiyi hər şey”.

“Səhv edən liderlərin digər bir xüsusiyyəti öz iradələrini, düşmənlərin imkan və manevr sərbəstliyini, həmçinin tapşırıqları yerinə yetirərkən onların öz ordularının rastlaşdıqları çətinlikləri düzgün qiymətləndirməməsidir. Səhvlər həm də onda baş verir ki, lider yalnız ələ keçən şansı görür və onu reallaşmasının uzaq perspektivdəki nəticələrini düzgün hesablamır. Tutaq ki, Putin bu gün Ukraynada hansısa fürsət pəncərəsi tapıb, bəs o, Qərbin daha sərt sanksiyalarının perspektivdə Rusiyaya gətirəcəyi ziyanı dərk edirmi?”, – deyə müəllif sual edir.

Materialda daha sonra deyilir: “Bəzən ölkə daxilində öz hakimiyyətini möhkəmlətmək xətrinə strateji risklərlə barışırlar. Fəqət, rus millətçiliyi dalğasını qızışdırmaq cəhdi ilə Putin görəsən öz imkanlarını şişirtmir ki? Özünün siyasi reytinqinin ani artmasını ölkəsinin üzləşə biləcəyi ziyanla müqayisə edirmi o? Axı tam mümkündür ki, ukraynalılar partizan müharibəsinə başlasınlar, necə ki, vaxtilə əfqanlar sovet işğalçılarına qarşı belə mübarizə üsulu seçmişdilər. Mümkündür ki, NATO Ukraynaya onun müdafiəsi üçün qoşun göndərməsin. Amma Rusiyanın bu ölkəyə müdaxiləsi Qərbi hərbi xərcləri artırmaq zorunda qoyacaq, hansı xərclərə ki, Rusiya özünün zəif iqtisadiyyatı ilə çatmaq qüdrətində olmayacaq”.

Analitik öz yazısını belə yekunlaşdırır: “Tərəfimizdən nəzərdən keçirilən, demək olar, hər bir səhvə bu səhv qərarı qəbul edən liderin ətrafındakı məsləhətçilərin, komandanların və institutların hakimiyyətə həqiqəti deməməsi və ya demək istəməməsi yaxud bacarıqsızlığı da yardımçı olub. Strateji səhvlər tez-tez həm də fərqli düşünənlərin ağzının bağlanması, mübahisələrin qarşısının alınması, şübhələrin içinə girmək istəyinin olmaması, habelə “evdə başının kim olmasını” nümayiş etdirmək və qətiyyətli görünmək hesabına baş verir. Putin və onun sözəbaxan silahdaşlarından ibarət məhdud çevrəsi bu sxemə uyğun gəlir”.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 12.04.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: