Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Hollandiyanın İctimai Televiziyası Azərbaycanda hökm sürən diktatura rejimindən danışdı

img1378146        Hollandiyanın Ictimai Televiziyası Stalinlə bağlı xüsusi “Soçi arxasındakı dağlar” adlı veriliş hazırlayıb.  Reportajın Azərbaycan tamaşaçısı üçün maraqlı tərəfi Stalini Bakı ilə bağlayan məqamları olmuşdur. Reportajda Bakı barədə danışmağa Milli Parkın kadrlarları ilə başlayır.  Stalinlə bağlı reportaj olmasına baxmayaraq, jurnalist eyni zamanda Azərbaycanda hökm sürən diktator rejiminə də toxunurdu.

       Reportajın həmin hissəsini aparıcının təqdimatında diqqətinizə çatdırıram:
“Bakı dünyada neft hasil olunan ilk şəhərlərdən biridir. Bakı həm də Stalinlə bağlı olan şəhərdir. O, Bakıda həbs edilib və burada da həbsaxanada yatmışdır. Hazırda onun yatdığı türmənin yerində Azərbaycanın çox böyük olan bayrağı dalğalanır. Sonradan dünyanın böyük diktatoru olan Stalin hələ Bakı həbsxanasında yatarkan özünün qəddarlığı ilə ad çıxarıb, bütün məhbusları özünə tabe edə bilib”. Sovet hakimiyyətinin dağılmasından sonra Bakıda yalnız bir ailə söz sahibidir: Əliyevlər. Şəkilləri bütün küçələrdə asılan ata Heydər Əliyev və hazırda isə onun oğlu Ilham. Ifadə azadlığı, demokratiya – burda bunların heç biri yoxdur. Yanımda indi bir insan dayanıb. Bu gözəl bulvarda mənim ona danışmaq təklifimi qəbul etmir. Heç yerdə insanlar fikirlərini kameraya bildirmək istəmirlər, keçənlərdən kimsə danışmaq istəmir… Amma Xınalıq yolu üstündə bir nəfər belə bir fikir deyir: “Əvvəllər çətinliklə keçilən yolu gözəl asfaltla bir saata keçmək olur”. Diktaturanın da müsbət məqamları var”.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 06.02.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: