Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Ukrainada xalq dövlət orqanlarını ələ keçirməyə başlayıb.. (canlı efir)

1B15DFA6-8FFD-4909-AC00-F9C579D68632_mw1024_n_sUkraynanın eks müdafiə naziri Anatoliy Qrisenko Maydanda çıxış edərək Kiyevin küçələrini qorumaq üçün xalqı silaha sarılmağa səslədi.

Ukrayna mətbuatının verdiyi məlumata görə, eks nazir bildirib ki, kimin qanuni silahı varsa, ilk növbədə ölkənin bu çətin günündə qabaqda getməlidir.

“Silahı isə yalnız sizə atəş açılan zaman işlətmək lazımdır. Mən bu addımı bir siyasətçi kimi birinci atacam, çünki hal-hazırda mənim üstümdə qanuni silahım var. Mən təhsilli və ağıllı insanam. İnsan hüquqlarından başlaayaraq bütün qanunları oxumağı bacarıram, harda insana hansı hüquq verilməlidir, onu yaxşı bilirəm. Kimsə mənə atış açsa, özümü qorumaq üçün onu öldürməyə hazıram. Bütün bunlar qanunda yazılıb”, – deyə Anatoli Qriçenko bildirib.

Hazırda təkcə Kiyevdə deyil, ölkənin qərb bölgəsində də qarşıdurmalar davam edir. Ölən və yaralananlar haqda məlumatlar da verilir. Artıq İvano-Frankovsk, Jitomir, Xmelnitski, Lvov, Ternopol, Çerkassı demək olar ki, müxalifətçilərin əlindədir. Onlarin əsas tələbi yerli icraedici orqanların istefaya getməsidir.

***

Ukraynada gərginlik davam edir.
Mitinqçilər dövlət orqanlarının binalarına hücum edir. Hökumət böhrandan qarşıdurmasız çıxmaq cəhdlərinin nəticəsiz qaldığını deyir.

Nümayişçilər yanvarın 24-də tutduqları Aqrar Siyasət Nazirliyinin ardınca bu gün Enerji və Kömür Sənayesi Nazirliyini ələ keçiriblər. Sonradan onlar binanı tərk etsələr də, nazirliyi mühasirədə saxlayırlar.

***

Regionlarda da vilayət administrasiyalarına hücumlar davam edir. Çerniqov və Vinnitsa vilayət şuraları ələ keçirilib.

Çerniqovda aksiyaçılar binanın əsas giriş qapılarından birini sındırararq bina daxil olublar. Nümayişçilər qətnamə ilə vilayət rəhbəri Vladimir Xomenkonun vəzifədən  qovulmuş elan ediblər.

Vinnitsa vilyatə şurasının binasında isə hücum zamanı partlayış səsləri eşidilib, gözyaşardıcı qazdan istifadə olunub. Mitinqçilər ələ keçirdikləri binanın önündə barrikada qurublar. Vilayət administrasiyasının və vilayət şurasının rəhbərləri binanı tərk ediblər, lakin hər hansı bəyanat verməyiblər.

Ujqorod şəhərində isə mitinqçilər Zakarpatye vilayət administrasiyasının önünə toplaşıblar. Onların qarşısına qubernator Aleksandr Ledida çıxıb. O, vilayətin çoxmillətli olmasını və tolerantlığı ilə seçilməsini diqqətə çatdıraraq, bunu qorumağa çağırıb. Qubernator arzu edənlərin hamısını çıxış üçün tribunaya dəvət edib. Ujqorodun indiki və keçmiş merləri çıxılarında Ukraynanın parlamentli respublikaya çevrilməli olduğunu deyiblər. “Svoboda” partiyasının yerli nümayəndəsi isə bildirib ki, hökumətin insan tələfatına gətirib çıxaran fəaliyyəti yolverilməzdir və mübarizə davam etməlidir.

Poltava şəhərində etirazçılar vilayət şurasının iclas zalını zəbt ediblər. Vilayət qubernatorluğunun qarşısında isə mitinq keçirilir. Mitinqçilər qubernatorun istefasını tələb edirlər. Məlumatlara görə, şəhərə Xarkovdan “Berkut” xüsusi təyinatlıları göndərilir. Lakin qubernator mitinqçilər qarşısında çıxışında gücdən istifadənin əleyhinə olduğunu deyib.

Lvovda isə vilayət şurasının qərarı ilə Xalq Radası (parlamenti) yaradılıb. Qərara 70 deputat səs verib. Deputatlar bu kollegial orqanı Ukrayna xalqının maraqlarının ifadəçisi elan ediblər.

***

Daxili işlər naziri Vitali Zaxarçenko nümayişçiləri ittiham edərək, onların inadı üzündən qarşıdurmanı dinc şəkildə aradan qaldırmağın mümkünsüz olduğunu bildirib. O, müxalifətlə əldə edilən anlaşmaların pozulduğunu deyib. Bildirib ki, gecə saatlarında hüquq-mühafizə orqanları nümayəndələrinin müxalifət liderləri ilə apardığı danışıqlar nəticəsiz qalıb. Nazir müxalifət liderlərini vətəndaşların həyatını təhlükəyə atmaqda ittiham edib.

“Udar” partiyasının lideri Vitali Kliçko isə milis, prokuror və hakimlərə videomüraciət yayıb. Kliçko hüquq-mühafizə orqanları əməkdaşlarını “cinayətkar əmrləri” icra etməməyə çağırıb. “Cinayətkar əmrləri yerinə yetirməyin. Qanunazidd və ədalətsiz qərarlar qəbul etməyin. Vətəndaşlara qarşı repressiyada iştirak etməyin”, deyə Kliçko videomüraciətində bildirir.

***

Ukrayna prezidenti Viktor Yanukoviç  Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Aleksandr Popovu vəzifəsindən azad edib. Onun yerinə Ali Radasının deputatı, hakim Regionlar Partiyasının üzvü Vladimir Makeyenko təyin olunub.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 25.01.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: