HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Hollandiyanın Ictimai Televiziyası Stalinlə bağlı xüsusi “Soçi arxasındakı dağlar” adlı veriliş hazırlayıb. Reportajın Azərbaycan tamaşaçısı üçün maraqlı tərəfi Stalini Bakı ilə bağlayan məqamları olmuşdur. Reportajda Bakı barədə danışmağa Milli Parkın kadrlarları ilə başlayır. Stalinlə bağlı reportaj olmasına baxmayaraq, jurnalist eyni zamanda Azərbaycanda hökm sürən diktator rejiminə də toxunurdu.
Reportajın həmin hissəsini aparıcının təqdimatında diqqətinizə çatdırıram:
“Bakı dünyada neft hasil olunan ilk şəhərlərdən biridir. Bakı həm də Stalinlə bağlı olan şəhərdir. O, Bakıda həbs edilib və burada da həbsaxanada yatmışdır. Hazırda onun yatdığı türmənin yerində Azərbaycanın çox böyük olan bayrağı dalğalanır. Sonradan dünyanın böyük diktatoru olan Stalin hələ Bakı həbsxanasında yatarkan özünün qəddarlığı ilə ad çıxarıb, bütün məhbusları özünə tabe edə bilib”. Sovet hakimiyyətinin dağılmasından sonra Bakıda yalnız bir ailə söz sahibidir: Əliyevlər. Şəkilləri bütün küçələrdə asılan ata Heydər Əliyev və hazırda isə onun oğlu Ilham. Ifadə azadlığı, demokratiya – burda bunların heç biri yoxdur. Yanımda indi bir insan dayanıb. Bu gözəl bulvarda mənim ona danışmaq təklifimi qəbul etmir. Heç yerdə insanlar fikirlərini kameraya bildirmək istəmirlər, keçənlərdən kimsə danışmaq istəmir… Amma Xınalıq yolu üstündə bir nəfər belə bir fikir deyir: “Əvvəllər çətinliklə keçilən yolu gözəl asfaltla bir saata keçmək olur”. Diktaturanın da müsbət məqamları var”.