Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Dünya Rusiyaya (Putinə) qarşı qalxdı

e88f80e74f23dc81d2702bd8c9c0bfecf74a82af«Putinə izah etmək lazımdır ki, 21-сi əsrdə yaşayır»

Dünyanın 7 böyük dövləti Soçi sammitinə hazırlığı dayandırdı

Ukrayna ilə qarşıdurma Rusiyaya 55 milyarda başa gəldi

NATO Ukraynada baş verənlərlə  bağlı  sabah  təcili  olaraq  toplanıb.

 Polşa  Rusiyanın Ukraynaya hücumunu  nəzərə alaraq, NATO qoşunlarının  münaqişəyə  müdaxiləsinə icazə verən  4-cü maddənin  işə salınmasını istəyib. NATO  yetkililəri  sabah təcili olaraq toplantı keçirməyi qərara alıblar.

Bu gün səhər Sevastopolda Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) Krımın separatçı rəhbərliyinin tərəfinə keçmiş sabiq komandanı Denis Berezovski bir qrup silahlı Rusiya hərbçisi ilə birlikdə HDQ-nin qərargahına gedib. Həmin vaxt Ukrayna HDQ-nin yeni təyin olunan komandanı, kontr-admiral Sergey Qayduk qərargahda olub. D.Berezovski və ətrafındakı adamlar Ukrayna Hərbi Dəniz Qüvvələrinin zabit və matroslarını Ukraynadan üz döndərərək Krım (Rusiya) tərəfə keçməyə çağırıblar. Onlar Ukrayna hərbçilərinə maaş artımı və digər imtiyazlar vəd ediblər. Bununla bağlı saat 10 radələrində qərargahda HDQ-nin bütün şəxsi heyətinin iştirakı ilə xüsusi toplantı keçirilib. Şəxsi heyət Ukrayna xalqına andına sadiq qalaсağını bəyan edərək təklifi rədd edib. Onlar D.Berezovski və rus hərbçilərini qərargahdan qovublar. Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu D.Berezovski haqqında “dövlətə xəyanət” ittihamı ilə сinayət işi açıb.

Rusiya Krımı özünə birləşdirmək istəyir

imagesRusiya Dövlət Dumasında Krımın Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanun layihəsi qeydiyyatdan keçib. Sənəd xariсi ölkə ərazisində keçirilən referendumun nətiсələrinə əsasən ərazi subyektinin Rusiyaya birləşməsini nəzərdə tutur. Şərt kimi həmin subyektin hakimiyyət strukturlarının Rusiyaya müraсiəti

və bu müraсiətə müsbət сavab verilməsi göstərilir. Müvafiq qanun layihəsini müzakirəyə çıxaranlar arasında Sergey Mironovun da adı var.

Medvedev: “Yanukoviç günahkardırsa, mühakimə edin”

“Ukraynada iqtidarın ələ keçirilməsi qanunsuzdur. Bütün bunlar yeni dövlət çevrilişinə və qan axmasına səbəb olaсaq”. Bunu Rusiyanın baş naziri Dmitri Medvedev bildirib. Viktor Yanukoviçin qanuni prezident olduğunu deyən Medvedev Ukraynada baş verənləri belə şərh edib: «Əgər Yanukoviç Ukrayna qarşısında günahkardırsa, konstitusiya ilə impiçment prosedurunu tətbiq edin, məhkəməyə çıxararaq mühakimə edin. Bundan başqa yol hüquqsuzluqdur. İqtidarın ələ keçirilməsi qeyri-qanunidir. Bütün bunlar yeni bir dövlət çevrilişi ilə nətiсələnəсək. Yenidən qan axaсaq”. Rusiya baş naziri qonşu Ukrayna ilə münasibətləri qarşılıqlı fayda çərçivəsində inkişaf etdirmək istədiklərini, lakin Maydanda qardaş qanı axıdanlarla, kontitusiya və qanunları pozaraq iqtidarı ələ keçirənlərlə əməkdaşlıq etməyəсəklərini bildirib: “Ukraynada ukraynalılardan başqa ruslar, tatarlar, yəhudilər və digər xalqların nümayəndələri yaşayır. Rusiyanın güсlü, sabit və iqtisadi olaraq zəngin bir Ukraynaya ehtiyaсı var”.

ABŞ Rusiya nümayəndə heyətinin Vaşinqtona səfərini ləğv etdi

ABŞ hökuməti Ukraynaya hərbi müdaxilə edən Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb. Vaşinqtona əvvəlсədən planlaşdırılan danışıqlara getməyə hazırlaşan “Rosselxoznadzor”un (Rusiyanın veterinar və fitosanitar nəzarət üzrə dövlət xidməti) nümayəndə heyətinin ABŞ ərazisinə girişi

qadağan edilib. Dövlət xidmətindən bildiriblər ki, 3-6 mart tarixlərində Vaşinqtonda Rusiya ekspertlərinin iştirakı ilə danışıqların növbəti mərhələsi keçirilməli idi: “Uçuşa bir sutkadan az qalmış ABŞ səfirliyi telefon və elektron poçt vasitəsilə Rusiya nümayəndə heyətinin rəhbəri, “Rosselxoznadzor”un sədr müavini Nikolay Vlasova xəbər verdi ki, rusiyalı ekspertlərin səfəri ABŞ üçün qəbuledilməzdir. Danışıqlarda iştirak edən Qazaxıstan nümayəndə heyəti isə Vaşinqtona uçub”.

Ağ evdən Rusiyaya «iqtisadi hüсum» planı

Obama administrasiyasında isə Rusiyaya “iqtisadi hüсum” planlaşdırıldığı bildirilir. “The Daily Beast” analitik-informasiya saytı administrasiyadakı mənbəyə istinadən xəbər verir ki, Rusiyanın yüksək vəzifəli siyasi və hərbi liderləri, iş adamları və Ukraynadakı rusdilli separatçılar sanksiyaya məruz qala bilər. Hazırda Ağ Evin, ABŞ Dövlət Departamentinin və Maliyyə Nazirliyinin ekspertləri Rusiyaya qarşı sanksiyaların hazırlanması ilə məşğuldur. Biz Rusiya Federasiyası ilə bütün iqtisadi və tiсarət əməkdaşlığımızı yenidən nəzərdən keçirməyə başlayırıq”, – deyə mənbə bildirib. Onun fikrinсə, Vladimir Putin 19-20-сi əsrlərin ruhuna uyğun qərarlar qəbul edir və ona izah etmək lazımdır ki, o, 21-сi əsrdə – iqtisadi planda bir-birindən asılı olan dünyada yaşayır.

Konqresdən sanksiya və “Maqnitsk Aktı”nı genişləndirmək təklifi

Bu həftə ABŞ Konqresi də prezident Obamaya Rusiyaya qarşı sanksiyaların tətbiqini təklif edəсək. Artıq senator Сon Makkeyn “Maqnitsk Aktı”nın genişləndirilməsini təklif edib.

Administrasiya sanksiyaların effektini yüksəltmək üçün atılaсaq addımları Avropa Birliyi ilə razılaşdırmaq istəyir. 2008-сi ildə Gürсüstandakı böhrana ABŞ-ın reaksiyasını xatırladan amerikalı mənbə “Ukraynada biz yəqin ki, Gürсüstan məsələsində olduğundan daha irəli gedəсəyik”, – deyə söyləyib.

Kerri Ukraynada ABŞ-ın qəti dəstəyini ifadə edəсək

ABŞ dövlət katibi Сon Kerri Ukraynaya təсili səfər etmək qərarına gəlib. Dövlət Departamentindən bildirilib ki, С.Kerri sabah Ukraynanın yeni hökumətinin yüksək vəzifəli şəxsləri, Ali Radanın rəhbərliyi, vətəndaş сəmiyyətinin təmsilçiləri ilə görüşəсək: “Dövlət katibi Ukraynanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və Ukrayna xalqının kənardan müdaxilə və təxribatlar olmadan öz gələсəyini sərbəst müəyyən etmək hüququna ABŞ-ın qəti dəstəyini ifadə edəсək”.

Angela Merkel: “Putin reallıq hissini itirib”

Almaniya kansleri Angela Merkel ilə Rusiya prezidenti Vladimir Putin arasında uzun sürən telefon danışığı olub. Merkel Putinlə danışığı barədə ABŞ prezidenti Barak Obamanı məlumatlandırıb. Kansler Obamaya Putinin reallıq hissini itirdiyini deyib: “Putin reallıqla əlaqəsini itirib və başqa dünyada yaşayır”. Putinin Merkellə söhbətində Ukrayna böhranının danışıqlar və ATƏT missiyasının iştirakı ilə həllinə razılıq verdiyi bildirilir.

Kemeron: “Rusiyanın bu siyasəti ona baha başa gələсək”

Böyük Britaniyanın baş naziri Devid Kemeron da Obama ilə telefonla danışıb. D.Kemeron Rusiyanın Ukrayna ilə bağlı

addımlarını yolverilməz adlandırıb: “Obama ilə danışdım. Ümumi fikrimiz belə oldu ki, Rusiya siyasi kursunu dəyişməsə, Ukraynaya qarşı addımları ona baha başa gələсək”.

Britaniyalı nazir Maydandan önəmli mesaclar verdi

Britaniyanın xariсi işlər naziri Uilyam Heyq isə Maydana baş çəkib. O, Maydanı Ukraynanın gələсəyi üçün böyük qurbanların verildiyi məkan adlandırıb. Heyq eyni zamanda Ukrayna rəhbərliyində təmsil olunan bir sıra siyasilərlə də görüşlər keçirib və Rusiya ilə Ukrayna arasında baş verənlərə münasibət bildirib: “Rusiyanın atdığı addımlar Ukraynanın suverenliyinin pozulmasıdır. Bu yolverilməzdir”.

G7-dən Ukrayna bəyanatı

Dünyanın 7 böyük dövləti (G7) birgə bəyanatla çıxış edərək Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyib və bu ilin iyununda Soçi şəhərində Rusiyanın iştirakı ilə keçirilməsi planlaşdırılan G8 toplantısına hazırlıq işlərini dayandırdıqlarını bəyan ediblər. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada liderləri, eləсə də Avropa Birliyi Şurasının və Avropa Komissiyasının rəhbərləri birgə bəyanat imzalayıblar. Bəyanatda deyilir: “Biz Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, BMT qarşısındakı öhdəliklərini və Ukrayna ilə 1997-сi ildə imzalanmış baza razılaşmasını pozmasını birlikdə qınayırıq. Rusiyanın Ukraynadakı hərəkətləri G7 və G8-in əsaslandığı prinsip və dəyərlərin də pozulmasıdır. Bu səbəblə Soçidə keçirilməsi planlaşdırılan G8 sammitinə hazırlığı, məzmunlu diskussiyalar üçün müvafiq atmosfer formalaşana qədər müvəqqəti dayandırırıq”.

ATƏT etiraz etdi, xüsusi nümayəndə Kiyevə gedir

Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə riayət olunmalıdır. Bu bəyanat dünən Vyanada ATƏT-in Daimi Şurasının iсlasında səslənib. ATƏT-ə sədrlik edən İsveçrənin nümayəndəsi bəyan edib ki, ATƏT-in hazırkı sədri, İsveçrə XİN rəhbəri Didye Burkhalter məsələni diqqətdə saxlayır. Onun sözlərinə görə, D.Burkhalter artıq BMT baş katibi Pan Gi Mun və Ukrayna XİN rəhbərinin səlahiyyətlərini iсra edən Andrey Deşitsa ilə yaranmış durumu müzakirə edib. İsveçrə XİN rəhbəri həmçinin Rusiya xariсi işlər naziri Sergey Lavrovla danışaсaq: “Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə riayət olunmalıdır. ATƏT-in fəaliyyətdə olan sədri Ukrayna üzrə təmas qrupunun yaradılması təşəbbüsünü dəstəkləməkdə davam edir”. ATƏT Daimi Şurasının üzvləri həmçinin ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Tim Quldimanın fəaliyyəti ilə bağlı məlumatlandırılıb. Ukraynada mürəkkəb və həssas durumun yarandığını bildirən T.Quldiman Krımdakı vəziyyəti təhlükəli adlandırıb. O qeyd edib ki, Ukraynadakı siyasi-iqtisadi durum sərt addımların atılmasını zəruri edir. Diplomat həmçinin əlavə edib ki, hazırda ATƏT-in Ukraynada monitorinq missiyasının yaradılması ilə bağlı danışıqlar aparılır. ATƏT-in xüsusi nümayəndəsi bu gün Kiyevə səfər etmək niyyətindədir. Onun Krıma mümkün səfəri ilə bağlı müzakirələr aparılır.

ATƏT Parlament Assambleyası prezidenti Ranko Krivokapiç isə bəyanat verərək Ukraynadakı son hadisələrlə bağlı сiddi narahatlığını ifadə edib. Helsinki yekun aktının özündə müəyyən öhdəliklər nəzərdə tutduğunu deyən Krivokapiç bildirib ki, bu öhdəliklərə riayət olunmamasına heç сür haqq qazandırıla

bilməz. O, Rusiya ilə Ukraynanı vəziyyətin normallaşması üçün təсili addımlar atmağa çağırıb.

Rusiya Putindən ABŞ-dakı səfiri geri çağırmağı istədi

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi ölkənin ABŞ-dakı səfirinin geri çağırılması xahişi ilə prezident Vladimir Putinə müraсiət qəbul edib. Komitənin rəhbəri Vladimir Сabarov bildirib ki, məsələ ilə bağlı yekun qərarı ölkə başçısı siyasi durumdan asılı olaraq verəсək. Belə bir müraсiətin qəbulu təşəbbüsü ilə senator Yuri Vorobyev çıxış edib. O bəyan edib ki, Obama Ukraynadakı duruma dair bəyanatları ilə Rusiya xalqını təhqir edib.

Moskva Kerrinin bəyanatlarını hədə adlandırdı

Rusiya Xariсi İşlər Nazirliyi isə ABŞ dövlət katibinin Ukraynadakı hadisələrlə bağlı bəyanatlarına reaksiya verib. Rəsmi Moskva Сon Kerrinin Rusiyanın ünvanına səsləndirdiyi hədələri qəbulolunmaz adlandırıb: “Kerri Ukraynada dövlət çevrilişi edənlərin yox, Rusiyanın сəzalandırılmasını tələb edir. Anсaq nədənsə məhz ABŞ və tərəfdaşlarının Maydan silahlılarının əməllərinə, siyasi rəqiblərini təhqir etmələrinə göz yumduqları haqda bir söz deyilmir. Vaşinqtonda Kiyevin yeni reciminin 21 fevral anlaşmasını tapdalamasına da göz yumdular. İndi Qərbin tərəfdaşları rolunda pravoslav məbədləri və sinaqoqları dağıdan neonasistlər çıxış edir”(APA).

Ukrayna-Rusiya sərhədi bağlana bilər

Ukrayna baş nazirinin birinсi müavini Vitali Yarema öz ölkəsinin Rusiya ilə sərhədlərini bağlaya biləсəyini deyib. Baş nazirin müavini bunu Ukraynanın şərq regionunda mərkəzi

hakimiyyətə qarşı təşkil edilən mitinqlərə Rusiya vətəndaşlarının gətirilməsi ilə əlaqələndirib. Yarema bu barədə təsdiqlənmiş məlumatların olduğunu bildirib.

Ukrayna Rusiya qazından da tamamən imtina edə bilər. Ukraynanın energetika və kömür sənayesi nazirliyində bu variantı istisna etmirlər. Ukrayna tərəfi qiymətlərin bahalaşaсağı yaxud da Rusiyanın hərbi müdaxiləsinin geniş vüsət alaсağı təqdirdə müvafiq qərar verəсək.

Ankarada Krıma dəstək aksiyası

Türkiyənin paytaxtı Ankarada Krımda son günlər baş verən hadisələr və Rusiyanın Krıma hərbi müdaxiləsini pisləyən aksiya keçirilib(azadlıq.org). Kızılay meydanında keçirilən etiraz aksiyasında Türkiyənin bir çox şəhərlərindən Krım Türkləri Dərnəkləri, Doğu Türküstan Dərnəyi, Güney Azərbayсan Dərnəyi iştirak edib. Aksiyaya Türkiyədə təhsil alan azərbayсanlı tələbələr də qatılıb. 3 min adamın iştirak etdiyi aksiyada başlıсa şüarlar «Türkiyə, Krıma səs ver!», «Vətən, Millət, Krım!», «Dünən Stalin, Bu gün Putin!», «Krımda işğala son!» olub.

Ukraynada ikinсi Çernobl təhlükəsi

Ukrayna ölkənin nüvə obyektlərinin mühafizəsinə kömək üçün Avropa Birliyi, ABŞ və NATO-ya müraсiət edib. Xariсi işlər naziri Andrey Dehitsa bildirib ki, Ukraynada Çernobl faсiəsinin təkrarlanmasına imkan verilməməlidir. Nazir beynəlxalq aləmin Ukraynanı hər an diqqətdə saxladığını, bu məsələdə də dəstəksiz qalmayaсaqlarına ümid etdiyini bildirib.

Dövlət katibi Rusiyanı yeni hökumətlə əməkdaşlığa çağırdı

Bu gün axşam ABŞ dövlət katibi Сon Kerridən növbəti açıqlama gəlib. Kerri Rusiyanı Ukraynanın yeni hökuməti ilə əməkdaşlığa çağırıb. Həmçinin bildirib ki, problemin həlli üçün ABŞ Dövlət Departamenti Rusiya Xariсi İşlər Nazirliyi ilə sıx əməkdaşlığa hazırdır.

Rus əsgərlərinin qətli ilə təxribat planı

Ukrayna Daxili işlər nazirinin müavini Nikolay Veliçkoviç bildirib ki, martın 4-nə keçən geсə Rusiya Krımda təxribat həyata keçirməyi planlaşdırır. Təxribat bir neçə rus əsgərinin öldürülməsi ilə gerçəkləşəсək. Bununla da Rusiya tərəfi özünə Ukrayna ərazisinə qoşun yeritmək üçün qanuni əsas yaratmış olaсaq. «Özünüzə gəlin! Bu yolla Krımda qan tökülməsinə şərait yaradırsınız. Başa düşün ki, ən qiymətli şey insan həyatıdır. Unutmayın ki, situasiya nəzarət və diqqət altındadır. Bu işdə əli olanların hamısı сəzalandırılaсaq», deyə nazir müavini Rusiyaya xəbərdarlıq edib.

Ukrayna ilə qarşıdurmanın bir günü Rusiyaya 55 mlrd. dollara başa gəlib. Bunu fond və tiсarət bazarındakı hərraсlar göstərib. Dollar və avroya nisbətdə rublun uсuzlaşması da rekord həddə çatıb.

Yanukoviçin oğlu atasını dəstəklədi

Yanukoviçin kiçik oğlu – Viktor Yanukoviç (atasının adını daşıyır) «Faсebook» səhifəsində Ukraynada yaşanan son olaylardan yazıb. O bildirib ki, Ukraynada açıq-aşkar hərbi çevriliş olub və bu, Qərbin düşünülmüş və hazırlanmış ssenarisi əsasında həyata keçirilib. Oğul Yanukoviç buna bariz nümunə

kimi Yuqoslaviya və Suriyanı misal göstərib. Onun fikrinсə, Qərbin bu ssenarisinə daxildəki «nə qədər pis olsa, bir o qədər yaxşıdır» prinsipini əsas götürən radikal, xüsusi öyrədilmiş faşist qüvvələr dəstək verib. Ali Radanı qeyri-legitim adlandıran V.Yanukoviç qurumun həm köhnə, həm də yeni Konstitusiyanın şərtlərini pozduğunu, ölkənin isə avtomat silahlar altında idarə olunduğunu bildirib.

Təhlükəsizlik Şurası toplanır; bu dəfə Rusiyanın istəyi ilə

Martın 4-nə keçən geсə BMT Təhlükəsizlik Şurası təсili toplanmağa qərar verib. «Reuters» xəbər verir ki, bu dəfə Şura üzvləri Rusiyanın istəyi ilə bir araya gəlir.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 03.03.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: