Müharibə başlayıb… Yenilənib (29.01.2014)
29.01.2014
Azərbaycan ordusunun çox sayda tankının cəbhə xətti boyuncanca olduğu deyilir.
“Azərbaycan ordusu rəsmi olaraq bir açıqlama verməsə də, son iki gündür ki, sosial mediada çox sayda zirehli birliyin döyüşlərin sıx getdiyi olduğu bölgələrə aparıldığı bildirilir. Qarşıdurmaların sürdüyü bölgəyə könüllü olaraq getmək istəyənlərə yerli təhlükəsizlik gücləri icazə vermir. Jurnalistlərin cəbhəyə yaxın bölgələrə getməsinə icazə verməyən səlahiyyətlilər gərginliyin davam etdiyini, vəziyyətin ağır olduğunu söyləməklə kifayətlənirlər”.
Məlumat “Yeni Şafak”a istinadən Ermənistanın “Armenian Report” portalında da dərc etdirilib. Ermənistan ordusunun çox sayda itki verdiyini qeyd edən portal yazır: “Erməni tərəfi belə böyük itkinin olmasını təkzib edir. Azərbaycan Müdafiə Nazirliyi isə erməni tərəfinlən itkilərinin dəqiq sayını bildirməkdən imtina edib, yalnız qeyd edib ki, düşmən böyük sayda itki verib”.
28.01.2014
Yanvarın 24-də erməni qoşunlarının təmas xəttində Azərbaycan qoşunlarının mövqelərinə hücumundan sonra tərəflər arasında qəfildən şiddətli toqquşmalar başlayıb. Hücum zamanı 39 hərbçi həlak olub. Bu toqquşma videoçəkilişlə Amerika mətbuatında yayılıb. Təmas xəttində baş verənlər onu göstərirki, artıq müharibəyə start verilib, lakin bunu xalqdan gizlədillər. Bu müharibədə ABŞ və Türkiyənin Azərbaycanı dəstəkləməsi gözlənilir. Məlum olduğu kimi Rusiyanın Ermənistanda hərbi bazası olduğundan, Rusiyada Ermənistanı dəstəkliyəcək. Yanvarın 24-dən 40 yaxın zabit və əskər təmas xəttində erməni gülləsinin qurbanı olaraq şəhid olub.
Müdafiə Nazirliyinin Amerika mətbuatı tərəfində yayılan videoçarxla bağlı açıqlamasına görə həmin videoçarx Rusiya ordusunun keçirdiyi “Qafqaz-2012” təlimlərindən çəkilib və internetdə yerləşdirilib. Videokadrlar həmin hərbi təlimlərlə bağlı Rusiyanın RTR kanalının hazırladığı süjetdə yer alır. Lakin etibarlı mənbələrin məlumatına görə Azərbaycanın təmas xəttinin gecələr həmin videosujetdən heçdə fərqlənmir. Hərbi Aviasiyanın gücləndirilmiş iş rejiminə keçməsi, gündəlik aviasiya təlimləri adı ilə, təmas xəttində uçuşların olması və eyni zamanda ağır texnikanın təmas xətti boyu yerləşdirilməsi, gündəlik 5-6 zabit və ya əsgərin şəhid olması fakt göstərir ki, Hakimiyyət müharibəyə başlamaq fikrindədir.
Hakimiyyətin müharibənin gizli başlamasının və bunun mətbuatdan saxlamasının məqsədi nədir?
Bunu bəyən:
Bəyən Yüklənir...