Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

“Putin durdurmasaq bu bütün diktatorlara və ekstremistlərə əlavə güc verəcək”

kondalizaƏgər bu siqnalı eşitməsək, bu, bütün dünyada diktatorlara və ekstremistlərə əlavə güc verəcək. Sonra isə bütün bunlar bizə çox baha başa gələcək, çünki onların qalxması bizim maraqlarımıza və dəyərlərimizə ağır zərbələr vuracaq.

“Haram yollarla milyardlar qazanan rus oliqarxlar Parisi və Londonu sevirlər, onların varidatı xarici banklarda saxlanılır. Neftin ucuzlaşmasına Rusiyanın büdcəsi və büdcə hesabına Putinə dəstək verən dairələr tab gətirə bilməz”

“Ukraynadakı hadisələr ABŞ-ın dünya lideri rolunu üzərinə götürməsini istəyənlər üçün həyəcan siqnalı olmalıdır”

ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays “The Washington Post” qəzetində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və indiki Amerika hökumətinin buraxdığı səhvlər, atmalı olduğu addımlar barədə məqalə ilə çıxış edib. Məqaləni təqdim edirik:

Amerika Ukrayna siqnalını eşidəcəkmi?

Tanış olun, Yanukoviçdir, Ukrayna prezidentliyinə namizəddir». 2004-cü ilin dekabrında Putinlə mən onun yay evindəki kabinetində dayanıb söhbət etdiyimiz zaman Yanukoviş xidməti qapıdan salona daxil olmuşdu. Putin istəyirdi ki, mən bir başlıca məsələni anlayım: «O mənim adamımdır, Ukrayna isə bizimdir və bunu unutmayın».

Bir mddət Qərblə Rusiya arasında “Ukrayna problemi” yaşandı. Narıncı inqilab zamanından başlayaraq ABŞ və Avropa Rusiyanı inandırmağa çalışırdılar ki, Ukrayna böyük dövlətlərin münasibətlərinin girovuna çevrilməməli və müstəqil dövlət kimi taleyini özü müəyyən etməlidir. Amma Putin başqa cür düşünürdü. O, hesab edirdi ki, Kiyevin Qərbə doğru meyl etməsi «kim kimi» oyununda Rusiya üçün təhqirdir və imperiyanın köhnə ərazilərinin sədaqəti onun üçün başıca problemdir. Rus dilli əhaliyə qarşı uydurma təhlükə səbəbi ilə Krıma müdaxilə və onun ehtimal edilən ilhaqı Putin in bizə cavabıdır. İndi biz mümkün qədər tez ona göstərməliyik ki, onun sonrakı addımları ilə barışmaq niyyətində deyilik və Ukraynanın ərazi bütövlüyü, vahidliyi bizim üçün müqəddəsdir. Diplomatik izolyasiya, oliqarxların Qərbə gəlişinə qadağa və onların aktivlərinin dondurulması ağlabatan addımlardır. Bu arada Baltik ölkələri ilə birlikdə hərbi-hava qüvvələrinin təlimi, Amerika hərbi gəmilərinin Qara dənizə daxil olması və eyni zamanda fikir ayrılıqlarını bir kənara qoyub ölkənin idarə edilməsinə başlayan Ukrayna liderlərinə maddi yardım etmək bizim nüttəfiqlərimizə dəstək olardı. Uzaq perspektivdə vəzifəmiz odur ki, soyuq müharibə başa çatdıqdan sonrakı Avropanın gələcəyi ilə bağlı Putinə cavab verək. O, hesab edir ki, Ukrayna heç zaman öz taleyini özü həll edəcək qədər müstəqil ola bilməz. Bu yanaşma Şərqi Avropa və Baltik ölkələri üçün də bu cürdür. Rusiayanın bu bölgədə maraqları var və bu maraqları o, nəyin bahasına olursa-olsun, həyata keçirəcək.

Putinin mülahizəsinə görə, soyuq müharibə faciəli şəkildə bitib. Buna görə də o, iqtisadi və hərbi güc tətbiq etməklə ətrafındakıları qorxutmaqla məşğuldur. Qərbin fəaliyyətsizliyi isə ona şərait yaradır. 2008-ci ildə Rusiya Gürcüstana müdaxilə edəndə Amerika öz hərbi gəmilərini Qara dənizə yeritdi, Gürcüstanın İraqdakı hərbi kontingentini hava yolu ilə Gürcüstana qaytardı və oraya humanitar yardım göndərdi. O zaman Rusiya özünün başlıca məqsədinə nail ola bilmədi. Rusiyanın xarici işlər nazirinin mənə etiraf etdiyinə görə, ruslar orada qanuni yolla seçilmiş hakimiyyəti devirmək məqsədi güdürdülər. O zaman Avropa və Amerika Rusiyanın qismən diplomatik izolyasiyası tədbirləri barədə də razılığa gəlmişdilər. Amma bu ehtiyatlı addımlar gözlənilən nəticələri vermədi. Rusiyanın Abxaziya və Osetiyanı davam edən işğalına baxmayaraq, tədricən diplomatik izolyasiya tədbirləri sıfırlandı, Obama administrasiyası isə raket əleyhinə sistemin komponentlərinin Çexiyada və Polşada yerləşdirilməsi planına yenidən baxmalı oldu. Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr yarıda qırıldı. Və Moskva öz qələbəsini qeyd etdi. Amma bu dəfə hər şey başqa cür olmalıdır.

Putin özünün bütün imkanlarını götür-qoy edərək uzun müddətə hesablanan oyun oynayır. Biz də eyni cür davranmalıyıq. Əgər onu durdurmaq istəyiriksə, strateji səbir nümayiş etdirməliyik. Moskva təzyiqlərə tabe olur. İndi 1968-ci il, Rusiya da Sovet İttifaqı deyil. Rusiyanın xarici investisiyalara ehtiyacı var, haram yollarla milyardlar qazanan rus oliqarxlar isə Parisi və Londonu sevirlər, onların varidatı xarici banklarda saxlanılır. Rusiyanı idarə edən sindikat neftin qiymətinin aşağı düşməsinə tab gətirə bilməz. Buna Rusiyanın büdcəsi və büdcə hesabına Putinə dəstək verən seçki dairələri də tab gətirə bilməz. Çox yaxın zamanlarda Şimali Amerikanın nefti və qazı Rusiyanı özünün başlıca potensialından məhrum edəcək. Əgər biz Keystone XL qaz xəttinin çəkilişinə icazə versək və qaz ixracı üzrə liderə çevrilsək, bu onun sübutu olacaq ki, Rusiyanın şıltaqlıqlarına birdəfəlik son qoymaq istəyirik. Avropa isə nəhayət, öz qaz təminatını diversifikasiya etməli, Rusiya ərazisindən keçməyən qaz xətlərinin çəkilişi ilə ciddi məşğul olmalıdır.

Rusiyanın daha produktiv vətəndaşları, özəlliklə də gənclik Kremlin yanında deyil. Onlar anlayırlar ki, onların vətəni sadəcə olaraq, mədən nəhəngi olmamalıdır. Onlar siyasi və iqtisadi azadlıqlar istəyir, eləcə də müasir biliklər çərçivəsində yeniliklər yaratmağı arzulayırlar. Biz rus gəncliyinə, xüsusilə də Amerikada təhsil alan, Qərb kompaniyalarında işləyən gəncliyə müraciət etməliyik. Rusiyanın demokratik qüvvələri nəhayət, hiss etməlidirlər ki, Amerika onları dəstəkləyir, Putin deyil, məhz onlar Rusiyanın gələcəyidir.

Amerika ilk növbədə beynəlxalq birlikdə öz mövqelərini bərpa etməlidir. Bu mövqelər son zamanlar bizim dostlarımıza zərər verə biləcək qədər çox laxlayıb. Bizim Suriyadakı fəaliyyətsizliyimiz Yaxın Şərqdə Rusiyanın meydan sulamasına gətirib çıxarıb. Bütün gücümüzü səfərbər etdiyimiz İranla nüvə anlaşmalarının əlamətləri ilə Putinin son davranışları arasındakı əlaqəni görməzdən gələ bilmərik. Müdafiə büdcəsinin kəskin şəkildə azaldılması belə təəssürat yaradır ki, biz daha dünya düzənində maraqlı deyilik. Situasiyanın təfərrüatı və təhlükəsizlik məsələsi nəzərə alınmadan ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması da bu qənaəti möhkəmləndirir. Bir zamanlar İraqda bunu etmədik, amma Əfqanıstanda öz hərbi hissələrimizi saxlamalıyıq. Əgər biz Əfqanıstanda ən azı 10 min nəfərlik kontingent saxlamasaq, onda belə çıxacaq ki, bu bölgədə və bu ölkədə sabitliyin təmin edilməsində bizim marağımız yoxdur.

Ehtimal edənlər var ki, əgər ABŞ geri çəkilsə, insan haqları və demokratiya prinsiplərini əvvəlki qədər aktiv müdafiə etməsə, o zaman bu rolu ABŞ-ın əvəzinə onun demokratik müttəfiqləri və hansısa amorf “beynəlxalq cəmiyyət normaları” oynaya bilər. Amma axı, biz müşahidə edirik, bu boşluğu ekstremistlər, Suriyadakı və İraqdakı Əl Qaidə, Rusiyadan və İrandan güc alaraq öz xalqına qan udduran Bəşər Əsəd kimi diktatorlar, Pekinin milli ritorikaları və fəaliyyətləri, eləcə də, Putin kimi qaba gücün hələ də işə yaradığını təsəvvür edən liderlər doldururlar. Bu dəyişikliklər qətiyyən ABŞ-ın hansısa aqressiv xarici siyasəti sayəsində yaranmayıb. Xarici dövlətlər Amerikanın qüdrətini balanslaşdırmağa can atmırlar. Bu dəyişikliklər ona görə baş verdi ki, ayrı-ayrı ölkələr bizim yorulduğumuzu və marağımızın söndüyünü müşahidə etdilər. Ukraynadakı hadisələr Amrikanın dünya lideri rolunu üzərinə götürməsini istəyən hər iki tərəf üçün həyəcan siqnalı olmalıdır. Əgər bu siqnalı eşitməsək, bu, bütün dünyada diktatorlara və ekstremistlərə əlavə güc verəcək. Sonra isə bütün bunlar bizə çox baha başa gələcək, çünki onların qalxması bizim maraqlarımıza və dəyərlərimizə ağır zərbələr vuracaq.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 10.03.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: