Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Eynulla Fətullayevdən Elton Məmmədova gözlənilməz cavab

images (2) Xatırladım ki, Eynulla Fətullayevin rəhbəri olduğu haqqin.az və virtualaz.org saytlarında Elton Məmmədovun oğlu Aynar Məmmədovun “İnstagram” sosial şəbəkəsində paylaşdığı bahalı maşınlarının, saat və digər əşyalarının fotlarının dərc etmişdir.    

Elton Məmmədov isə bu məsələyə sərt münasibət bildirib bugün. O, publika.az-a açıqlamasında Eynulla Fətullayevi şantajda ittiham edib: “Kimsə gedib hər hansı ölkədə istirahət edən zaman, avtomobillə safariyə çıxan zaman çəkdirdiyi fotoları necə özünküləşdirmək olar?  Bu yazı Eynulla Fətullayevin saytında çıxıb. Mən istəmirəm ki, o adamı məhkəməyə verim.  O adam başdan ayağa şantajçıdır. Mən buna başqa ad da verə bilmərəm. Axı kim olasan ki, sən götürüb yazı yazıb şantaja keçəsən ki, Ziya Məmmədovun qardaşı oğlu, Elton Məmmədovun oğlu filan şeyə sahibdir. Əgər mənim oğlumun elə maşınları varsa, yalançının atasına lənət olsun. Eynulla, bundan sonra 100 il yaşasa belə, mənim oğlum kimi ağıllı, tərbiyəli, vətənpərvər, savadlı və bir neçə xarici dil bilən insan ola bilməz. Mənim böyük oğlum isə 2010-cu ildə Bolqarıstanda keçirilən yarışda Avropa çempionu olub. Özü də erməni mənşəli idmançını döyüb. Ayın 23-də “Sərhədçi”də yarış keçiriləcək. Kim istəsə gəlib görə bilər ki, Elton Məmmədovun oğlu, Ziya Məmmədovun isə qardaşı oğlu necə dövlətə və dövlətçiliyə xidmət edir”.

Deputat daha sonra bildirib ki, Eynulla Fətullayev bununla şəxsi həyata müdaxilə edib: “Adama deyərlər sən kimsən ki, camaatın şəxsi həyatını gündəmə gətirəsən, mənim şəxsi həyatıma müdaxilə edəsən? Oğlum safaridə istirahət edən vaxt o fotoları çəkdirib. Sən kimsən ki, o fotoları yayırsan? Əgər sən normal jurnalistsənsə, əvvəlcədən yoxla o maşınları, öyrən , gör,  ümumiyyətlə, Azərbaycanda belə bir maşın varmı? Əgər sən bunun hüququ bazasını yoxlamaq istəyirsənsə, o zaman gömrük orqanlarına müraciət edib öyrənə bilərsən”.

Elton Məmmədovun oğlu Aynar Məmmədov da iddia edib ki, paylaşdığı fotoların saytlarda verilməsi şəxsi həyata müdaxilədir. O, publika.az-a deyib: “Həmin fotolarda mənim şəxsi həyatım əks olunub. O fotoların əksəriyyəti heç mənə aid deyil. Sosial şəbəkələrdən mənim kimi milyonlarla insan istifadə edir və öz fotolarını paylaşırlar. Mənim “İnstagram”da fəaliyyətimlə bağlı atamın və ya əmimin adının hallandırılması doğru deyil. Haqqımda yazılanların da heç bir əsası yoxdur. Buna görə mənim qarşı tərəfi məhkəməyə vermək və haqqımda yazılan yalan məlumatlara qanunla cavab verilməsini istəmək haqqım var”.

Eynulla Fətullayev isə Elton Məmmədovun ittihamlarına eronuya ilə cavablandırıb…

“Hörmətli cənab Elton Məmmədov, bizim redaksiyadan kimsə və ya Eynulla Fətullayev özü sosial şəbəkədə yayılmış bu fotoşəkillərlə bağlı sizə hansısa suallarla müraciət edibmi? Əgər müraciət edibsə, o zaman nə vaxt və sizdən nə xahiş ediblər? Sizin bəyanatınızda bu barədə heç nə deyilməyib. Konkretləşdirmədən, ümumi şəkildə deyir ki, bu, şantajdır və s.
Şantaj ittihamından dərhal sonra Elton Məmmədov bildirir ki, bu avtomobillər onun oğluna məxsus deyil. Onda haqlı sual meydana çıxır: bəs Aynar Məmmədovun səhifəsində nümayiş etdirilən avtomobillərin dövlət nömrə nişanlarının hamısı niyə identikdir? Niyə hamısında “100” rəqəmi var?! Belə görünür ki, bununla Milli Məclisin gənc işçisi özünün DYP-dəki qeyri-məhdud hakimiyyəti və nüfuzu ilə fəxr edir. Hansı ki, DYP onun bütün maşınlarına istisnasız olaraq “ailə nömrə nişanı” verib!
Lakin bu sual artıq DYP-yədir və biz onunla sonra ayrıca məşğul olacağıq… Yazını olduğu kimi nəzərinizə çatdırıram:

Yeri gəlmişkən, Aynar Məmmədovun yaydığı fotoların birində 10 LR 100 dövlət nömrə nişanlı “BMW” avtomobilinin bort kompüteri əks olunur. Kompüterin göstəricilərindən məlum olur ki, avtomobil saatda 238 kilometr saat sürət yığıb, yəni icazə verilən maksimal sürətdən az qala 3 dəfə artıq. Lakin bu da DYP-nin məşğul olacağı məsələdir?
Daha sonra qarğış gəlir. Məşhur rus atalar sözündə deyildiyi kimi: oğrunun papağı yanır! E.Məmmədov açıq təhqirə və qarğışa keçir, Eynulla Fətullayevi və onun atasını qarğıyır…
Elton Məmmədov həqiqətdən uzaqda deyil. Biz doğrudan da lənətlənmişik ki, Ziya Məmmədov kimi savadsız maşinistlər, uzaq Tomskda sınıq-salxaq piştaxtaların arxasında dayanan alverçilər indi zadəgana çevriliblər və Azərbaycanın taleyini həll edirlər. Biz onların korrupsiyalaşmış idarəçilikləri ilə lənətlənmişiik. Ona görə lənətlənmişik ki, yollarımız dağlıb, avtobuslarımız sınıq-salxaqdır və görməmiş məmurlarımız harınlayıb.
Bu məsələdə Elton Məmmədov heç vaxt olmamış kimi haqlıdır, biz onun mövqeyini tam dəstəkləyirik.

Sonra Elton Məmmədov iddia edir ki, onun oğlu Aynar Məmmədov yaxşı təhsil alıb, tərbiyəlidir, bir neçə dil bilir və üstəlik böyük vətənpərvərdir.

Hörmətli cənab Məmmədov, biz sizin oğlunuzun intellektual qabiliyyətlərinə və vətənpərvərlik hisslərinə şübhə etmirik. Biz sadəcə olaraq onun həyat tərzini və mənəvi keyfiyyətlərini qınayırıq. Çünki yaxşı tərbiyə almış adam özünü belə aparmaz. Sizin oğlunuz ola bilsin ki, təhsillidir, lakin o, elə siz özünüz də ziyalılıqdan çox uzaqsınız, dərin hissiyatdan məhrumsunuz. Əks halda tərbiyəli və təmiz adamlar öz sərvətləri ilə öyünmür, ancaq savadı ilə fəxr edir.
Bill Qeyts adında adam var. Boş vaxtınızda onun həyatını oxuyun və oğlunuza da məsləhət görün ki, dünyanın ən varlı adamının həyat fəlsəfəsini öyrənsin. Bill Qeyts hələ sağkən vəsiyyət yazıb qoyub və öz sərvətini xeyriyyəyə xərcləməyi vəsiyyət edib. Onun oğlu isə həyatını ancaq özü qazanmalıdır. Çünki bu adam özünə inanan və güclü, həyatın bütün çətinlikləri ilə qarşılaşmağa hazır olan övlad yetişdirmək istəyir.
Bill Qeytsin oğlu öz “Lamborghini”sini nümayiş etdirmir. Bilirsinizmi niyə? Çünki onun belə bahalı avtomobili yoxdur, onun tamam başqa dəyərləri var. O, 240 min dollarlıq saat gəzdirmir! Siz bunu dərk edə bilməzsiniz…
Heç bilirsinizmi Elton Məmmədov bizim saytımızı daha nədə ittiham edir? “Eynulla Fətullayev kimdir və onun nə haqqı var ki, mənim oğlumun fotolarını yaysın?”. Hörmətli oxucular, siz bu sualdan hər şeyi başa düşdünüz?! Bu sözləri deyən adam nə boyardır, nə xandır, nə feodaldır, Milli Məclisin deputatıdır. Yəni deputat və onun 26 yaşlı oğlu başa düşmürlər ki, bizneslə məşğul olmaları qadağandır, çünki elə onun özünün təsdiqlədiyi qanun buna imkan vermir. Üstəlik onlar gəlirlərini bəyan etməlidir…
Üstəlik onlar ictimai fiqurlardır və şəxsi həyatları o qədər şəffaf və təmiz olmalıdır ki, qalan vətəndaşlara nümunə olsunlar!
Elton Məmmədovun ən dəhşətli sözləri budur ki, o, seçkilərdə ona səs vermiş seçicilərə və xalqa hesabat verməyi sanki ağlına da gətirmir. Əks halda o, çətin ki, Milli Məclisin 26 yaşlı məsləhətçisinin milyonlarla dolları haradan aldığını sual edən jurnalistləri ittiham edəydi.
Heç bilirsinizmi Elton Məmmədov daha nələr deyib?! Deyib ki, o, hələ sovet illərində varlı adam idi və hələ o vaxt biznesi çiçəklənirdi. Elton Məmmədovun yadına salmaq istərdik ki, onun qardaşı Ziya Məmmədov Dövlət Dəmiryolları İdarəsinin rəisi olana qədər Elton Biləcəridə birotaqlı mənzilə sığınmışdı, kasıb idi və özünə babat gün-güzəran qurmaq uğrunda mübarizə aparırdı. İndi isə o, bizi ittiham edir, sadəcə ona görə ki, biz onun və onun kimilərin milyonlarımızı niyə oğurladığı ilə azacıq maraqlanmışıq. Maraqlanmışıq ki, onların nələri əskikdir? Oğurlamaqdan əl çəkin, bax, onda biz də saymaqdan əl çəkərik…
Sonda Ziya Məmmədovun kiçik qardaşı öz yalanında da çaşır və ədalətli sual verir: elələri var ki, yüz milyon dollara təyyarə alır, bəs Eynulla onların haqqında niyə yazmır?
Ziya Məmmədov Azərbaycanda tək-tük nazirlərdəndir ki, özünə on milyonlarla dollara şəxsi təyyarə alıb. İnanmırsınız? İstəsəniz onun təyyarəsinin şəkillərini də dərc edə bilərik. Yenə qarğış etməyəcəksiniz ki? Əvəlcədən xəbərdarlıq edirik, bu, şantaj deyil, sadəcə olaraq dağılmış yolların və hələ də axıra qədər vurulmamış çoxlu axmaqların olduğu ölkənin vətəndaşının haqlı hayqırtısıdır…”.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 13.02.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: