Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Qarabağın işğalının başında Nəcməddin Sadıqov durur

kelbecer-xeyanetKəlbəcərin işğalından 21 il ötür. Rus-erməni birləşmələri tərəfindən həyata keçirilən bu işğalın baş verməsində Azərbycanın daxilindəki xaos, orduda vahid idarəçiliyin olmaması ilə yanaşı,  xəyanətin də rol oynadığına dair iddialar mövcudur.

21 ildir cavabsız qalan sual

Düzdür, işğaldan 21 il keçsə də, bu xəyanətin kimlər tərəfindən edildiyi hələ də mübahisə mövzusu olaraq qalır, konkret günahkarlar tapılmayıb. Deyə bilərsiz ki, bəlkə də heç xəyanət olmayıb. Ola bilər. Ançaq ölkənin strateji rayonlarından biri ciddi bir döyüş olmadan işğal edilibsə, deməli konkret günahkarlar da var. Bəs kimdi bu günahkarlar. ANS telekanalında hələ 2000-ci ildə lentə alınan, rəhmətlik sabiq prezident Elçibəyin də iştirak etdiyi “Ən yeni tarix” tok-şousunda bu suala cavab axtarılıb.

Həmin verilişdə yüksək sərkərdəlik məharəti və döyüş bacarığı ilə tanınan mərhum general-mayor Zaur Rzayev ilginc faktlar açıqlayır. Hansı ki, bu işğal mərhum Zaur Rzayev Kəlbəcərin müdafiəsindən uzaqlaşdırıldıqdan sonra baş verib.

Aşağıda videosunu təqdim etdiyimiz həmin verilişin 43-cü dəqiqəsində mərhum
general-mayor Zaur Rzayev işğalın neçə baş verməsini açıqlayır.

“Ordan qayıdanda gördüm ki briqada Hacıkənddədir!
Soruşdum, kim sizə dedi çıxın? Dedilər, Nəcməddin Sadıkov!
Nəcməddin Sadıkovdan soruşdum Laçındakı briqadanı niyə çıxartdın? Dedi müdafiə nazirinin əmri var.”

Qəribə də olsa, o vaxtkı müsafiə naziri Dadaş Rzayev həmin tok-şouda iştirak
etsə də, belə bir əmr verib-vermədiyi, Nəçməddin Sadıkovun niyə döyüşsüz
Kəlbəcəri tərk etməsi aydınlaşdırılmır.

Qeyd edək ki, Nəçməddin Sadıkov o zaman briqada komandiri olmaqla yanaşı Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edirdi.

Ancaq indiyə qədər qoşunları Kəlbəcərdən niyə çıxartması məsələsinə aydınlıq
gətirməyib. Ona görə də, Kəlbəcərin işğalı ilə bağlı bütün sualların cavabıda
Nəcməddin Sadıkovdadır!

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 03.04.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: