Azadlıq qazetində “Polis rəisi niyə işdən çıxarılıb?” başlıqlı məqalə yerləşdirilib. Məqalədə vurğulanır ki, guya Ramil Usubov polis rəisi Məmməd Mikayılovdan qorxurmuş, səbəbdə polis rəisinin Hacı Məmmədov işi ilə bağlı kifayət qədər məlumatlı olması imiş. Bunu oxuduqda insana gülmək gəlir. Hacı Məmmədov kimi qanqsterə rəhbərlik edən şəxsin nədənsə qorxması, özüdə kimdən? Polis rəisindən- bu gülüncdür. Bu jurnalist bunları yazarkən hansı düşüncə ilə yazıbdır? mənə çox maraqlıdır!
1994-2005-ci illərdə saysız qətl, adam oğurluğu, mənzillərə, müxtəlif şəxslərə, silahlı basqınlar törədən mütəşəkkil cinayətkar dəstəyə, deyilənlərə görə rəhbərlik edən Hacı Məmmədov Ramil Usubovun nazirliyə rəhbərlik etməsinin ilk ili 1994-cü ilə təsadüf edir. Ramil Usubovun bu şəxsə hər baxımdan rəhbərlik etməsi danılmaz faktdır!
Lakin həmin məqalədə göstərilir ki, polis rəisi bu faktları bilirmiş diyə, nazir ondan çəkinirmiş. Nazirlikdə, həmin dövrlərdə BCAİ-də (Baş Cinayət Axtarış İdarəsində), Xüsusi İdarədə işləyənlərin və müavinlərinin hər biri bu faktları bilirlər… Deyirsiz nazir onlardanda çəkinir?
Ramil Usubov əli qana bulaşmış nazirlərimizin içində yeganə nümunədir! Bu insan heç kimdən qorxmur!
Ramil Usubova görə bugün Hacı Məmmədov ömürlük azadlıqdan məhrum etmə cəzasını- MTN-nin təcridxanasında çəkir.
Kimlərin danışmasından Ramil Usubov çəkindisə, hamısı bugün həbsdə və ya o biri dünyadadılar!