Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

TÜRKİYƏDƏ DİKTATORLUĞUN QAPISINI AÇDI…

images       17 dekabr tarixinin Türkiyə Cumhuriyyəti üçün çox önəmli bir tarix olduğunu qeyd etmək lazımdır. Bir dövrlər bütün dünyada Türk tarixinin ən demokratik liderlərindən biri kimi qəbul edilən Ərdoğan əsl üzünü xalqa göstərdi, Ərdoğan hakimiyyətinin korrupsiya və rüşvət içində olması subuta yetirildi.

      Yanvarın 10-da daxili işlər nazirliyinin bir neçə şəhər və vilayətlərdəki rəhbərləri yer dəyişib. Onu da vurğulayaq ki, AKP-nin kadrların yerdəyişməsi prosesini davam etdirməsinə etiraz olaraq yanvarın 9-da hakim partiyanın xeyli millət vəkili etiraz bildirərək parlament iclasına qatılmamış, bu səbəbdən TBMM yetərsay problemi yaşamışdı.

     Gəzi Parkı hadisələrində 5 etirazçının öldüyü halqa, Ərdoğan xalqın qarşısında “mənim polisim qəhramandır” deyə qürurla danışan, lakin üzərində 6 ay keçdikdən sonra, fərqli bir çıxışla polisləri “satqınlıqda (darbecilkdə)” ittiham etdi. Bunu da polislərin korrupsiya əməliyyatı vaxtı Ərdoğana yaxın olanları həbs etmələri olmuşdur. Ərdoğan bu əməliyyata mane olmaq məqsədi ilə, ilk öncə həmin əməlyyatda iştrak edən minlərlə polis işçilərini və həmin işi aparan prokuroru işdən çıxartdı. Xalqın qarşısına çıxıb nağıllar danışmaqla, korrupsiya və rüşvət əməliyyatının unutdurmağa nə qədər çabalayırsa-çabalasın bunu ört-basdır edə bilməyəcək. Hüquq sistemini iflic vəziyyətə salaraq, ədalət nazirliyini, hakimləri və prokurorları Azərbaycanda olduğu kimi öz tabeçiliyinə saldı.      

 загруженноеasdfdsgdf         Noyabrın 10-da Böyük Rüşvət əməliyyatını başladan şəxslərdən biri – İstanbul Baş Prokuroru Zəkəriyya Öz də postunu dəyişməli olub. Z.Öz fəaliyyətini Bakırköy prokuroru olaraq davam etdirəcək. Onun yerinə Türkiyə baş prokurorunun müavini Ali Cengiz Hacıosmanoğlu gətirilib. Zəkəriyya Özü Çağlayan Ədliyyə binasından 50 nəfərlik hakim və prokuror heyəti yola salıb. Onlar içərisində baş prokuror Turan Çolakkadı olmayıb.

         Yanvarın 10-da Türkiyədə yeni korrupsiya və rüşvət əməliyyatının başlanacağı və daha 4 nazirin həbs ediləcəyi ilə bağlı xəbər yayıb. İstintaq orqanlarından alındığı iddia edilən xəbərdə bildirilir ki, nazirlərin həbsi üçün artıq sanksiya verilib.

      “Sol” qəzeti bu günkü “İtkin axtarılır” başlıqlı manşet yazısında Bilalın etibarlı yerdə gizlənməsi məsələsinə toxunub. Haqqında zorla istintaqa cəlb edilmə qərarı çıxarılan Bilal Ərdoğanın günlərdir istintaqdan yayınmasını qəzet bu cür şərh edir: “Adı Bilal Ərdoğan. Baş nazirin oğludur. Haqqında korrupsiya və rüşvət iddiaları var. Ancaq atasının göstərişi ilə polis də, jandarma da prokurorluğa təzyiq göstərib. Bilal saxlanmadı, əksinə qeyb oldu. Yanvarın 2-də onun məcburi istintaqa cəlb edilməsi üçün məhkəmə qərarı var. Ancaq bu qərar icra olunmur. Anası və atası bəllidir ki, Bilalın yerini bilir. İndi valideynlər Sinqapurda çiçək bağçalarını gəzir, tez-tez zarafatlaşırlar. Əminə xanım dövlətlərarası anlaşmalar imzalanarkən nigah masası zarafatları edəcək qədər rahatdır. Xalqımız isə Bilalın bulunmasını istəyir. Sosial mediada “görənlərin insanlıq naminə bildirməsi” mesajları, oğlumuza “hakimlər, prokurorlar elçi düşdü, vermədik”, zarafatları ilə dolub-daşır”.

                                            TÜRKİYƏDƏ DİKTATORLUĞUN QAPISINI AÇDI…

Düzdür Azərbaycanda hökm sürən Əliyev Hakimiyyətinin diktatorluğunun səviyyəsinə çatmadıqca mən buna diktatorluq deyə bilmiyəcəm, ancaq müsəlman ölkələrinin içində demokratik anlamda üzə çıxası bir Türkiyə idi, sən demə oda üzdə demokratik imiş

    AK Partiyasından istefaya gedən, keçmiş Kültür və Turizm Naziri Ərtuğrul Günay müsaibələrinin birində  “Əgər Ərdoğan bu iqtidarı paylaşmama tavrını dəvam etdirərsə, partiya üzvlərinin çoxu və məclis üzvlərinin çoxu onu dəstəkləyərsə, Türkiyə bir Ortadoğu diktatorluğuna çevriləcək” demişdir.

         Mən  Türk xalqını bu qədər gərgin və heç kimə etibar etməyən vəzyyətdə görməmişdim…

                                                                                                         Hazırladı: Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 20.01.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: