Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Ilham Əliyev diktatorlarla bir sırada.

Azərbaycan dövlət başçısı 4 aydır ki, o Kim Çen, Bəşər Əsəd və Lukoşenko ilə bir sıradadır.

Ötən 4 ay ərzində onunla görüşən və təmasda olan, Bakıya təşrif buyuran rəsmi qonaqların siyahısı çox məhdudur.

hyu-300x2641993- cü ildə Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın xarici siyasəti keçmiş DKT sədrinin xarakterinə və keçdiyi mübarizə yoluna uyğun qurulub; anlaşılmaz, mürəkkəb və qeyri- müəyyən. Xarici siyasətimizin bu cür müəyyən edilməsi hamı ilə yalançı dost siyasəti üzərində qurulub. Təbii ki, bu siyasət yaxın qonşularımız daxil olmaqla hakimiyyətin dünya ölkələri və beynəlxalq birliklərlə oynamaq, manevr etmək siyasəti üzərində qurulub. YAP- çılar bu siyasətə balanslaşdırılmış siyasət deyirlər. Amma gerçəkdə onun adı qeyri- müəyyənlik və ikili oyundur. Bu oyun əsasən dünyanın 2 super dövləti- ABŞ və Rusiya arasında manevr etmək üzərində qurulub.

Rusiyanın Azərbaycana təzyiqləri güclənəndə rəsmi Bakı üzünü Qərbə, əks təzyiq olunanda isə üzünü şimal qonşumuza tutur. Hər iki ölkədən üst- üstə düşən təzyiq olanda isə İrana meyl etməklə dünyanı islam fundamentalizmi ilə qorxudur. 20 ildir ki, Azərbaycanın üzü iki istiqamətdə qalıb. İnsaf naminə deyək ki, sülalə Əliyev hakimiyyəti bu ikiüzlü siyasəti və neft gəlirləri hesabına 20 ildir ki, ölkədə avtoritar rejim qura bilib. Hər dəfə seçkiləri saxtaladşırıb hakimiyyətini qoruyur. Ölkədə repressiyalar baş alıb gedir. Hər addımbaşı insan haqları tapdalanır. Azad media və QHT sektoru sıradan çıxarılıb, sahibkarlıq və orta təbəqə məhv edilib. Ölkənin bütün gəlirləri Əliyev ailəsinin və onun əlaltılarının əlində cəmləşib. Keçmiş MDB ölkələri arasında adam sayına görə ən çox dustaqlar Azərbaycandadır. Həbsxanalarda insan tutumuna yer olmadığından yeni cəza çəkmə müəssisələri tikilir və s.

İlham Əliyevin qara günləri başlayır…

Və ya atalardan oğula ötürülən hakimiyyətlərin sonu gəlir

Amma bütün bunlara baxmayaraq Azərbaycandakı vəziyyət son illərdə pisləşməyə doğru yön alsa da dünyanın ümumi düzəni pozitiv istiqamətdə getməkdədir. Belə ki, ərəb ölkələrində baş verən inqilablar, avtoritar rejimlərin süquta uğraması, Avropa Birliyinin öz sərhdələrini genişləndirməsi, sosial şəbəkələrin virtual aləmə nüfuz etməsi və s. pozitiv məqamlardır. Dünyanın demokratik düzəninin inkişaf etməsi, avtoritarizmə və korrupsiyaya, çirkli pulların yuyulmasına, narkobiznes və insan alverinə qarşı mübarizənin kəskin xarakter alması zor üzərində qurulan hakimiyyətlərin laxlamasına, xalqların öz taleyini özlərinin iradəsi ilə həll etməsinə imkanları artırır. Necə deyərlər diktaturanın və avtoritarizmin sonunu gətirir.

Artıq İlham Əliyev kimi hakimiyyəti atasından qəbul edib, 3 dəfə özünü prezident elan edən dövlət başçılarının qara günləri gəlməkdədir. Dünya birliyi bu cür hakimiyyəti əldə saxlamağı və idarə etməyi ikrahla, ironiya ilə qarşılayır və qəbul etmir. Artıq dünya gücləri para, neft və ikili oyunlar hesabına öz xalqı üzərində yumruq göstərməyi ölkə avtoritarlarına bağışlamaq və onların əməllərinə göz yummaq fikrində deyil.

Cəmil Həsənli: “Avropa öz siyasi xəritəsini Xəzər dənizinə qədər genişləndirəcək”

Məhz bu baxımdan İlham Əliyevin də atası hesabına, zor və neftin gücünə qurduğu səltənət, taxt-tac sona çatmaq üzrədir. Ərəb ölkələrində baş verən inqilabi dəyişikliklərdən sonra qonşu Gürcüstanın ardınca Ukraynada baş verənlər əlsində sıradan bir məsələ olmayıb demokratiya ilə avtoritarizmin, Rusiya müstəmləkəsi ilə Avropaya İnterqrasiya arasında gedən ölüm- dirim savaşıdır. Bütün dünyanın gözünün bu gün Ukraynada olmasının həm də səbəbi odur ki, orda 2 böyük və antiqonist qütbün, yanaşmanın müqəddəratı həll olunur. Bu davanın sonucunun nə olmasından asılı olmayaraq bir şey qətidir ki, dünyanın sivil yaşam və demokratik üsul idarəsi inkişafa və qələbəyə, avtoritarizmə söykənən hər cür əsarəti, asılılığı, müstəmləkəçiliyi qoruyan mübarizə isə iflasa məhkumdur. Bir az da sadə dillə desək Qərbin, Avropa Birliyinin inteqrasiya siyasəti öz sərhdələrini və coğrafiyasını genişləndirməyə doğru davam etməkdədir. Milli Şuranın sədri Cəmil Həsənlinin təbrincə desək Avropanın inteqrasiya sərhdələri Xəzər dənizinin sahillərinə doğru gəlməkdədir. Onun qarşısını heç bir qüvvə ala bilməyəcək; «Avropa öz siyasi xəritəsini Xəzər dənizinə qədər genişləndirəcək. Kim bundan könüllü faydalanmaq istəsə, bu yolu rahat keçəcək. Kim istəməsə, ölkələr bu yolu mövcud hakimiyyət olmadan keçəcək. Avropa Birliyinin sərhədi artıq Gürcüstana gəlib çatacaq».

Bizim dağlara gələn “müharibə”…

Hər şey “Uzaq sahillərdə” filmində olduğu kimidir. Amma biz Vislinin atasından fərqli olaraq inanırıq ki, heç bir ölçü, sərhəd tanımayan demokratiya və interqasiya “müharibəsi”-nin də bizim dağlara gəlib çıxacağı gün uzaqda deyil. Bu gün həmin “müharibə”-nin Ukraynada ayaq səsləri eşidilir.

Bu səsləri bizimlə bərabər eşidən və görən İlham Əliyev də çox narahatdır. Narahatlıq o dərəcədədir ki, bir neçə gün öncə Davos forumunda Ukraynadakı inteqrasiyanın ayaq səslərindən üşənən Əliyev özü- özünə bəyanat verdi; “Bizim qarşımızda Avropa İttifaqı və Gömrük İttifaqı ilə əməkdaşlıq məsələsi barədə seçim yoxdur. Gömrük İttifaqına üzv ölkələrlə bizim olduqca geniş münasibətlərimiz mövcuddur. Mal dövriyyəsi artır. Bütövlükdə, siyasi əlaqələr yüksək səviyyədədir. Azərbaycanın qarşısında heç vaxt hansısa seçim və ya alternativlə bağlı sual olmayıb. Biz həm Gömrük, həm də Avropa ittifaqı üzvləri ilə əməkdaşlıq edirik”.

Hər şeyin normal olduğunu deyən Əliyev ənənəsinə sadiq qalaraq az sonra özü- özünü təkzib etməyə başlayır: “Biz belə bir şey planlaşdırmırıq. Hesab edirəm ki, Azərbaycan və Avropa ittifaqları arasındakı qarşılıqlı münasibətlər assosiasiyadan daha yüksək formalı əməkdaşlıq tələb edir. Onu da qeyd edim ki, “assosiasiya” sözü bizim üçün o qədər də qəbul edilən deyil. “Assosiasiyaya girmiş üzv” – bu necə tərəfdaşdır? Burada dəqiq izah yoxdur. Azərbaycan bütün mənalarda özü-özünə kifayət edir. Əlavə imtiyaz qazanmaq üçün istənilən inteqrasiya prosesinə girmək lazımdır. Hələ ki, assosiasiya layihəsi çərçivəsində bunu görmürük. Əməkdaşlığın başqa formaları, məsələn, strateji tərəfdaşlıq olarsa, o zaman, əlbəttə, biz bu məsələyə baxa bilərik”. Prezident Aİ ilə Azərbaycan arasındakı strateji əlaqələrin gələcək formatının gələn il müəyyənləşəcəyini söyləyib. Vəssalam. Hətta o bizim dağlara müharibənin nə zaman gəlib çıxacağı ilə bağlı zamanın da anonsunu verib. Düzdür zaman bir az çox götürülüb, amma fərq etməz. Ən azından o da, onun başında olduğu rejim də dağlarımıza və Xəzərin sahillərinə demokratiya  və Avropaya inteqrasiya “müharibəsini” gələcəyinin fərqindədir.

İlham Əliyev Kim Çen, Bəşər Əsəd və Lukoşenko ilə bir sırada…

Fikirlərimizi bir məqamla yekunlaşdıraq. Hələ ki, inteqrasiya siyasətinin elmi, nəzəri əsaslarını hazırlayan dünyanın demokratik düzəni, başda ABŞ olmaqla Avropa Birliyi avtoritarizmə, diktaturaya, silah qaçaqmalçılığı, insan alveri və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün bir sıra mühüm addımlar atmaqdadır. Avropa Birliyinin Şərq Tərəfdaşlıq proqramı çərçivəsində yürütdüyü siyasət, avtoritar, vəzifə səlahiyyətlərini aşan, korrupsioner vəzifəli şəxslərə qarşı tətbiq olunan qadağaların gücləndirilməsi, İran və Suriyanın timsalında nüvə silahına və dikatorluğa qarşı sanksiyaların artırılması və s. deyilənlərə misaldır. Artıq dünya düzəni də bu meyarlara cavab verməyən hakimiyyəti zorla, silah gücünə, eləcə də seçkiləri saxtalaşdıraraq əldə saxlamağa çalışan dövlət başçılarına qarşı etinasız münasibətini sərgiləməkdədir. Apardığımız araşdırmalar maraqlı bir faktı ortaya çıxarır. 09 oktyabr seçkilərində hakimiyyəti zor gücünə əldə saxlayan İlham Əliyevlə ötən 4 ay ərzində onunla görüşən və təmasda olan, Bakıya təşrif buyuran rəsmi qonaqların siyahısı çox məhdudur. İlham Əliyev 9 oktyabr seçkiləri ilə bağlı ölkəmizdə səfərdə olmuş, seçkilərə saxta rəy vermiş müşahidə missiyasının rəhbərlərini, daha sonar isə heç bir səlahiyyəti olmayan simvolik qonaqlar- Ruminiya, Estoniya, Serbiya, Latviya, Xorvatiya, AŞPA, Bolqarıstannın keçmiş prezidentlərini, Dağıstanın qubernatorunu, Gürcüstanın və Albaniyanın baş nazirlərini, BP və Statoyl şirkətlərinin rəhbərlərini, Avropa Olimpiya Komitəsinin sədrini qəbul etmiş, Qvineya, Zambiya, Cibuti, Anqola, Yeni Zellandiya və s. ölkələrin səfirinin etimadnaməsini ümumi protokol qaydasına uyğun olaraq qəbul edib, bir neçə ölkənin biznesmen depuataları ilə görüşüb. Vilnüsdə Şərq Tərəfdaşlıq Sammitində və Davos Forumunda iştirak edib. Vəssalam. Düşünmək üçün bu kiçik də olsa çox önəmli və maraqlı faktdır. İlham Əliyevə aid olan bu statistikanı ancaq beynəlxalq diplomatik blokadaya məruz qalmış Suriyanın prezidenti Bəşər Əsədlə, Şimali Koreyanın dövlət başçısı Kim Çenlə, Belorusiya prezidenti Lukoşenko ilə müqayisə etmək olar…

 

“Yeni Cumhuriyyət” qəzetinin araşdırma qrupu

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 01.02.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: