Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Saakaşvillidə Əliyevi vurdu…

Saakashvili-Aliyev-Yanukovich     ABŞ-ın “Cristian Sciense Monitor” qəzeti  Gürcüstanın eks-prezidenti Mixail  Saakaşvilidən müsahibə götürüb. “Ukraynada  21-ci əsrin ilk geosiyasi inqilabı baş verir” başlıqlı müsahibədə Saakaşvili Ukraynada və ümumiyyətlə post-sovet məkanında baş verən olaylara qiymət verir. Ukrayna küçələrində baş verənləri xarakterizə edən Saakaşvili bunu qərb və şərq  dünyagörüşlərinin savaşı adlandırır. “Küçələrdə insanlar korrupsiyaya qarşı çıxış edir və eyni zamanda anlayırlar ki, bu bəla Putinə arxalanan “Avrasiya İttifaqı” kimi şərq dünyagörüşünün tərkib hissəsidir. Ölkə başçısı Yanukoviç də Putinə arxalanaraq özbaşınalıqlara yol verir”, – deyə Saakaşvili qeyd edir. Həmişə olduğu kimi, bu müsahibədədə o, Putini və “Rusiya neo-imperializmini” postsovet məkanının əsas bəlası kimi göstərir.
Saakaşvili Gürcüstan modelini bütün postsovet məkanına örnək adlandırır. “Yeni hökümətin ilk aylarında qorxurduq ki, bunlar qurduğumuz sistemi dağıdacaqlar, lakin etmədilər. Bu, ondan xəbər verirdi ki, biz möhkəm bir siyasi sitem yarada bilmişik. Hər halda bu sistem Azərbaycandakı sülalə hakimiyyətindən, Rusiyadakı çox zəif demokratiyadan, Ermənistan və Qırğızıstanda olduğu kimi seçicilərə qarşı zorakılıqdan və Orta Asiyadakı əbədi hakimiyyət modelindən daha yaxşıdır.
Bizim yaratdığımız sistem yaşadı – deməli seçkilərdəki məğlubiyyətimiz daha çox insanların 8 illik hakimiyyətdən yorulmasından irəli gəlirdi, apardığımız islahatları bəyənmədiyindən deyil. Ən azından biz ağrı-acısız hakimiyyət dəyişikliyinin nümunəsini göstərdik.
Azərbaycan, Rusiya, Orta Asiya ölkələrinin xalqları üçün bəlkə də mənim hakimiyyətdən getməyim daha maraqla qarşılandı, nəinki həyata keçirdiyimiz islahatlar”, – deyə o fikrini tamamlayıb.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 01.02.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: